PDF Oxu

Müxalifət

  • 6

Radikal düşərgədə birləşmə adı altında böyük parçalanmalar baş verir

Radikal düşərgədə birləşmə adı altında böyük parçalanmalar baş verir
Son zamanlar radikal müxalifət düşərgəsində AXCP (i) -Müsavat yaxınlaşması kimi qələmə verilən oyunların artıq bütün tərəfləri ictimaiyyət üçün bəlli olur. Çünki bu birlikdə iştirak məsələsində, hələ də, tərəflər arasında çox ciddi fikir ayrılıqlarının olduğu meydana çıxır. Hər iki tərəf prosesin mahiyyətini nə qədər gizlin saxlamağa çalışsa da, prosesin əsas məğzi hər kəs üçün tamamilə aydın olub. Ona görə də, hər iki radikal partiya sədrinin birlik adı altından müəyyən şou yaratmaq cəhdləri tamamilə başqa mətləblərdən xəbər verir. İlk növbədə, onu demək olar ki, Müsavatla AXCP (i) arasında yaxınlaşmada artıq ilkin problemlər üzə çıxmağa başlayıb. Odur ki, artıq tərəflər bu problemləri həll etmədən müsbət bir uğura imza ata bilməyəcək. Çünki nə AXCP (i) sədri Əli Kərimov, nə də Müsavat başqanı İsa Qəmbərov iyrənc xislətindən əl çəkmək iddiasındadır. Bütün bunlar isə, onu göstərir ki, artıq müxalifət daxilində birləşmə adı altında böyük parçalanmaların baş verməsi qaçılmaz olub. Çünki AXCP (i) sədri Ə.Kərimov Müsavatla ilkin yaxanlaşmanın tərəflərindən biri kimi seçki dairələrindən namizədlərin müəyyənləşməsini və seçki blokunun yaradılmasının tərəfdarıdır. Müsavat başqanı İ.Qəmbərov isə bunun əksinə olaraq, seçki bloku yaradıldıqdan sonra, dairələrdən namizədlərin müəyyənləşdirilməsi məsələsinin həll edilməsinin tərəfdarıdır. Eyni zamanda, AXCP (i)-nin sədr müavini Fuad Qəhrəmanlı da, İ.Qəmbərovun mövqeyinə qarşı çıxaraq, Ə.Kərimov tərəfindən səslənmiş təklifin daha məqbul variant olduğunu bildirib. Bütün bunlar isə, onu göstərir ki, bu gün radikal müxalifət düşərgəsində istənilən formada yaradılmağa cəhdlər edilən birlik və ya toplumlar yaranmadan parçalanmaya və yaxud da düşmənçilik prinsiplərinin daha da dərinləşməsinə şərait yaratmış olur. Ona görə də, elə müxalifət yetkililərinin özlərinin səsləndirdiyi kimi, radikallar arasında yaxınlaşma onların daha böyük anlamda iç üzlərinin açılmasına və nə dərəcədə iyrənc metodlarla öz maraqlarını gerçəkləşdirmək cəhdlərinə yenidən aydınlıq gəlmiş oldu. Elə bu səbəbdən də, demək olar ki, xarici havadarlarının maliyyə və ideoloji dəstəyi ilə bu gün birlik və əməkdaşlıqdan dəm vuranlar nə dərəcədə böyük çirkabın içinə düşdüklərinin fərqini, deyəsən, anlamırlır. Məhz bu baxımdan da, radikal düşərgədə olanlar və olacaqlar onu göstərir ki, hər seçki öncəsi özünüreklam prinsipinə can atan radikallar üçün payızda keçiriləcək parlament seçkilərinə qədər olan zaman onlar üçün son marşrut olacaq.

Digər xəbərlər