PDF Oxu

Müxalifət

  • 10

Şərəfsizlik simvolu

Şərəfsizlik simvolu
Bu gün müəyyən dairələr vətənə xəyanətə görə məhkum olunan Eynulla Fətullayevi böyük canfəşanlıqla müdafiə edir, onun adı ətrafında hay-küy, ajiotaj yaratmağa çalışırlar. Doğrudur, belələrinin sayı çox deyil.
Bu, müəyyən fərdlər, maraqlı qruplar səviyyəsində müzakirəyə çıxarılır. Lakin aydın, bəlli olmayan odur ki, bəziləri 5-10 manat xatirinə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırıma haqq qazandıran birisini necə müdafiə edə bilirlər? Belələrinə nə ad vermək olar? Vətəninə xəyanət edən, milli dövlətçiliyimizə qarşı çıxan, buna görə də layiqli cəzasını çəkən bir şəxsi müdafiə etmək, ona bəraət qazandırmağa çalışmaq əslində daha böyük xəyanətin təzahürüdür.
Eynullanın bu hərəkətləri artıq heç kəsdə təəccüb və təəssüf hissi doğurmur. Çünki bu adam satqınlığa, şəxsi maraqları xatirinə mövqeyini, fikirlərini, əqidəsini gündə bir neçə dəfə dəyişməyə öyrəşib, sağına, soluna böhtan, iftira, hədyan yağdırmaqdan da çəkinmir. Xocalıda ermənilərin soyqırımına məruz qalan azərbaycanlıların xatirəsini təhqir etməkdən çəkinməyən bu xain, xəbis xislətli insana nəinki Azərbaycanda, heç dörd divar arasında belə yer olmamalıdır. Bu şəxsin keçmişini vərəqlədikdə onun "hansı yuvanın quşu olduğu" aydın görünür, onun iyrənc siması, daha doğrusu, simasızlığı aşkar şəkildə üzə çıxır.
E.Fətullayev son dərəcə ədəbsiz, şərəfsiz, riyakar şəxs olduğundan dünən müdafiə etdiyinə ertəsi gün şər-şəbədə, böhtan yağdırması heç də gözlənilməz deyil. Bununla xəyanətkarlıq, simasızlıq xislətinə sadiq qalan E.Fətullayev yenidən İsa Qəmbərov, Əli Kərimov kimilərinə üz tutaraq onlardan dəstək umur. Halbuki bu adamları o, dəfələrlə ittiham və şantaj edib, onların barəsində ən təhqiramiz ifadələr işlətməkdən belə çəkinməyib. İndi onların "E.Fətullayevi niyə müdafiə edirik" deyərək özlərini sığortalamağa çalışmaları və bunu "söz və fikir azadlığını müdafiə" ilə əlaqələndirmələri absurd, kosmopolit düşüncənin təzahürüdür. Belə görünür ki, E.Fətullayev kimi onlar da ermənipərəst dairələrin maraqlarına xidmət edirlər və bu mənada müdafiə etdikləri şəxsdən çox da fərqlənmirlər.
Odur ki, onlar E.Fətullayevin iç üzünü açan, onun kimliyini tutarlı faktlarla ortaya qoyan, onun xəyanətkar əməllərini ifşa edən şəxsləri hədəf seçərək əsil vətəndaşlıq mövqeyi tutan insanları nüfuzdan, hörmətdən salmağa çalışırlar. Bu mənada Eynullanın bədbəxtliyini "Bədbəxt adam" filmində tutarlı dəlililərlə sübut elədiyinə görə radikal müxalifətçilərin qınağına tuş gələnlərdən biri də ANS televiziyasının vitse-prezidenti Mirşahin Ağayevdir. Maraqlı, eyni zamanda, təzədalı məqamlardan biri də budur ki, belələrinin yeganə arqumenti "söz və fikir azadlığı"dır. Onların bu məntiqiylə yanaşdıqda, belə çıxır ki, söz azadlığından sui-istifadə edərək hədyan söyləmək, erməniləri müdafiə etmək, dövlətə, xalqa xəyanət etmək də olar, belələrini cəzalandırmaq, təcrid etmək deyil, əksinə təltif etmək, mükafatlandırmaq gərəkdir. Çünki belələrinin gözündə Ramil Səfərov, Mübariz İsmayılov deyil, məhz E.Fətullayev kimləri "əsil qəhrəman"dır.
Çünki riyakarlığına və simasızlığına görə məhz onları xatırladır, milli mövqeli, vətənpərvər insanlara qarşıi çıxdığına görə radikal düşərgəni "bəzəyir". Üstəlik, bəzi insan hüquqları müdafiəçiləri "insan həbsdə olanda onun əsəbləri pozulur" deyərək haqq qazandırmağa da çalışırlar. Bu doğrudur, lakin onun təkcə əsəbləri deyil, şəxsiyyəti və mənəviyyatı hələ həbsxanaya düşməmişdən çox-çox əvvəl pozulub. Mənəviyyatı pozulmuş, şəxsiyyəti aşınan, deqradasiyaya uğrayan bir insandan isə hər cür rəzillik gözləmək mümkündür. Odur ki, indi bu şəxsin yalnız şərəfsizlik simvolu kimi xatırlanması heç də təəccüblü deyil.

Digər xəbərlər