PDF Oxu

Müxalifət

  • 7

“Vahid namizədlik" uğrunda mübarizədə Əli Kərimov sıxışdırılır

“Vahid namizədlik" uğrunda mübarizədə Əli Kərimov sıxışdırılır
Parlament seçkiləri ərəfəsində Müsavat partiyası ilə AXCP (i)-nin birləşmə və ya seçkilərdə birgə iştirak etməklə bağlı müzakirələri nəticə vermir. Radikal müxalifət daxilində seçki prosesində iştirakla bağlı birmənalı mövqe formalaşmaması, düşərgə daxilində davam edən qeyri-müəyyən münasibətlər tərəflər arasında gərginlik yaradıb. Seçki kampaniyasına rəsmən start verilməsinə cəmi 3 həftə qalmasına baxmayaraq, düşərgə daxilində fikir ayrılığı yaşanmaqdadır. AXCP (i) ilə Müsavat hələ "ən güclü" hesab etdiyi namizədləri müqayisə etmək və dairələri razılaşdırmaqla məşğuldur.
Seçkilərdə birgə iştirak etməklə bağlı müzakirələr aparmaqda maraqlı olmayan, Azərbaycan siyasi arenasında mühafizəkar təfəkkürlü müxalifət bütün mümkün mexanizmləri işə salaraq hakimiyyətin gördüyü işlərə qarşı qarayaxma kampaniyası aparır. Başı qarayaxma və qara piar kampaniyasına qarışan radikal müxalifət liderlərinin bu siyasəti düşərgə daxilində narazılıqlara gətirib çıxarıb.
Düşərgə daxilinində Əli Kərimov və İsa Qəmbərovun partiya maraqlarından daha çox, şəxsi maraqları üzərində qurduqları siyasi addımları "iddialı namizədlərin" vəziyyətini ağırlaşdırıb. Müsavatyönlü millət vəkili Pənah Hüseynov mətbuata açıqlamasında bildirib ki, məsələni konkretləşdirməyin zamanıdır, dairələrdə namizədlərin razılaşdırılması prosesini yekunlaşdırmaq lazımdır: "İki partiyanın lideri - İ.Qəmbərov və Ə.Kərimov razılığa gəlməli və qərarlarını elan edib, ilkin müzakirədə razılaşdırdıqları namizədlərin siyahısını açıqlamalıdırlar".
Azərbaycanda özəl şirkətləri xatırladan, rəhbərləri tərəfindən avtoritar qaydada idarə olunan təşkilatlara çevrilən radikal partiyalar cəmiyyətdə aydın siyasi proqrama və platformaya malik olmadıqlarını bir daha təsdiqləyirlər. Azərbaycanda keçirilən seçkilərdə sarsıdıcı məğlubiyyətdən sonra 2010-ci ilin parlament seçkilərində radikal müxalifətin "vahid namizədlik" uğrunda mübarizəsi əsasən iki partiyanın- AXCP (i) və Müsavat üzərində qurulması düşərgə daxilində haqlı narazılıqlar üçün əsas yaradır. Müsavat və AXCP (i) liderlərinin konfrantasiya mövqeyində olması və münasibətlərin getdikcə dərinləşməsi situasiyanı gərginləşdirsə də, qarşı-qaşıya gələn tərəflər nəzarət altında saxladıqları KİV-dən münasibətlərini ayırd etmək üçün vasitə kimi istifadə etdilər.
"Yeni Müsavat" qəzeti isə bu vəziyyətə dair dərc etdiyi məqalədə hər iki partiya funksionerlərinin açıqlamalarına istinad edərək qeyd edir ki, hazırda bəzi dairələrdə "vahid namizəd"lərin müəyyənləşdirilməsində problemlər ortaya çıxıb və bu səbəbdən konkret qərar vermək sual altına düşərək, hətta bu faktın təşkilatların funksionerlərində də haqlı narahatlıq yaratdığını etiraf edib. Müsavat partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacıyev isə AXCP (i) Müsavat partiyasına 30, Müsavat partiyası isə qarşı tərəfə 36 dairədə güzəştə getdiyini bəyan edib. Lakin AXCP (i)-nin vacib namizədlərinin sayından xəbərsiz olduğunu bildirən Arif Hacıyev partiyasının 100-dən çox dairədə namizədini müəyyənləşdirdiyini və namizədlərin hamısının vacib olduğunu vurğulayır. Bu vəziyyətdən hiddətlənən AXCP (i) funksionerləri Müsavatın sözdə birlik ideyasına şübhə ilə yanaşır, Müsavatın koalisiya naminə "ciddi güzəştlər"i AXCP (i)-nin mövcudluğunu təsir altında saxlaya bilməsi qənaətindədir.
İ.Qəmbərovun müavini Qabil Hüseynlinin açıqlamalarından isə belə qənaət formalaşır ki, "vahid namizəd"lərin müəyyənləşdirilməsi məsələsi gərginliklə həyata keçirilir. Q.Hüseynli konkret olaraq bildirir ki, həm Ə.Kərimov, həm də İ.Qəmbərov üçün vazkeçilməz namizədlər var ki, onlar da Bakıda toqquşurlar. "KXCP"-nin Müsavatla daha əvvəl razılaşdırdığı dairələrin aqibətinə də toxunan Q.Hüseynli bu məsələdə müəyyən problemlər olduğunu bildirib: "AXCP (i) "DUİ"-nin namizədlərinin Müsavatın kontingentindən irəli sürülməsinə etiraz etmir".
"Vahid namizədlik" uğrunda mübarizədə Ə.Kərimou sıxışdıran İ.Qəmbərovun "vazkeçilməz namizədləri" düşərgə daxilində vəziyyəti ağırlaşdırması tərəflərin bir-birinə qarşı münasibətlərində durğunluq yaradıb. Azərbaycanda parlament seçkilərinin demokratik, azad, şəffaf və ədalətli keçirilməsində maraqlı olan iqtidarın ölkədəki mövcud siyasi vəziyyəti qabaqcıl prinsiplər üzərində tənzimlənməsinə məhəl qoymayan radikal müxalifət cəfəng bəyanatlar səsləndirməklə gündəmdə qalmağa çalışır.

Digər xəbərlər