PDF Oxu

Müxalifət

  • 6

Rauf Arifoğlu müxalifətin yaramazlıq simvoluna çevrilir

Rauf Arifoğlu müxalifətin yaramazlıq simvoluna çevrilir
Bu bir faktdır ki, hər bir cəmiyyətin inkişafı demokratik proseslərin sürətləndirilməsindən və yeraltı, yerüstü sərvətlərin xalqın maraqlarına uyğun işlənilməsindən keçir. Bu ali prinsiplərin qorunması nəticəsində Azərbaycan dünyanın ən ikişaf edən demokratik dövlətinə çevrilib. Ölkəmizin adı beynəlxalq maliyyə qurumlarının siyahılarında ön sırada çəkilir. Söz və mətbuat azadlığında, insan hüquqlarının müdafiəsində Azərbaycanın adı hörmətlə qeyd olunur. 1993-cü ildən bu günə kimi keçirilən hər bir bələdiyyə, parlament, prezident seçkiləri Azərbaycanı dünyaya demokratik dəyərlərə sədaqətli olan ölkə kimi təqdim edib. Bu uğurlar, təbii ki, ölkəmizin beynəlxalq arenada nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə və yerinin bir qədər də möhkəmlənməsinə səbəb olub. Ancaq təəssüf və təəccüb doğuran məqam ondan ibarətdir ki, Azərbaycanın dünya xəritəsində yeri və rolu artdıqca bəzi yaramaz qüvvələr bundan narahatlıq keçirməyə başlayıblar. Ona görə də, müxtəlif vasitə və üsullardan istifadə etməklə ən azı Azərbaycan ictimaiyyəti arasında çaşqınlıq yaratmağa səy göstərirlər. Bu tip məxluqlar arasında elələri var ki, özlərini pis arvadlardan olan fahişələr yerinə qoyaraq müxtəlif məzhəkələr qurur, şoular yaradırlar. Belələrindən biri də Müsavat başqanının keçmiş müşavini Rauf Arifoğludur. Cismi Müsavatda olub, ruhu gah "KAXCP" də, gah da AXCP (i)-də dolaşan R.Arifoğlu Azərbaycan mətbuatının həm də üzqarası kimi tanınır. Ona görə ki, "Yeni Müsavat" qəzetinin baş redaktoru olaraq, R.Arifoğlu Azərbaycan cəmiyyətində tanınan, qəbul edilən insanların şərəf və ləyaqətini qəzet səhifəsində təhqir etməklə məşhıurdur. Məhz buna görə də, Mətbuat Şurasına ən çox şikayətlər yaramazlıq simvoluna çevrilən R.Arifoğlu haqqında edilib. Dəfələrlə məhkəmələr R.Arifoğlunun baş redaktor olduğu qəzeti yalan və böhtan məlumatlar yaydığına görə cərimələyib. Amma simasını itirən və şərəfini hərraclarda qəpik-quruşa satan R.Arifoğlu ictimai tənqidlərdən nəticə çıxarmır. Əksinə, yaramazlıq simvolunu daha da təkmilləşdirərək, cəmiyyətdə özünün islaholmazlardan olduğunu nümayiş etdirməyə çalışır. Misal kimi onun mənəviyyatsızlığa, əxlaqsızlığa, pleyboyluğa və digər insani prinsiplərdən uzaq olan cəhətlərə daha çox meyil etməsini göstərmək olar. Qeyd etmək lazımdır ki, əxlaqi dəyərlərdən ara-sıra baş redaktoru olduğu qəzetdə cızma-qaralara yol verən R.Arifoğlu Türkiyədə öz əməkdaşı ilə əxlaqsız hərəkətlərə yol verdiyi faktdır. Bu barədə Türkiyə mətbuatında da fotolar şərhlərlə xarakterizə olunmuşdur. Onun İstanbulun "Laləlilər" məhəlləsində etdiyi əlləm-qəlləm hərəkətlərdən də kifayət qədər məlumatlar dərc olunub. Bu barədə daha geniş və ətraflı