PDF Oxu

Müxalifət

  • 7

Uğursuz mitinqin rüsvayçı "müəllifləri"

Uğursuz mitinqin rüsvayçı "müəllifləri"
Məlum olduğu kimi, istənilən məsələnin həlli yalnız demokratik prinsiplərə, sivil dəyərlərə əsaslanmalıdır. Yalnız bu halda hər kəsin qəbul edə biləcək tərəfə çevrilmək olar. Amma gəlin görək özlərini "müxalifət" adlandıranalar bu prinsiplərə riayət edə bilirlərmi? Edə də bilməzlər. Çünki onlar hələ də 90-cı illərin düşüncəsi ilə yaşayırlar. İsa qəmbərovlar, əli kərimovlar, lalə hacıyevalar, sərdar cəlaloğlular, etibar məmmədovlar və digər bu kimi məram və məqsədlərini anlamayan ünsürlər dünyəvi qanunların prinsiplərinə tamamilə zidd mövqe sərgiləyirlər. Daha doğrusu, hər biri öz şəxsi ambisiyalarını reallaşdırmaq üçün ən çirkin vasitə və üsullardan istifadə edirlər. Əgər ortada maliyyə maraqları olsa, o zaman bu ünsürlər müxtəlif şoular yaradır, məzhəkələr qurmaqdan çəkinmirlər. Bunun ölkədə keçirilən bütün seçkilərərəfəsi şahidi olmuşuq. Eyni ilə, qarşıdakı parlament seçkilərinin yaxınlaşması ilə əlaqədar olaraq radikal müxalifətin mitinqlər məsələsinə müraciət etmələri. Onlar bu cür vasitələrin artıq dünyada silinmək üzrə olduğunu başa düşsələr də, bunun fərqinə varmırlar.
Məlum olduğu kimi, müxalifətin iyulun 31-də icazəsiz aksiya keçirmək cəhdi də baş tutmadı. İyulun 31-də rüsvayçı aksiya cəhdindən sonra müxalifət partiyaları avqust ayının ortalarında bunu reallaşdırmaq istəyində olduğunu bildirir. Sabiq Müsavat funksionerlərindən Arif Həmidov, Hüsni Səmədbəyli, Sübhan Hətəmov redaksiyamıza verdiyi açıqlamalarında bildirdilər ki, nə qədər ki, bu mitinq cəhdinin "müəllifləri" Müsavat başqanı İsa Qəmbərovla AXCP (i) sədri Əli Kərimovdursa, bu istəklər heç vaxt baş tutmayacaq. Çünki bu adamlar arasında gərginlik pik həddinə çatıb. Bu proses özünü daha çox müxalifətdəki ayrı-ayrı bloklarda birləşmək prosesində qabarıq şəkildə göstərir. Çünki hər iki müxalifət nümayəndəsi yarana biləcək vahid müxalifət blokunun lideri olmaq istəyir. Hər iki müxalifət lideri bu istəklərini mətbuat vasitəsilə üzə çıxarmaq istəmirlər.
Funksionerlər onu da söylədilər ki, iyulun 31-də keçirilən mitinqdə 3-4 qadının arxasında gizlənən Əli Kərimov və İsa Qəmbərov özlərinin hansı acınacaqlı və iflas durumunda olduqlarını bütün dünyaya göstərdilər. İndi hansı beynəlxalq təşkilat və ermənipərəst qurum üç-dörd arvadın ümidinə qalan radikallara pul verər və onlardan "istifadə" edər? Heç kim. Onlar özlərini, sadəcə, çoxdan "yandırıblar".
Belə vəziyyətə düşən radikal müxalifət yenidən bəxtini "sınamaq" istəyir. Daha doğrusu, hansısa bir hadisə olanda və yaxud da ölkəmizə xarici qonaqların səfərləri olduqda radikalların mitinq keçirmək yadlarına düşür. "Yurd"dakı mənbənin qəzetimizə verdiyi məlumata əsasən, şəhərin müxtəlif yerlərində son dərəcə uğursuz və biabırçı piket keçirmək cəhdlərinin fiaskoya uğramasından və sonra yaşanan qarmaqarışıqlıqdan qəzəblənən radikal liderlər bir-birini ittiham hədəfinə çeviriblər. Səbəb isə məlumdur. Həm AXCP (i), həm də Müsavat rəhbərliyi piketin son illərdəki ən uğursuz və biabırçı şəkildə başa çatmasına görə bir-birilərini hədəfə tuşlayıblar. AXCP (i)-nin rəhbərliyi Müsavatı uğursuz taktika seçməkdə və qəsdli şəkildə piketi uğursuz baş tutmasına yönləndirməkdə suçlayır. Amma qarşı tərəf daha aqressiv şəkildə bəyanatlar verir.
Mənbənin məlumatına əsasən, dünən axşam "Yurd" rəhbərliyi ilə təmasa keçən Müsavatın mərkəzi icra aparatının rəhbəri A.Hacıyev, onları təxribat yaratmaqda və qəsdən müsavatçıları polislə qarşı-qarşıya qoymaqda ittiham edərək, bütün bunların sonradan ikitərəfli münasibətlərə ziyan vuracağını deyib.
Artıq Müsavat strateqləri piket cəhdi zamanı AXCP (i)-nin bir nəfər də olsun üzvünün orada olmamasını əsas gətirərək, bunu "Yurd" rəhbərinin məqsədli şəkildə Müsavat əleyhinə ciddi bir təxribatı kimi qələmə verirlər. Xüsusilə, millət vəkili Pənah Hüseynov, "KXCP" sədrinin müavini, "DUİ" mitinq komitəsinin sədri Bəybala Əbil, "KXCP" təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu və digərlərinin polislər tərəfindən saxlanılıb. Artıq bu işin onunla gərgin münasibətlərdə olan Ə.Kərimov tərəfindən həyata keçirilməsi, Müsavat funksionerini "Yurd" şefinə qarşı əsl mübarizəyə sövq edib. Hətta Müsavatın qərargahında Ə.Kərimov əleyhinə kəskin fikirlər səsləndirən A.Hacıyevin R.Arifoğluna qarşı ittihamlar səsləndirdiyi də verilən məlumatlar sırasındadır. Beləcə bir uğursuz piket cəhdi və ya "komediyası" "Yurd"la Müsavatı bir-birinə vurdu. Bu, həm də müxalifətin qarşıdakı didişmələri üçün, sadəcə, bir siqnal xarakteri daşıyır. Bütün bu olanlar artıq müxalifətin tükəndiyini göstərir.

Digər xəbərlər