PDF Oxu

Müxalifət

  • 8

Radikal düşərgədə istefalara start verilib

Radikal düşərgədə istefalara start verilib
Müsavat "Azadlıq" bloku qarşılaşması nəhayətdə ikincinin sıradan çıxması ilə nəticələnmiş olub. Beləliklə də, radikal müxalifət düşərgəsində daha böyük problemlərin və yeni-yeni münaqişə ocaqlarının yaranması qaçılmaz oldu. Sosial bazasını tamamilə itirmiş radikal müxalifət partiyaları artıq hər yerdən əlləri üzüldüyü üçün indiki məqamda istənilən formada iyrənc metodlardan istifadə etməklə gündəmdə qalmağa çalışırlar. Məhz belə bir anda da, radikal düşərgədə anormal hadisələr və olaylar daha açıq xarakter alıb. Bütün imkanlarını itirən və ən nəhayət, şəxsi prinsiplərini belə maraqlarına qurban verən radikal liderlər bu günə qədər siyasi arenada qalmaqla iç üzlərini açıb göstərmiş olurlar.
Cəmiyyətin dəstəyindən birmənalı şəkildə məhrum olmuş radikal müxalifət yetkililəri özlərinə xaricdə havadar axtarmaqla şəxsi ambisiyyalarını gerçəkləşdirmək üçün var-gəl etməyə başladılar. Məhz bunun sübutu kimi, Müsavat partiyasının Avropada cinsi azlıqları dəstəkləyən təşkilatla əməkdaşlığa başlaması, AXCP (i)-nin birmənalı şəkildə xarici donorlardan asılı vəziyyətə düşməsini göstərmiş olur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, məhz radikalların bir çox məqamlarda iddialarla çıxış etmələrinin arxasında da, məhz birmənalı olaraq xarici havadarlarının maliyyə dəstəyi dayanır. Amma nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan müxalifəti istənilən formada özünü göstərməyə çalışırsa, burada xarici faktorların olmasını, onların sifarişləri əsasında müxalifətin illüziyalarla çıxış etməsini nümunə göstərmək olar. Çünki radikallar bütün imkanlarını itirdiklərindən məhz havadarlarının sifarişləri və maliyyə dəstəkləri onların mövcudluqlarında başlıca faktor kimi qiymətləndirilir. Ona görə də, radikal müxalifət liderləri hal-hazırda birmənalı şəkildə xarici havadarlarının sifarişinin yerli icraçılarıdır.
Maraqlı cəhət ondan ibarətdir ki, müxalifətçilər arasında qanlı düşmənçilik hökm sürdüyündən bir sıra partiyalar və nümayəndələri ayrı-ayrı zamanlarda siyasi arenanı tərk etmək məcburiyyətində qalmalı olublar. Bu günə qədər Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxanın müəmmalı şəkildə tutduğu postdan imtina edərək, siyasi arenanı birdəfəlik tərk etməsi radikal düşərgədə yarpaq tökümünə yenidən start verildiyini nümayiş etdirmiş olub.
Qeyd edək ki, ALP-nin sədr əvəzi uzun müddətdir müxalifət düşərgəsində bir sıra şəxslərlə və partiya liderləri ilə açıq şəkildə problem yaşayırdı. Məhz onun təmsil olunduğu partiyanın düşmüş olduğu ağır durum və "Azadlıq" blokunun fəaliyyətini dayandırması, demək olar ki, Ə.Temirxan üçün heç bir seçim yeri qoymamış oldu. Beləliklə də, radikal düşərgənin bir sakini də buraya düşdüyü günün yaşamış olduğu sevincini, indi məhz buranı tərk etdiyi an yaşamış oldu. Onu da əlavə edək ki, Ə.Temirxan müxalifət "siyasət"çiləri arasında anormallığı və düşüncəsizliyi ilə daim diqqət çəkib. Hətta onun təmsil olunduğu düşərgə nümayəndələri belə dəfələrlə Ə.Temirxanın "düşüncə" tərzi barəsində müxtəlif fikirlər səsləndiriblər. Bütün bunlar isə, onu göstərir ki, Ə.Temirxanın timsalında siması açıq şəkildə görünən müxalifət, sözün əsl mənasında, iflasın bir addımlığındadır. Müxalifətçilərin boğazdanaşağı düşüncə taktikaları ilə hər şeyə rəngli yanaşmalarına baxmayaraq, günün reallığı düşərgədəki qopmaların əsasını təşkil etməkdədir. Bu baxımdan Ə.Temirxanın ardınca "Azadlıq" blokunun digər təmsilçisi, "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyevin də birdəfəlik siyasi arenanı tərk etməsi barəsində yayılan xəbərlər düşərgədəki təlatümün şiddətlənməsindən xəbər verir. Eyni zamanda, müxalifətçilərin sırasından ardıcıl olaraq iki şəxsin istefa xəbərinin yayılması da, birmənalı qarşılanmadı. Bir çoxları müxalifətin tamamilə iflasa uğradığı qənaətində olsa da, digərləri Ə.Temirxan və Ə.Əliyevin bundan sonra siyasətdə qalmalarını özləri üçün ziyanlı hal kimi xarakterizə ediblər. Düşərgədə olanlar isə onu göstərir ki, müxalifətin sonu yaxınlaşdıqca burada daha iyrənc oyunlar baş verir.

Digər xəbərlər