növbəti sayımızda oxumaq mümkün olacaq. Hələlik isə onu vurğulamaq yerinə düşər ki, R.Arifoğlunun həmin məhəllədə "Rayfo" adında əxlaqsız yuvası - kafesi fəaliyyət göstərir. Bu, onun nə dərəcədə milli dəyərlərdən və əxlaqi prinsiplərdən uzaq olduğunu göstərir. Mənəviyyatsızlığına gəldikdə isə bu barədə faiz göstəricisi belə qeyd etmək mümkün deyil. Çünki fərarilik etməklə hərbi xidmətdən yararsızlığı ilə boyun qaçıran gədədən mənəviyyat gözləməyə dəyməz. Qısası, el arasında deyildiyi kimi, "gədanın başına qızıldan tac qoysan da, yenə gədadır ki, gədadır". (Bu barədə geniş təfərrüatları isə növbəti sayımızda İ.Ə.) R.Arifoğlunun siyasi əqidəsinə də şübhə ilə yanaşmağa kifayət qədər əsaslar var. Ən azı onun Müsavat partiyasında təmsil olunub, müxtəlif qüvvələrə işverənlik etməsi ilə bunu görmək mümkündür. Yəni fakt onunla bağlıdır ki, müsavatçı olduğunu bildirsə də, parlament seçkilərində "KAXCP"-nin seçki siyahısı ilə təmsil olunmağa qərar verib. Bununla yanaşı, Ə.Kərimovun rəhbərlik etdiyi partiyada təmsil olunan şəxslərin namizədliyini müdafiə edəcəyinə dair açıqlamalar verib. Onda sual yaranır: bəs əqidə, məfkurə birliyi harda qaldı? Cavab isə konkretdir. Bu kriteriyalar R.Arifoğlu üçün tamamilə yaddır. Onun Müsavat partiyasından ayrılaraq "Yeni Müsavat" partiyasını bərpa edəcəyini bəyan etməsi də R.Arifoğlunun müxalifətin ən mükəmməl yaramazlıq simvolu olduğunu bir daha ortaya qoyur. Jurnalistika fəaliyyətinə gəldikdə isə bu insan üçün əsas hədəf beş-üç manata aldadıb, yanında işlətdiyi məram və məqsədlərini anlamayan gənclər vasitəsilə müxtəlif peşə sahiblərinin şərəf və ləyaqətini təhqir etməkdən ibarətdir. Jurnalistlərin birinci qurultayında qəbul olunan qərarlar, eləcə də, jurnalistlərin peşə-davranış qaydaları, həmçinin, KİV haqqında qanunda qeyd olunan prinsiplər R.Arifoğlu üçün qəbuledilməzdir. Onun üçün ən ali məqsəd insanları şantaj etməklə, onlardan pul almağa cəhd göstərməkdir. Hələ bu günə qədər R.Arifoğlunun özünün mükəmməl müəllif yazısı ilə çıxış etdiyini görən olmayıb. Yəqin ki, bundan sonra da onun hər hansı bir məqalə ilə çıxış edə biləcəyi inandırıcı deyil. Bunun da səbəbi onun natamam təhsilə malik olması ilə bağlıdır. Düzdür, aqronomluq təhsili alıb, ancaq qeyd etmək lazımdır ki, mətbuat nə kələm yetişdirilən tarla, nə də ki, üzüm bağları deyil. Bəlkə də, R.Arifoğlu "Ulduz" filmində limandra yetişdirmək arzusunda olan Gülümsərov ola bilərdi. Ancaq yarımçıq təhsil və təcrübədən yararlanmamaq onun Gülümsərov kimi "böyük alim" olmaq iddiasını yarımçıq qoyardı. R.Arifoğlunun şəxsi keyfiyyətsizliklərinə gəldikdə isə, bu barədə çoxsaylı faktlar da ortaya qoymaq olar. Bu barədə və digər ilginc doğuracaq məsələlər barədə isə növbəti sayımızda. P.S. R.Arifoğlunun yaramazlıq simvolu olmadığını inkar etmək istəyənləri dinləməyə hazırıq

Digər xəbərlər