Destruktiv qüvvələr Fətullayevin müdafiəsinə başlayıb
Erməni kəşfiyyatının əlində oyuncağa çevrilən, bütün varlığı ilə bədxah ermənilərə sədaqətlə xidmət göstərmiş Eynulla Fətullayev Azərbaycanda destruktiv qüvvələr tərəfindən ciddi - cəhdlə müdafiə olunmaqdadır. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, tarixi keçmişinə, ərazi bütövlüyünə mənəvi zərbə vuran "Qarabağ gündəlikləri" ilə fəxr edən radikal müxalifət bundan siyasi məqsədləri üçün istifadə etməyə çalışır, E.Fətullayevin antimilli fəaliyyətinə qarşı barışmaz mövqedə dayanan ictimai xadimlərə qarşı hücuma başlayıb. Radikallar E.Fətullayevin antimilli fəaliyyətinə siyasi don geyindirməklə Azərbaycan xalqının heysiyyətini siyasi predmetə çevirib.
Türkiyədə erməni dilində nəşr olunan "Aqos" qəzetinin baş redaktoru Qrant Dinkin İstanbulda qəzetinin redaksiyası qarşısında öldürülməsindən sonra Azərbaycanda kommunist, marksist düşüncəli xaraktersiz bir qrupun təsirinə məruz qalan E.Fətullayevin Azərbaycanın daxilində "erməni həqiqətlərini" təbliğ etməsi, təsadüfi hadisə deyildi. Türkiyədə 12 sentyabr dövlət çevrilişinə cəhd göstərilməsi, 1980-ci ildə Türkiyə Silahlı Qüvvələrinin məhz bu tarixdə ölkəni böyük təhlükələrdən xilas etməsi yaxın tarixdir. Tarixdə baş vermiş bu hadisəni Azərbaycanda gerçəkləşdirməyə çalışan bir qrup erməni millətçisinin təsiri altına düşən E.Fətullayev bütün varlığı ilə kommunist və marksist düşüncəsi ilə bu prosesə hazırlaşırdı. Bunu E.Fətullayev "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru kimi fəaliyyəti də təsdiqləyir. Türkiyənin TRT kanalında 12 sentyabra aparan yoldan bəhs edilən "Şahların labirinti" adlı sənədli filmdə, 1978-ci ildəki Mara qətliamını planlaşdıranların arasında öldürülən jurnalist Qrant Dinkin adı da yer alıb. Baş verən hadisələrlə bağlı fotoların və görüntülərin göstərildiyi filmdə yaşananların ələvi-sünni qarşıdurması deyil, Q.Dink və tərəfdarlarının qurduğu sol təşkilatların işi olduğunu bildirib. Belə bir siyasi və terrorçu mövqe tutan E.Fətulayevin erməni millətçisi Q.Dinkin siyasi fəaliyyətini təqdir etməsi və özünü onunla eyniləşdiriməsi Azərbaycan cəmiyyətində rast gəlinən ilk xəyanət deyildi. Çünki Azərbaycan xalqı dəfələrlə E.Fətullayev kimi simaların antimilli təbliğatının şahidi olmuşdur. Q.Dinkin öldürülməsindən küçələrə axışan kommunist və marksist düşüncəli insanların İstanbul küçələrində "Hamımız erməniyik, hamımız Qrantıq" şüarı E.Fətullayevin aşınmış mənəviyyatına təsirsiz ötüşmədi. Azərbaycanlı kimi Ermənistana və Dağlıq Qarabağa etdiyi səfərlərdən sonra ölkəsində erməni Q.Dink kimi radikal proqnozları verən E.Fətullayev öz qarşısında bu zirvəni vasitə yox, məqsəd kimi götürürdü. Ən böyük qorxusu Azərbaycanda Q.Dink kimi öldürülmək yox, təzyiqə məruz qalmasına yönələn siyasi şantaj idi və xaricdən idarə olunurdu.
Hadisələrin ilk aylarında E.Fətullayevin antimilli fəaliyyətinə seyçi kimi baxan radikal müxalifət sonradan onun müdafiəsinə qalxması tərəflərin maraqlarına tam uyğun idi. E.Fətullayevin həbsinin daxildə və xaricdə radikal müxalifət tərəfindən təbliğ olunması siyasi xarakter alaraq, şəxsi məqsədlərin reallaşmasına yönəldilib. Azərbaycan xalqını mənəvi terrora məruz qoyan E.Fətullayevin reabilitasiyasına yönələn mübahisələr isə ictimai fikri çaşdırmağa hesablanan siyasi gedişlər konkret məqsədlərə uyğun olaraq sürətlə icra olunmaqdadır. "Eynullanı sevin, onu sevməyən bizdən deyil" fikrini əldə rəhbər tutan radikal müxalifət funksionerləri Azərbaycan xalqının milli qürurunu, milli heysiyyətini ayrı-ayrı xarici qüvvələrin təsiri altında saxlamağa çalışır. Xarici havadarlarının sifarişini yerinə yetirən və öz missiyasını həbsxanda davam etdirən E.Fətullayevin müdafiəsinə yönələn kampaniyanın arxasında maraqlı qüvvələr dayanır. Radikal müxalifət mətbuatı ilə yanaşı, erməni xüsusi xidmət orqanlarının nəzarətində olan çoxsaylı elektron nəşrlərdə E. Fətullayevin "fəaliyyəti" təqdir edilir. "Qarabağ gündəliyi"də E.Fətullayev qondarma rejimin mövcud olduğu Dağlıq Qarabağda özünü "Azərbaycan mətbuatının stereotipdən" xilas edərək, erməni təsiri altına düşdüyünü, nəinki gizlətməyərək, Qarabağda olduğu ilk gündən bizim mətbuatı (Azərbaycan mətbuatını nəzərdə tutur) doldurmuş və insanlarımızın stereotip düşüncələrinə səbəb olmuş dezinformasiyanın bütün miqyasını dərk etdiyini bildirir: "Gizlətməyəcəyəm, mən də bu stereotipin təsiri altında idim və özümü müşahidə edərkən, bu, mənə qəribə gəlirdi, dəqiq desəm, bizim jurnalistlər tərəfindən uydurulmuş miflər göz qabağında dağılırdı".
Radikal müxalifət təmsilçiləri, xüsusilə, AXCP (i), Müsavat, "MBH", "VİP", "KAXCP"-nin E.Fətullayevin nəzarətində olan mətbu orqanlarda təbliğ olunması onların mahiyyətini ortaya qoyur. Düşərgə daxilinə E.Fətullayevin reabilitasiyasına yönələn mübahisələrin davamlı xarakter alması göstərir ki, Eynullanı sevməyən insanlara qarşı da qara piar xaricdən verilmiş təlimatın tərkib hissəsidir.