Milli maraq və mənafelərə zidd fəaliyyət göstərən ayrı-ayrı radikal müxalifət mətbuatı, jurnalist təşkilatları və hüquq müdafiəçiləri Azərbaycanı beynəlxalq ictimaiyyətin qınaq obyektinə çevirmək üçün bütün qüvvələrini səfərbər edib. Son illər ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər, həyata keçirilən tədbirlər göz qabağındadır.
Buna baxmayaraq, Azərbaycanı beynəlxalq ictimaiyyətin əsassız müzakirə predmetinə çevriməyə çalışan qüvvələrin himayəsinə sığınan bir sıra fəaliyyətləri düşmən hərəkətindən heç nə ilə fərqlənməyən QHT-lər, hüquq müdafiəçiləri xaricdən verilən sifariş hesabına "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbsinə siyasi don geyindirməyə cəhd göstərirlər. Eynulla Fətullayev azadlıqda olarkən əməllərinə hüquqi don geyindirmək üçün əvvəlcədən düşünülmüş şəkildə gələcək üçün körpü rolunu oynayacaq prinsiplər üzərində işləyirdi. Nəticədə Türkiyə ermənilərinin qəzeti - "Aqos"un baş redaktoru Qrant Dinkin öldürülməsindən sonra Azərbaycan və rus dilində çıxan, amma tez-tez ermənilərin dəyirmanına su tökən "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev gözlənilməz bir bəyanatla çıxış etdi. Bildirdi ki, onu da Qrant Dink kimi öldürmək istəyirlər. Səslənən bu fikirdə isə diqqətçəkən məqam, Eynulla Fətullayevin özünün yalnız öldürülmək qorxusundan yox, məhz erməni kimi öldürülmək istəməsi beyində bir sıra suallar doğurur. E.Fətullayevin bu məsələdə daha çox məhz erməni kimi öldürüləcəyini gözləməsi əsil maraq və təəccüb mövzusu olmaqla, ermənilərin diqqət mərkəzində olmaq məqsədinə hesablanırdı.
E.Fətullayevin özünü Q.Dinklə müqayisəsi, əslində, cəmiyyətə bir ismarıc idi. Demokratik cəmiyyətdə bu, mümkündür. Lakin nəzərə alsaq ki, bir erməni millətçisindən söhbət gedir, burada baxışlarda bir ziddiyyətin yaranması təbiidir. Əməlində və fəaliyyətində E.Fətullayevin ermənipərəst mövqeyi bizə bəlli olmayan sualların cavabları qədər absurd mahiyyət daşımaqdadır. Tapşırıqla E. Fətullayev Azərbaycan xalqına qarşı antimilli fəaliyyətinə don geyindirən hüquq müdafiəçiləri sırasında dayanan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərovanın Eynulla Fətullayevin siyasi motivlərə görə həbs olunduğunu bildirməklə özünün mövqeyini ortaya qoyub. Çoxsaylı və rəngarəng avantüraların bilərəkdən predmeti olan huquq müdafiəçisi bildirir ki, biz onu sonadək müdafiə edəcəyik: "Fətullayevin hüquq müdafiəçilərinə qarşı səsləndirdiyi ittihamları normal qarşılayırıq. Hazıda Eynulla məhbəs həyatı yaşayır. İnsan həbsdə olanda, onun əsəbləri pozulur".
"Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru bütün varlığı müdafiə edən qüvvələr az qala onu Azərbaycan xalqının iftixar yerinə çevirməklə, onun beynəlxalq statusuna işarə edir, ona imtiyazların tətbiq olunmasını, onun antimilli hərkətlərini isə milli konteks üzərində kökləyirlər. Qeyd edək ki, Eynulla Fətullayevin antimilli fəaliyyəti erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımının 15-ci ildönümü ərəfəsində "Realnıy Azərbaycan" qəzetində dərc edilmiş məqaləsi xocalılıların, xüsusilə, şəhid analarının hiddətinə səbəb oldu. Sözügedən qəzetin 2007-ci il 6 fevral tarixli nömrəsində müəllif E.Fətullayev Xankəndidə, Xocalıda, Ağdamda olarkən erməni generallarından aldığı müsahibələr və Naftalan şəhərində məskunlaşmış Xocalı sakinləri ilə görüşü əsasında yazır ki, guya bizim ana-bacılarımızı, qız-gəlinlərimizi soyqırıma uğradan, onlara min bir əziyyət verən Xocalı özünümüdafiə batalyonu olmuşdur. Bu yazıya cavab olaraq, xocalılar, şəhid anaları redaksiyanın yerləşdiyi binanın qarşısında etiraz aksiyası keçirdi. Etiraz aksiyasına gəlmiş xocalılılar Eynulla Fətullayevdən yazdıqlarına görə izahatla yanaşı, bütün xocalılılardan üzr istəməyi tələb etmişdilər. Bu hadisədən sonra Yasamal Məhkəməsində Qaçqınların və Məcburi Köçkünlərin Müdafiə Mərkəzinin sədri jurnalist Tatyana Çaladzenin Eynulla Fətullayevə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesində Xocalı qırğını zamanı qətlə yetirilən azərbaycanlıların meyitlərini eybəcər vəziyyətə salanların məhz elə həmyerlilərimizin olması haqqında dedikləri düşmən dəyirmanına su tökmək kimi qiymətləndirildi. Yazdıqları ilə xocalılıların əsəblərini tarıma çəkən Eynulla Fətullayevin özünü haqlı çıxarmaq cəhdi məhkəmədə yenə də gərginliyə səbəb olub. Nəticədə isə xocalılıları təhqir edən redaktor 2 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.
E.Fətullayevin cəmiyyətə bəlli olmayan antimilli fəaliyyəti bütün Ermənistan xüsusi xidmət orqanları tərəfindən ciddi-cəhdlə təqdir olunduğu açıq-aydın etiraf olunur. Onun yazdığı "Qarabağ Gündəliyi" erməni millətçilərinin beynəlxalq təşkilatlara göndərdiyi qondarma soyqırım ideyalarının gerçəkləşəməsi işində əsasız faktlar sırasındadır. Bu, bir azərbaycanlı jurnalist E.Fətullayevin fəaliyyətinin məntiqsiz nəticəsidir. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, tarixi keçmişinə, qəhrəmanlıq ənənələrinə zidd cızmaqaraları, ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və suverenliyi yolunda inamlı mübarizəsini qamçılayan Eynulla Fətullayevin bir sıra dövlətlər və beynalxalq təşkilatlar tərəfindən müdafiə olunması onun Azərbaycana qarşı fəaliyyətinin əhəmiyyətindən xəbər verir.
Son dərəcə şöhrətpərəst və təkəbbürlü bir şəxs olan E.Fətullayev üçün gerçəklik bundan ibarət idi. Pullara və "şöhrətə" doğru gedən yolda jurnalist - kriminal dairələrində "davakar cırtdan alfons" ayaması ilə tanınmağa başladı. Bu şəxs qısa bir müddət ərzində özü qəzet açdı, iki ədəd dəbdəbəli maşına sahib oldu və xoşagəlməz də olsa, hər halda, şöhrət qazandı. Bütün varlığı və vücudu, düşüncə və bacarığı ilə əsrlər boyu qanımızı içən və soykökümüzü yer üzündən silməyə cəhd göstərən mənfur və bədxah ermənilərə sədaqətlə xidmət göstərməyə girişən E.Fətullayevin "Qarabağ Gündəliyi" onun ləyaqət sindromunu ortaya qoyur.