PDF Oxu

Müxalifət

  • 15

Radikal düşərgədə iflas sindromuna start verildi

Radikal düşərgədə iflas sindromuna start verildi
Müsavat başqanı İsa Qəmbərov ötən həftənin sonunda açıqlamasında AXCP (i) və Müsavat arasında gedən danışıqlar prosesinin çətinliyini və müzakirələrə gec başlamaqlarını etiraf etmək məcburiyyətində qalıb. Namizədlərin razılaşdırılması məsələsinə toxunan İ.Qəmbərov nəzəri cəhətdən AXCP (i) üzvlərinin əksəriyyətinə, lazım gələrsə, öz dairələrindən güzəştə getməyə hazır olduqlarını bildirib. Eyni zamanda, o, səhvini boynuna alaraq bildirib ki, hər iki partiya arasında "vahid namizəd" əldə olunması üstündə, hələlik, problemlər qalmaqdadır. "Bu birliyin baş tutmayacağı təqdirdə, AXCP (i) Müsavatı günahlandıracaq və Müsavat buna cavab olaraq izah edəcək ki, məsələnin bu yerə gəlməsinin məsuliyyəti kimin üzərindədir. Seçici də deyəcək ki, yenə birləşmədilər" - deyə İ.Qəmbərov gözlənilmədən şok etiraflar etməklə, əslində, həmişə olduğu kimi, yenə də, məsuliyyəti boynundan atmaqla özünü sudan quru çıxarmağa çalışır. Əslində isə, hamı bilir ki, müxalifət düşərgəsində nə baş verirsə, hökmən onun altından İ.Qəmbərov çıxmalıdır. Çünki bu adam burnunu istədi-istəmədi, gördüyü yerə soxur ki, bunun da axırı məhz belə olur. Maraqlısı isə, ondan ibarətdir ki, son günlər AXCP (i) Müsavat yaxınlaşmasından dəm vuranlar artıq bu məsələdən danışmaq belə istəmirlər. Yenə də, görünən odur ki, torbada pişik var. Ümumiyyətlə, günlər keçdikcə Müsavat-AXCP (i) danışıqlarının nəticə verməyəcəyi barədə rəylər daha da artır. Artıq tərəflər arasında səmimi bir müzakirə olmadığı da sezilir. Hətta bizə belə bir məlumat da daxil olub ki, İ.Qəmbərovla Ə.Kərimovun ötən həftənin cümə günü keçirilən görüşündə hansısa bir anlaşma əldə olunmayıb və müzakirələr qeyri-müəyyən vəziyyətdə, yarımçıq başa çatıb. Məlumatda bildirilir ki, müzakirələr həmin görüşdə namizədlərin razılaşdırılması ilə bağlı olub və konkret anlaşma əldə olunmayıb. Hər bir halda, Müsavat-AXCP (i) danışıqlarında bir problem yarandığını sezməmək mümkün deyil. Bu məsələyə dair mövqeyini öyrəndiyimiz adının çəkilməsini istəməyən müsavatçı da birliyin baş tutmasına artıq inamlarını itirdiklərini və elə başdan da, buna razı olmadıqlarını bildirib. Bütün bu olanlar isə onu göstərir ki, müxalifət düşərgəsində deyildiyi kimi, blok və ya birləşmə mədəniyyəti olmadığından AXCP (i) Müsavat birliyi də baş tutmadı. Əvəzində isə müxalifət özü üçün yeni iflas sindromu qazanmış oldu.

Digər xəbərlər