PDF Oxu

Müxalifət

  • 6

Xarici asılılıq radikal müxalifətin zayını çıxarıb

Xarici asılılıq radikal müxalifətin zayını çıxarıb
Bir neçə gündür ki, radikal müxalifət düşərgəsində geninə-boluna müzakirə mövzusu olan məsələlərdən biri də, xarici maraqlı qüvvələrin asılılığında olan partiyaların yeni "işlər" barəsində tapşırıqlar almasıdır. Düşərgə daxilində bir qədər pıçhapıçla danışılan bu məsələ artıq kənara sızmaqdadır. Radikal müxalifət düşərgəsindəki mənbəmizin vermiş olduğu bu ilginc məlumat reallığın tamamilə üzə çıxmasını təmin etmiş olacaq. Elə bu məqsədlə də, radikalların bu iyrənc əməlləri barəsində geniş ictimaiyyətə məlumat çatdırırıq. Bütün bunları bir yana qoyaraq, bu məsələdə insanı təsirləndirən cəhət isə ondan ibarətdir ki, düşərgədəki bədnam insanlar bu tapşırığa da, xoş münasibət göstəriblər. Çünki bu tapşırıqlı "işin" arxasında AXCP (i) sədri Əli Kərimovla Müsavat başqanı İsa Qəmbərovdan cinsi azlıqların dəstəklənməsinə dair mövqe sərgiləmələri tələb olunur. Doğrudur, bu məsələ Əli ilə İsa üçün bir o qədər də çətin görünmür. Çünki onların hər ikisi məhz son 10 ildə bu cür yollarla müəyyən vəsaitlər əldə ediblər. Bu barədə əlimizdə ilginc faktlar da mövcuddur. Eyni zamanda, Müsavat partiyasının Avropada cinsi azlıqlara dəstək olan bir təşkilata üzv olması da keçən ilin ən dartışılan məsələləri sırasında idi. Elə bu səbəbdən hazırda onlardan belə bir sifarişin gəlməsi də təəssüf və təəccüblə qarşılanılmamalıdır. Kənardan radikal müxalifət düşərgəsində baş verən çirkinliklərə nəzər salan istənilən sadə vətəndaşın təsəvvüründə Ə.Kərimov və İ.Qəmbərovun hansı yolun yolçuları olmaları barəsində sərt həqiqətlər vardır. Onu da, əlavə edək ki, bircə fakta nəzər salmaq müxalifətdəki bədnamların iç üzünü daha aydın formada cəmiyyətə bəlli etmiş olur. Bu fakt isə bu və ya digər formada xarici maraqlı qüvvələrdən guya asılı olmadıqlarını bildirən əli kərimovlar, isa qəmbərovlar üçün böyük hay-küylə qeyd etdikləri bəyanatlardan da aydın sezilir. Onlar istənilən illüziyalı çıxışlarında məhz Avropanın müəyyən dəyərlərindən söhbət açaraq, nitqlərində xarici bosslarının sifarişli niyyətlərini yerinə yetirmiş olurlar. İ.Qəmbərov istənilən məsələdə konkret qərar vermədən öncə Avropa turnesinə çıxır və bundan sonra çirkin niyyəti barəsində açıqlama verir. Eyni zamanda, Ə.Kərimov da, bu məsələdə daha irəli gedərək, xarici qağalarının tapşırıqlarını birbaşa öz boşboğazlıqlarında ifadə etmiş olur. Onu da qeyd edək ki, son günlər AXCP (i) sədri Ə.Kərimova verilmiş tapşırıqla əlaqədər xarici səfərə getmək arzusunu da vurğulamaq məsələnin mahiyyətini bir qədər də açmış olardı. Çünki Kərimov son günlər xarici pasport almaq üçün özünü daşa-divara vurmaqdan belə çəkinmir. Bütün iddia və tələblərini bu istiqamətdə quran Ə.Kərimov üçün heç bir dəyər qalmadağından, onun Hollandiyada yaşamaq eşqi də üzündən açıq sezilməkdədir.
Radikal düşərgədəki mənbəmizin digər bir şok yaradacaq məlumatı isə AXCP (i) sədri Ə.Kərimovla Müsavat başqanı İ.Qəmbərova Hollandiyada müəyyən "işlər"in təklif edilməsidir. Məlumatda bildirilir ki, xarici maraqlı bossları Əli ilə İsaya artıq Avropada geniş "iş"lər üçün imkanlar yarandığını bildiriblər. Bu baxımdan da, onların hər ikisini az bir müddətdə Amsterdam şəhərində görmək arzusu ilə sifariş göndərilib. Sifarişin radikallara nə zaman verilməsini isə mənbə bu həftənin birinci günündən qeyd edib. Əlavə edək ki, Müsavat başqanı üçün Avropa turnesinə çıxmaq Bakıdan Biləcəriyə getmək kimi bir şeydir. Çünki o, buranın cikinə də, bikinə də bələd olduğu üçün heç bir problemi qalmayıb. Burada ürəyi hollandiyalı aşnaları üçün partlayan yeganə şəxs Ə.Kərimovdur. Ona görə də, Ə.Kərimovun bir neçə gündür ki, nə gecəsi var, nə də gündüzü. Bircə xarici pasport ala bilsəydi, Ə.Kərimov həyatı boyu arzuladığı "macəra"nın acısını çıxarardı. AXCP (i) sədrinə nisbətən yaşlı görünən Müsavat başqanının, bu yaşında belə bir sevdaya düşməsi isə, qocalıqda yorğalıq məsələni yada salmış oldu. Bu baxımdan da, İ.Qəmbərovun Avropa hazırlıqlarına artıq start verdiyi bildirilir.
Görünən isə ondan ibarətdir ki, son zamanlar Müsavat-AXCP (i) yaxınlaşması kimi qələmə verilən bu şounun da, mahiyyəti getdikcə cəmiyyət üçün bəlli olur. Bəlli olmayan məsələ isə ondan ibarətdir ki, bu gün danışanda ağızlarına çullu dovşan sığmayan radikalların iç üzü üstündən çox vaxt keçməsinə baxmayaraq, asta-asta da olsa, açılır.

Digər xəbərlər