Anormal partiyanın anormal liderləri Zəminə Dünyamalıyeva: "Əli Kərimovla İsa Qəmbərov bu kateqoriyaya tam uyğundurlar"
Doğurdan da, müxalifət düşərgəsi bu gün ən ağır gününü yaşayır desək, daha doğru olar. Çünki seçki yaxınlaşdıqca, yayın istisindən sərinliyə özlərini verənlər də bir an ayılıb görüblər ki, dadi-bidad, bunlar dalda qalıblar. Elə "ACP"-nin keçmiş funksioneri Zəminə Dünyamalıyeva kimi. Öyrəndik ki, Zəminə xanım, seçkilərə qoşulmaq və ürəyində olanları bir-bir açıb demək istəyir. Nə deyirik, qoy desin də. Özü demişkən, "erməniyə işləyənlərdən nə gözləmək olar?" Elə biz də onu demək istəyirdik, ay xanım. Baxın, bu gün İsa Qəmbərovla Əli Kərimov "ayaqlarını bir başmağa dirəyiblər ki, "biz deputat olmalıyıq". Yaxud da, sənin vaxtı ilə üzvü olduğun "ACP"-nin lideri Rəsul Quliyev. Ölkə daxilində, seçicilər arasında tərəfdarlarını itirən və ölkədən kənarda dayaq axtaran Rəsul Quliyev də deputat "olmaq" istəyir. Siz də mətbuata verdiyiniz açıqlamanızda bildirmisiniz ki, Azərbaycan müxalifəti ölkə daxilində nüfuzunu itirdiyi üçün özlərini kompensasiya etmək məqsədi ilə mümkün ola biləcək ən pis yolu seçir və xaricdən dayaq axtarırlar. Ancaq bu müxalifətin bədbəxtçiliyi təkcə bunula bitmir. Bu adamlar seçkilər ərəfəsi ölkədən kənarda və Azərbaycana qarşı işləyən qüvvələrlə də təmaslar qururlar. Elə götürək, ötən parlament seçkisini. Seçkiərəfəsi Ə.Kərimov partiyasından olan Ruslan Bəşirliyə ermənilərlə əməkdaşlıq barədə müzakirələr aparmağı, maliyyə dəstəyi almaq barədə razılaşmaları, inanıram ki, heç kim unutmayıb. İndi də növbəti Ə.Kərimovun gedişi. "Vaşinqton Post" qəzetində çıxışı, sizcə, onun ermənipərəstliyini təsdiqləmirmi ki?"
Z.Dünyamalıyeva mətbuata verdiyi açıqlamasında bildirib ki, milli təəssübkeşliyi olmayanın deputat olmağa nə haqqı? Xanım, elə bizim də dediyimiz budur ki, "utanmasan, oynamağa nə var ki".