PDF Oxu

Müxalifət

  • 21

Eynulla Fətullayevi müdafiə edənlər...

Eynulla Fətullayevi müdafiə edənlər...
Bu gün müxalifət düşərgəsində ifrat dərəcədə anormallıq hökm sürür. O mənada ki, müxalifət düşərgəsində kimin hansı əqidəyə, məzhəbə qulluq etdiyi bəlli deyil. Xaos, anarxiya fonunda hansı partiya sədrinin əlinin kimin cibində olduğu da məlum deyil. Görünən yalnız odur ki, müxalifət partiya sədrləri erməni dəyirmanına su tökən xarici əlaltılarla eyni mövqedən çıxış edirlər. Xüsusilə də, Arkadi Qukasyanın oğlanı kimi tanınan "Realnıy Azərbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin dövlətə və millətə zidd çağırışlarını dəstəkləyirlər. Hətta fahişələr kimi ad çıxaran "Yeni Müsavat" və "Azadlıq" qəzetləri AXCP (i), Müsavat, "Ümid", ALP və bu kimi digər partiyaların E.Fətullayevin anormal hisslərini təbii qəbul etmələrindən palaz-palaz yazılar dərc edirlər.
Söhbət etdiyimiz politoloq Cümşüd Nuriyev "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinin milli və dövlətçilik maraqlarına zidd yazıları manşetlərə çıxarmalarını onların dövlətdən, xaricdən verilən tapşırıqlara əsasən, qisas almağa cəhdlər göstərmələri ilə əlaqələndirdi. Qeyd etdi ki, zaman-zaman radikal müxalifət və onların qəzetləri xaricdən verilən maddi və mənəvi dəstəyə uyğun olaraq, ölkədəki mövcud ictimai-siyasi sabitliyi pozmağa cəhd göstəriblər: "Bəzi ölkələrin, xüsusilə də, ABŞ-ı Azərbaycan Prezidentinin apardığı ağıllı, praqmatik siyasət ciddi narahat edir. Ona görə də, öz maraqlarına uyğun gələn insanlar vasitəsilə Azərbaycan hökumətinə təzyiq göstərəcəkləri ümidinə bağlanırlar. İsa Qəmbərov, Əli Kərimov və digərlərinin niyyəti E.Fətullayevi müdafiə etmək deyil. Onların məqsədi ABŞ-dan verilən tapşırıqları yerinə yetirməkdir. Amerika Birləşmiş Ştatlarında insan hüquq və azadlıqları addımbaşı pozulur. Quantanamo həbsxanasında insanlar məhkəməsiz işgəncələrə, təhqirlərə məruz qalıb. Amma bir dəfə də olsun Azərbaycan müxalifəti ABŞ-da insanların hüquqlarının pozulmasına etiraz etməyib. Bu, onu göstərir ki, müxalifətin ABŞ-dakı müəyyən qüvvələrin yanında gözükölgəliyi var".
C.Nuriyev onu da qeyd etdi ki, Azərbaycanın milli və dövlətçilik maraqlarına zərbə vuranlara səy göstərənlərdən biri də E.Fətullayevdir: "Əgər ermənilərin yaratdıqları "Xocalı.net" saytına nəzər yetirsək, orada E.Fətullayevin Ermənistanın milli qəhrəmanı kimi təqdim olunduğunu görmək olar. Bu da, onunla bağlıdır ki, E.Fətullayev fəaliyyətini yalnız Azərbaycan xalqına ləkə atmaqla qurub. A.Qukasyanla şəkil çəkdirməklə kifayətlənməyib, Xocalı faciəsini ermənilər deyil, azərbaycanlıların törətdiyini bəyan edib. Bununla da, E.Fətullayev açıq şəkildə erməni dəyirmanına su tökənlərdən olduğunu nümayiş etdirib".
Qeyd etmək yerinə düşər ki, radikal müxalifətin Azərbaycanın milli maraqlarına zidd mövqe sərgiləyən E.Fətullayevlə eyni maraqları bölüşməsinin digər səbəbi dövlətə qarşı qisasçılıq hissidir. Çünki müxalifət düşərgəsində bir prinsip var: Mənim düşmənimin düşməni mənim dostumdur. Bu mənada, E.Fətullayev müxalifətin işinə yaraya biləcək bir vasitədir. Nəzərə almaq lazımdır ki, E.Fətullayev Xankəndində qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri A.Qukasyanla şəkil çəkdirib, onunla əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı fikirlər səsləndirərkən də, nə İsa Qəmbərov, nə Əli Kərimov, nə də Lalə Hacıyeva ona öz tənqidi fikirlərini söyləməmişdir. Çünki Qərbdəki antiazərbaycan mövqeli qüvvələr belə istəmişlər. Sonradan Şuşa şəhərində vurulan Azərbaycan tankının qarşısında dayanıb, müxtəlif lüt modelyerlər kimi şəkillər çəkdirərkən E.Fətullayev yenə də Azərbaycan müxalifətinin iradından kənarda qaldı. Amma bu real faktdır ki, "Gündəlik Azərbaycan" qəzetində Ə.Kərimov, İ.Ağazadə, Sərdar Cəlaloğlu, Arif Hacıyev və digərləri əsaslı şəkildə tənqid və təhqir olunan zaman qarşı tərəf hay-küy qaldırmağa üstünlük verdilər. Çünki bu dəfə söhbət ümumi maraqlardan deyil, şəxsi mənafelərin tapdanmasından gedir.
