PDF Oxu

Müxalifət

  • 9

AXCP (i)-də fikir ayrılıqları

AXCP (i)-də fikir ayrılıqları
AXCP (i) yenə də partiya daxilində siyasi aktivliyi qızışdırmaq üçün qurultay ideyasını ortaya ataraq manipulyasiyalara başlayıb. Əli Kərimov destruktiv fəaliyyətinə siyasi don geyindirərək ictimai fikrin diqqətində qalmaq məqsədilə cəmiyyətdə AXCP (i)-yə qarşı baş qaldıran narazılıqları pərdə arxasına keçirmək istəyir. Qurultayın keçirilməsi ilə bağlı fikirləşən AXCP (i) sədri gündəmdə qalmaq üçün partiya nümayəndələrinə təlimatlar verib. Lakin görünür, partiyadaxili anlaşılmazlıq hələ də davam edir. Gündəmdə qalmaq üçün partiya daxilində fəaliyyət göstərən funksionerləri özünün birincilik ideyası ilə təlimatlandıran AXCP (i) sədri bu dəfə də istəyinə nail ola bilməyib. Bu dəfə də Ə.Kərimovun planlarını puç edən, ona ən yaxın olan, AXCP (i)-nin sədr müavini Nurəddin Məmmədli oldu. Ə.Kərimovun "qurultay olacaq"- sözlərinə qarşılıq N.Məmmədli qurultayın oktyabr ayında olacağını vurğulayıb. Ə.Kərimovun sözlərini təkzib edən sədr müavini, onu da qeyd edib ki, qurultayın keçirilməsi üçün yer hələ də tapa bilməyiblər. Bir daha partiyadaxili uyuşmazlıq diqqətlərdən yayınmadı. Partiya sədri ilə sədr müavininin bir-birinə zidd açıqlamaları partiyanın nə dərəcədə səriştəsiz idarə olunduğunu bir daha açıqlığa qovuşdurmuş oldu. AXCP (i)-də daxili səriştəsizlik qabiliyyəti partiya yarandığı gündən bu günə kimi davam etsə də, xarici havadarlarının köməyi ilə, hələ də özlərini seçkilərdə ideal partiya kimi göstərməyə çalışırlar. Ancaq bu, heç də istədikləri kimi alınmır. Keçmişə nəzər salsaq, görərik ki, bu kimi narazıçılıqların heç vaxt ardı-arası kəsilməyib. Bu yaxınlarda Müsavatla birləşmə cəhdlərini xatırlayaq. Bu birləşmə partiya daxilində şiddətli narazılıqla qarşılanmışdı. Partiya sədrinin növbəti uğursuz qərarı kimi qələmə verilən bu birləşmə qərarı nümayəndələr tərəfindən partiyanın məhvə aparan yolu adlandırıldı. Qeyd edək ki, bu kimi hadisələr intriqalar doğurduğu kimi, qarşıdurmaları da özü ilə gətirir. Lakin AXCP (i) sədri bütün bu olanlar qarşısında Müsavatdan əl çəkmədi. AXCP (i) sədri Ə.Kərimovun bütün bunları nə üçün etdiyi düşünülsə də, olanlara bir cavab tapılmadı. Lakin bir qrup nümayəndənin fikrincə, AXCP (i) sədrinin, sanki, partiyanı birləşdirmək yox, dağıdıb digərinə keçmək kimi fikri var. Müsavat başqanının da istədiyi bundan ibarət idi. İsa Qəmbərovun AXCP (i)-ni dağıtmaq istəyi təxirə salınsa da, son olaylar AXCP (i)-nin könüllü surətdə özünü məhv etmək istəyinin görüntüsünü verir. Təbii ki, bütün bu olanlar narazılığın şiddətini daha da artırır. Ə.Kərimov destruktiv fəaliyyətinə siyasi don geyindirmək məqsədilə, qurultay ideyasını ortaya atıb və cəmiyyətdə AXCP (i)-yə qarşı baş qaldıran narazılıqlardan yaxa qurtarmağa çalışmışdı. Bunun üçün də qurultaya hazırlaşdıqları barədə söz-söhbət yaymağa başlayıb. Lakin N.Məmmədli Ə.Kərimovun son planını da sıradan çıxarmağa nail olub.

Digər xəbərlər