“Azadlıq" partiyasından AXCP (i)-yə ağır ittihamlar
Son zamanlar müxalifət düşərgəsində baş verən problemlər yenə də, Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, ALP lideri Lalə Hacıyeva və digər radikal müxalifət nümyanədələri ilə əlaqədardır. Müəyyən bir müddət aktiv siyasi proseslərdən uzaq qalan "KAXCP" sədri Mirmahmud Fəttayev də artıq baş verən qalmaqalların və münaqişələrin mərkəzindədir. Çünki AXCP (i)-Müsavat yaxınlaşması barəsində söz-söhbətlər ortalığa atılmamışdan Müsavatla "DUİ" arasında müəyyən razılaşmalar əldə olunmuşdu. Amma sonradan Müsavat başqanı ilə AXCP (i) sədri arasında yaxınlaşma barəsində illüziyaların ortalığa çıxması M.Fəttayevin İ.Qəmbərovdan üz çevirməsi ilə nəticələnmiş oldu. Bu baxımdan da, Müsavatla "DUİ"-nin bir sıra məsələlərdə razılaşdırılmış prinsipləri də pozuldu. Nəticədə isə tərəflər arasında kəskin qarşıdurmalar yenidən alovlanmağa başladı. Artıq "DUİ" təmsilçiləri İ.Qəmbərovu riyakarlıqda və onunla əməkdaşlıq etməyə can atan Ə.Kərimoru isə, həmişə olduğu kimi, satqınlıqdan əl çəkməməkdə ittiham ediblər. "DUİ" təmsilçisi "Azadlıq" partiyasının sədri Əhməd Oruc olanlara görə, AXCP (i) sədri Ə.Kərimovun birbaşa məsuliyyət daşıdığını bildirib.
"DUİ" ilə AXCP (i) arasında münasibətlərin gərginləşməsinə başlıca səbəb həmin partiyanın funksionerlərinin hərəkətləridir. Biz özümüzdə iradə taparaq əməkdaşlığa hazır olduğumuzu bildirmişik, lakin AXCP (i) müxtəlif bəhanələrlə bu əməkdaşlığı və sonda müxalifətin geniş birliyini pozmaqda maraqlı olduğunu bir daha açıq şəkildə cəmiyyətə göstərmiş oldu. Onların məqsədi ondan ibarətdir ki, müxalifətin geniş birliyinə atılan addımlar bu və ya digər formada əngəllənsin. AXCP (i) öz hərəkətləri ilə müxalifətin birliyinin çərçivəsini daraltmağa çalışır" - deyən Ə.Oruc əlavə edib ki, "DUİ", AXCP (i) və Müsavat partiyası iyulun 31-də Bakının mərkəzində kütləvi aksiya keçirməyə cəhd edib. Lakin Ə.Kərimovun tərəfdarlarının yaydıqları bəyanatda mitinqin AXCP (i) və Müsavatın birgə təşəbbüsü ilə keçirildiyinin qeyd olunduğunu deyən Ə.Oruc məhz bu bəyanatda "DUİ"-nin fəaliyyətinin qeyd olunmadığını bildirib. Ə.Oruc, həmçinin, məhz bunun nəticəsi olaraq da hər iki siyasi qurumun bir-birini yalan danışmaqda ittiham etdiyini söyləyib.
Bütün bunlar isə onu göstərir ki, artıq müxalifət düşərgəsində tükənmiş siyasətçilərin yaratmış olduqları süni mənzərələr onların acı aqibətini daha da çətinləşdirmiş olub. Ona görə də, tam əminliklə demək olar ki, radikal müxalifət düşərgəsində başlanan süni şou artıq buradan bir sıra siyasi partiyaların və yararsız ünsürlərin sonu ilə nəticələnəcək.