PDF Oxu

Müxalifət

  • 12

Demokratiyadan xəbərsiz liderlər

Demokratiyadan xəbərsiz liderlər
Müxtəlif zamanlarda biz müxalifət düşərgəsinin icazəsiz, qeyri-qanuni, səviyyəsiz, düşünülməmiş minitqlər, piketlər keçirməyə cəhd etdiyini gördük. Bu mitinqlərin hər birində 3-5 insan iştirak edərək yalan, boş-mənasız ifadələr işlətməklə məşğul olurlar. Maraqlısı da budur ki, heç bir tərəfdarı olmayan "bəy"lər tez-tez mitinq keçirmək həvəsinə düşürlər. Mitinq baş tutmayanda, başlayırlar hay-küy salmağa ki, ölkədə, nə bilim, "demokratiya" boğulur. Bir anlığa "demokratiya carçıları"ndan soruşmaq istərdik ki, "demokratik" anlayışın nə demək olduğunu başa düşürlər? Əgər başa düşsəydilər, o zaman icazəsiz mitinqlər keçirməzdilər və onlara ayrılmış yerlərdən istifadə etmək əvəzinə, icazə verilməyən ərazilərdə piketlər keçirməyə cəhd göstərməzdilər. Belə olduğu tədqirdə isə, öz vətəndaşlarının rahat yaşamasına xüsusi diqqət və qayğı ilə yanaşan dövlətimiz müxalifətin icazəsiz mitinqlərinin qarşısını alırsa və onları insanları narahat etməyə qoymursa, bu demokratiyanın pozulmasıdır?
Bu fikirlərlə razılaşan ADP sədri Sərdar Cəlaloğlu da müxalifətin demokratiyadan uzaq olduğunu söyləyib: "Müxalifətdə demokratik şüur yoxdur. Buna görə də bu gün hansısa siyasi mübarizədən söhbət gedə bilməz. Onlar bir tərəfdən hökuməti Qarabağ məsələsində siyasi dialoqa çağırırlar, özləri isə öz aralarında dialoqdan imtina edirlər. Düşünürəm ki, bir-biri ilə təmasa girməyən siyasi təşkilatlar antidemokratik qüvvələrdir. Bunun başqa izahı yoxdur. Əks halda gərək məsələyə ikili standartla yanaşaq. Deyək ki, iqtidarın dialoqa gəlməməsi antidemokratiyadır, bəs müxalifətin bir-biri ilə dialoqdan imtina etməsi demokratiyadır? Bu, düzgün deyil. Eyni bir hərəkətin iki mənası ola bilməz. Demokratik mübarizə üsulu tələb edir ki, ən müxtəlif çalarları, rəngarəngliyi özündə birləşdirsin. Yəni seçim bir neçə nəfərin, təşkilatların deyil, çoxlu sayda insanların, təşkilatların arasında aparılsın. Bunlarsa deyirlər ki, yox, biz birliyə ancaq Elçibəy ideologiyasının, Rəsulzadə ideyasının daşıyıcılarını seçməliyik. Mən də deyirəm ki, bu, demokratik mübarizəyə ziddir. Onlar da məni qınayırlar ki, nəyə görə belə deyirsən. Axı bilmirlər demokratiya nədir? Bu da onu göstərir ki, müxalifətin demokratiyadan uzaqlaşma prosesi gedir".
S.Cəlaloğlu onu da bildirir ki, müxalifət düşərgəsi təkcə indi deyil, elə hər zaman siyasi fəaliyyətində demokratiya pərdəsi altında öz şəxsi ambisiyalarını həyata keçirir: "Bunun nəticəsi olaraq onlar insanlar arasında nüfuzlarını, inamlarını, etibarlarını itiriblər. Həm də elə itiriblər ki, bir daha qazana bilməyəcəklər. Bir məsələni də qeyd etmək lazımdır ki, xarici təşkilatlardan çoxlu maddi vəsait alan "bəy"lər bu vəsaitləri ancaq özlərinə xərclədikləri üçün onların partiyasının üzvləri artıq etiraz etməyə və partiyadan uzaqlaşmağa başlayıblar. Bu isə bir daha radikal "bəy"lərin mitinq cəhdlərinə mane olur. Onsuz da ətraflarında 3-5 özlərinə oxşar adamları var idisə, indi daha onlar da yoxdur".
ADP sədri müxalifətin dağınıqlığının səbəbinə də aydınlıq gətirib. Onun sözlərinə görə istər AXCP (i) sədri Əli Kərimov, istərsə də Müsavat başqanı İsa Qəmbərov xüsusi maraqlarının dalınca gedirlər. O da öz maraqlarını ictimai maraqlardan kənarda təmin etmək cəhdidir: "Çünki AXCP (i) və Müsavat kimi siyasi partiyaların apardığı siyasət demaqogiya xarakterlidir. Parlamentdə oturan bəzi deputatlar, o cümlədən, müxalifətdən olan deputatlar xalqın mandatını alsalar da, faktiki olaraq xalqın iştirakı olmadan mübarizəyə cəhd edirlər. Onlar proseslərdə xalqın iştirakını istəsəydilər, onda xalqın bütün təbəqələrini birliyə cəlb eləməliydilər. Amma məhdud bir qüvvəni birliyə cəlb edirlərsə, bu, o deməkdir ki, demaqogiya ilə məşğuldular. Belə məhdud dairə ilə onsuz da ümumi maraqlara xidmət etmək mümkün deyil."

Digər xəbərlər