PDF Oxu

Müxalifət

  • 7

Əli Kərimov xaricdə sığınacaq almaq istəyir

Əli Kərimov xaricdə sığınacaq almaq istəyir
Azərbaycanın radikal müxalifət düşərgəsində depressiya vəziyyəti qalmaqdadır. Depressiyadan yaxa qurtarmaq üçün yollar axtaran radikalların 2005-ci ilin parlament seçkiləri ərəfəsində Azərbaycanda hakimiyyət dəyişikliyini arzulayan təşkilatlar tərəfindən maliyyələşdirilməsi hesabına keçirilən mitinqlərin nəticəsiz başa çatması müxalifətin siyasi mövcudluğuna son qoydu. Radikal müxalifətin ictimai təhlükə mənbəyi kimi ciddi kataklizmlərin yaşanacağında maraqlı olması müxalifət partiyalarının bir-birilərinin siyasi fəaliyyətlərini təftiş etməsi ilə nəticələnib. Qarşıdan gələn parlament seçkilərində iştirak etməyə qərar verən müxalifət partiyaları arasında son günlər konfrantasiyanın genişlənməsi bu baxımdan diqqəti cəlb edir. Demokratiya pərdəsi adı altında xarici havadarların müxalifətin müdafiəsinə cəhd göstərməsi, radikalların siyasi fəaliyyətlərinin əsasını təşkil edir. Bəzi beynəlxalq təşkilatların üzdəniraq nümayəndələri Azərbaycanda siyasi prosesləri öz ssenariləri əsasında yürütməkdə maraqlı tərəf kimi çıxış edirlər. 2003-cü il prezident, 2005-ci il parlament seçkiləri zamanı antiazərbaycançı qüvvələrin Azərbaycana qarşı tutduğu mövqe və bu istiqamətdə göstərdiyi cəhdlərin iflasa uğraması radikal müxalifətin planlarını alt-üst etdi. İndiki halda isə ölkə yeni parlament seçkiləri ərəfəsindədir. Eyni ssenarinin yenidən işə salınması üçün cəhdlərin başlanması, Ə.Kərimovun timsalında radikal qüvvələrin iştahını artırır. Ə.Kərimovun "xaricə səfər edə bilməməsi"ndən əndişələnən AXCP (i) funksionerlərinin əsassız fikirləri, əslində, müxalifətin gerçək partiyasının üzünü ortaya qoyur. AXCP (i) sədri Ə.Kərimovun rəhbərlik etdiyi qurumun müxtəlif layihələrinin icrası üçün xaricdən aldığı qrantları əsasən AXCP (i)-yə yönəltdiyi heç kimdə şübhə doğurmur. Lakin öz çirkin məqsədləri üçün bundan istifadə edən AXCP (i) sədri partiyadanı öz maraqlarına uyğun istifadə edir, hakimiyyətdən inciyən qüvvələri öz ətrafında birləşdirməklə Azərbaycan xalqının iradəsinə zidd siyasi fəaliyyət aparır. Hakimiyyətə müxalif dayanan siyasi partiyalar tək Azərbaycanda deyil, dünyanın bütün demokratik ölkələrində mövcuddur. Amma Azərbaycan müxalifəti hakimiyyətə gəlmək üçün sivil mübarizə qaydalarından imtina edərək, ümidini xarici havadarlara bağlayıb. Radikal müxalifətin bir sosial toplum olaraq siyasət səhnəsindən silinməsinin zərurətini diktə edən amillərdən biri də sosial bazasının, elektoratının düşkün, zəif və marginal olmasıdır. Azərbaycan hakimiyyəti ölkədə demokratiyanın tam bərqərar edilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir. "Washington Post" qəzetinə tələb olunan vəsaiti ödəməklə Azərbaycan barəsində yalanlarını, əsası olmayan məlumatları dərc etdirməyə nail olan Ə.Kərimovun qeyd edilən kontekstdə "demokratik" fəaliyyəti bütövlükdə özünün siyasi gələcəyinə hesablanıb. İndiki halda isə xaricdə yaşamaq arzusunda olan Ə.Kərimovun mühacirətə getməyə cəhd göstərməsi, onun öz prinsiplərindən geri dönmədiyi göz önünə gəlir. Bu düşərgənin nəzarəti altındakı qəzetlərdə təhqir adi üslubi vasitədir. Radikallar müxalifətçilik adı ilə pərdələdikləri qeyri-obyektivlik hərkətləri cəmiyyət tərəfindən nifrətlə qarşılansa da bu əməllərindən əl çəkmir, xalqı "siyasi savadsılıqda" günahlandırır, hakimiyyət dəyişikliyinə dəstək verməməkdə ittiham edir. Hakimiyyəti mənimsəmək uğrunda davamlı cəhdlərin nəticəsiz qalması, sosial bazanı tam itirdiyindən siyasi meydandan kənarlaşması zərurətə çevrilən radikal müxalifətin davranışları da, görünür, məğlubiyyət amilindən qaynaqlanır.

Digər xəbərlər