Radikal müxalifət daxilində oxlokratiya hökm sürür
Parlament seçkiləri yaxınlaşdıqca radikal müxalifət daxilində qeyri-müəyyənlik, prosesdə iştirakla bağlı birmənalı mövqe formalaşmayıb. Düşərgə daxilində davam edən qeyri-müəyyən münasibətlərin nəticəsədir ki, tərəflər arasında gərginlik şəxsi müstəviyə keçib.
Azərbaycanda siyasi partiyalar əsasən kütləvi maraqlar yox, lider xarizması üzərində qurulduqdan müxalifət düşərgəsinə təmsil olunan "demokratların" fəaliyyəti cəmiyyət tərəfindən qəbul olunmur. Bu vəziyyət maksimalist tələblərə çıxış edən, lakin onu yerinə yetirməyi və reallığı qiymətləndirməyi bacarmayan radikal müxalifətin iflasını şərtləndirib. Azərbaycan siyasi arenasında mühafizəkar təfəkkürlü müxalifətin bütün mexanizmləri işə salaraq hakimiyyətin gördüyü işlərə qarşı qarayaxma kampaniyası üzərində öz ətrafına sosial dayaqlar toplamağa çalışır. Seçki kampaniyasının başlanması ərəfəsində səsvermənin gedişi və onun nəticələri üzərində manipulyasiyalara başlayan radkal müxalifətin AXCP (i) qanadı həm ölkə daxilində, həm də də xaricdə Azərbaycanı müzakirə mövzusuna çevirməyə çalışır. Azərbaycanda parlament seçkilərinin demokratik, azad, şəffaf və ədalətli keçirilməsində maraqlı olan iqtidar ölkədəki mövcud siyasi vəziyyəti qabaqcıl prinsiplər üzərində qurulmasına təminat verir. Buna baxmayaraq, radikal müxalifət düşərgəsinin cəfəng bəyanatlarının əksinə olaraq, seçkiqabağı rəy sorğularının nəticələri isə Azərbaycanda Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri, habelə, iqtidarı dəstəkləyən digər nümayəndələrin cəmiyyət daxilində mövqelərinin güclü olduğunu ortaya çıxarıb.
Azərbaycanda 2005-ci il parlament seçkilərinin, əvvəlki seçkilərdən fərqi, radikal müxalifətin seçkilərə münasibəti, YAP-ın qələbəsi, eyni zamanda, radikal müxalifətin növbəti məğlubiyyəti üçün obyektiv və subyektiv əsaslar yaradır. Çünki ötən seçkilərdən keçən müddət ərzində bu mürəkkəb siyasi kampaniyanın mərhələlərini qiymətləndirməyi bacarmayan radikal müxalifətin taktika və strategiyasını xarici havadarlarının maraqlarına uyğun təşkil etməsi, Azərbaycana kənar dairələrin təsir imkanlarını gücləndirilməsinə xidmət edir. Postseçki təcrübəsi göstərir ki, radikal müxalifətin sarsıdıcı məğlubiyyətini şərtləndirən mühüm amillər sırasında xarici qüvvələrin anti-milli maraqlara xidmət edən proqramları olub. Müstəqil Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsində, ölkənin bugünkü inkişaf səviyyəsinə yüksəlməsində mühüm rol oynamış, xalqın bütün təbəqələrini təmsil edən, intellektual və siyasi potensialına, idarəçilik təcrübəsinə və cəmiyyətdəki nüfuzuna görə alternativi olmayan YAP özünün seçki strategiyası ilə radikal müxalifət düşərgəsində təmsil olunan siyasi qüvvələri məğlubiyyətə düçar edir.
Sosial sifarişə çevrilən və qarşıda duran vəzifələrin öhdəsindən gələ bilməyən Müsavat, AXCP (i), "MBH", "VİP", ADP, "KAXCP", AMİP seçkilərdə praqmatik, rasional proqramla çıxış edə bilmir. Ölkə təşviqat kampaniyasının təşkilini daha çox xarici qrantlar hesabına təşkil edən müxalifətin Azərbaycanın gələcək inkişaf perspektivlərini özündə əks etdirən konsepsiyası ölkənin milli maraqların müəyyənləşdirməkdə aciz qalıb. Azərbaycan seçicisinin isə AXC-Müsavat hakimiyyəti dövründə tüğyan edən xaos, siyasi-iqtisadi böhranla bugünkü ictimai-siyasi sabitliyi, dinamik iqtisadi inkişafı müqayisə etmək imkanı olduğundan radkial müxalifətə inamın olmaması düşərgə daxilində siyasi münasibətlərin dərinləşməsinə mane olur, cəmiyyətin haqlı qınaq obyektinə çevrilir. Təsadüfi deyil ki, bu barədə siyasi müxalifətin içərisində elə məqamların olduğunu vurğulayan var ki, "MBH" lideri Lalə Hacıyeva son müsahibəsində bildirib ki, ümumilikdə, bu düşərgəyə olan inam azalıb: "Müxalifət öz içərisində sivil münasibətlər sistemini qura bilməyib. Bu, çox mühüm bir məsələdir. Çünki demokratiyanın əsası, təməli bu münasibətlər sisteminin mədəniyyətidir. Harada bu mədəniyyət yoxdursa, orda demokratiya yox, oxlokratiya olur. Ona görə də, çox təəssüflər olsun ki, biz müxalif qüvvələrin münasibətlərində bu sivil normaları görə bilmirik".
Konkret olaraq, xaricdən verilən tələblər əsasında fəaliyyət göstərən sonradan fəaliyyəti dayanan "Azadlıq" blokunun timsalında radikalların uğursuzluğunu şərtləndirən amillər, pozucu müxalifətin bugünkü simasını və vəziyyətini müəyyənləşdirir. Azərbaycanın müxalifət düşərgəsində uzun illərdir kəskin qarşıdurmalar, ziddiyyətlər, prinsipsiz birləşmə və parçalanmalar və ideyasızlıqların hökm sürməsi "oxlokratiya" yaradıb. Azərbaycanda formalaşmış demokratik müxalifət yox, özəl şirkətləri xatırladan, rəhbərləri tərəfindən avtoritar qaydada idarə olunan təşkilatlara çevrilən radikal partiyalar Azərbaycan cəmiyyətində aydın siyasi proqrama və platformaya malik olmayıb. Azərbaycanda keçirilən seçkilərdə sarsıdıcı məğlubiyyətdən sonra 2010-ci ilin parlament seçkilərində radikal müxalifətin "vahid namizədlik" uğrunda mübarizəsi əsasən iki partiyanın- AXCP (i) və Müsavat üzərində qurulması düşərgə daxilində haqlı narazılıqların ortaya çımasına zəmin yaradır. Xarici qüvvələrlə separat danışıqlara getmək, qrant alma imkanlarını genişləndirmək məqsədilə düşərgədə təklənən digər siyasi partiyaların mövcudluğunu sual altında qoyub. "Vahid namizədlik" uğrunda mübarizədə "MBH", "VİP", ADP, "KAXCP"-ni təkləyən AXCP (i) və Müsavat düşərgə daxilində siyasi monopoliya yaradıb.