Bu fakt, onu deməyə əsas verir ki, sözügedən şəxslər üçün əsas amil xaricdən verilən tapşırıqlardır. Bu halda hər cür rəzilliyə, şərəfsizliyə getməkdən belə çəkinməzlər. Yenə o məsələyə qayıdaq ki, o zaman E.Fətullayevin hədəfinə tuş gələrkən Ə.Kərimov, A.Hacıyev, İ.Ağazadə, L.Hacıyeva və digərləri E.Fətullayevi fahişəlikdə, ermənilərə işləməkdə, Bakının keçmiş meri Rafael Allahverdiyevin əldən-ələ keçmiş katibəsini özünə arvad etməkdə günahlandırırdılar. Amma hazırkı mərhələdə təhqir etdikləri E.Fətullayevi az qala özlərinin lideri kimi qəbul etməyə başlayıblar. Hətta bir neçə partiya E.Fətullayevin deputatlığa namizədliyini irəli sürəcəyi təqdirdə, ona dəstək verəcəklərini bəyan ediblər.
"Aranızda bir müddət əvvəl, konflikt yaşandığı halda hazırda E.Fətullayevlə eyni mövqedən çıxış etməyiniz nə ilə bağlıdır" sualını cavablandırarkən, AXCP (i) sədri Ə.Kərimov "siyasi situasiya və ümumi maraqlar bizi E.Fətullayevi dəstəkləməyə məcbur edib" deyə bildirib. Bizimlə söhbətində də, "Ümid" partiyasının sədri İqbal Ağazadə E.Fətullayevin mövqeyini Müsavatsayağı müdafiə etmələrini məcburiyyətdən doğan addım kimi dəyərləndirib. Onu da qeyd edib ki, kimin hansı addım atmasına baxmayaraq, "Ümid" partiyası 29 saylı Səbail Seçki Dairəsindən irəli sürdüyü namizədini geri çağırmayacaq.
"VİP" sədri Əli Əliyev "Səs"in müxbiri ilə söhbətində E.Fətullayevin namizədliyini dəstəkləmək haqqında düşünmədiklərini bildirib. Ona da əlavə edib ki, konkret qərarı partiyanın siyasi şurasının üzvləri qəbul edə bilər.
"Ola bilərmi "VİP" Müsavat və AXCP (i)-nin yenidən çıxış edərək, E.Fətullayev kimi şəxsi müdafiə etsin" sualına cavab olaraq Ə.Əliyev "VİP" heç zaman hansısa partiyanın yerişini yerimək haqqında düşünmür. Partiya olaraq biz müstəqil addımlar atmışıq. E.Fətulalyev haqqında azadlıqdan məhrumetmə cəzası olduğundan, onun namizədliyinin "VİP" tərəfindən dəstəklənməsi də inandırıcı deyil.
ADP sədri Sərdar Cəlaloğlu da E.Fətullayevin namizədliyinin müdafiə edilməsinin mümkün olmayacağını bildirib. Fikrini də onunla əsaslandırıb ki, E.Fətullayevin üzərindən məhkumluq götürülmədiyindən, onun seçkilərdə iştirak etməsi hüquqi cəhətdən mümkün deyil: "2005-ci il parlament seçkiləri zamanı üzərimdə məhkumluq olduğundan seçkilərdə iştirak etmək problemi ilə üzləşdim. Yalnız məhkəmə tərəfindən məhkumluq götürüldükdən sonra parlament seçkilərində iştirak etmək imkanı əldə etdim".
S.Cəlaloğlu E.Fətullayevin üzərindən məhkumluq götürüldüyü halda, onun seçkilərdə iştirak etməsinin mümkün olacağını bildirdi. Onu da qeyd etdi ki, hazırda o prosedura həyata keçirilmədiyindən, E.Fətullayevin seçkilərdə iştirak etməsi də mümkünsüzdür.
"Milli və dövlətçilik maraqlarına zidd mövqeyi ilə tanınan E.Fətullayevin müxalifət tərəfindən müdafiə edilməsi partiyaların hakimiyyətdən qisas almaq niyyətini ortaya qoymur ki" sualına cavab olaraq S.Cəlaloğlu bildirdi ki, qisasçılıq pis insani keyfiyyətdir. Qisasçılıq, kin, küdurətdir və insanı normal düşüncədən məhrum edir. E.Fətullayevin fərdi maraqları olsa da, müxalifətin onunla eyni mövqedən çıxış etməsi də hansısa tapşırıqlardan irəli gəldiyi də az inandırıcıdır.
Bir sözlə, adı yaramazlıqda, əxlaqsızlıqda, mənəviyyatsızlıqda və nəhayət, milli və dövlətçilik maraqlarını satmaqda çəkilən E.Fətullayevin dövriyyədə olması onun həm də şəxsiyyətsiz sima olduğunu ortaya qoyur. Müxalifətin isə bu şəxsiyyətsizlə eyni maraqları bölüşməsi əsrin faciəsi olan Xocalı soyqırımında kütləvi qırğınlar törətmiş sarkisyanların, köçəryanların əlini öpməkdən başqa bir şey deyil. Yəqin ki, buna başqa ad da vermək mümkün deyil.

Digər xəbərlər