PDF Oxu

Müxalifət

  • 6

Radikal müxalifət xarici havadarlarına arxalanır

Radikal müxalifət xarici havadarlarına arxalanır
Azərbaycanda fəaliyyət göstərən radikal müxalifət xarici havadarlarının çoxtərəfli siyasi sifarişləri əsasında "insan hüquqlarını müdafiə" adı ilə cinayətkarlara havadar çıxaraq, əsasız məlumatlar yaymaqla ictimai firkin diqqətində qalmağa cəhd göstərirlər. Siyasi proseslərə təsir etmək imkanında olmayan radikallar cəmiyyət tərəfindən qəbul edilmədiklərini anlasalar da, hələ ki çabalarını davam etdirirlər. Müxalifət partiyalarının kifayət qədər zəif olması onların qarşıdan gələn parlament seçkilərində uğur qazanmaq imkanlarını heçə endirir. Xarici qurumlara, təşkilatlara üz tutan radikal müxalifətin təsiri altında olan ayrı-ayrı qeyi-hökumət təşkilatları Azərbaycanın beynalxalq imicini təhlükəyə məruz qoyur, ermənipərəst qüvvələrin ölkəmizə qarşı antimilli təbliğat kampaniyasına öz töhfələrini verirlər. 2005-ci ilin parlament seçkiləri zamanı siyasi dairələrdə və mətbuatda radikal müxalifətin Azərbaycanda hakimiyyət dəyişikliyini arzulayan təşkilatlar tərəfindən maliyyələşdirilməsi, qeyri-hökumət təşkilatlarının vasitəsilə alınan qrantlar hesabına mitinqlər, nümayişlər keçirməsi ermənipərəst siyasi dairələrin marağına uyğun təşkil edilirdi. Təsadüfi deyil ki, bu zaman radikal müxalifətin ABŞ-dakı "Qəfəsçyanların Fondu" kimi fondlarla münasibətləri, ADP sədri Rəsul Quliyevin ABŞ-dakı ermənipərəst siyasi dairələrin nümayəndələri və ermənipərəst konqresmenlərlə görüşləri Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına yönəlmişdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əldə etdiyi diplomatik uğurlara qarşı radikal müxalifət düşərgəsinin ictimai rəyi çaşdırmağa yönəlmiş cəhdləri xalqımızı dövlətə qarşı qoymaq məqsədi daşıyırdı. Bununla yanaşı, xarici havadarlarına arxalanan radikallar 2008-ci ildə keçirilən prezident seçkilərində seçki qanunvericiliyinin ölkədə azad, demokratik, şəffaf seçkilərin keçirilməsinə geniş imkanlar yaratdığı halda, radikal müxalifət bunu öz siyasi uğursuzlaqıarına əsas yaradan amil kimi qiymətləndirməyə çalışırdı. Bu zaman radikal düşərgə təmsilçiləri Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin qəbul edilməsindən sonra prosesdə iştirakla bağlı qəti qərar verəcəklərini bildirsələr də, sonradan müxalifətin prezident seçkilərində iştirakı məsələsi düşərgədə yaşanan gərginliyi daha da artırdı. Düşərgə daxilində baş verən proseslər bunu deməyə əsas verir ki, radikal müxalifət təmsilçiləri seçkilər öncəsi seçki qanunvericiliyinin tələblərinə uyğun fəaliyyətlərini qurmaq əvəzinə, bir-birlərini gücdən salmağa çalışır, konkyuktur maraqlara uyğun qeyri-müəyyən vəziyyət yaradır. Qarşıdan gələn parlament seçkilərində radikal müxalifət mənsubları seçkidəki rüsvayçı məğlubiyyətlərini indidən dərk etdiyindən spekulyasiyalara başlayıb. Xarici havadarlarına arxalanan radikallar indiki halda AXCP (i) və Müsavat partiyalarının birliyindən iştahaya düşən Əli Kərimov İsa Qəmbərovun ona vəd etdiyi liderlik postu müxalifət düşərgəsində birmənalı qarşılanmır. "Ümid" partiyasının sədri, deputat İqbal Ağazadə mətbuata açıqlamasında bildirib ki, nəzəri baxımdan bu birlik baş tuta bilər, amma o halda birləşmə əvəzinə, daha böyük parçalanma olacaq. Cəmiyyətdə radikal, qeyri-konstruktiv müxalifət kimi tanınan partiyaların fəaliyyətində yaxşılığa doğru heç nəyin dəyişməməsi bu düşərgə təmsilçilərinin siyasi perspektivsizliyindən xəbər verir. Sivil siyasi mübarizə aparmaq imkanlarında olmayan və daha çox dağıdıcılığa meyil göstərən ifrat radikallar bununla özlərini daha da gözdən salırlar. Gündəmdə qalmaq naminə formal yaratdıqları "birlik modelləri" də işə yaramır. Qarşıdan gələn parlament seçkilərinə qatılmaq barədə birgə qərarı verən müxalifət partiyalarının rəhbərlərinin strategiya və proqramlarının olmaması onların prosesdə uğur qazanacaqlarını mümkünsüz edir. Seçki öncəsi radikalların ara-sıra mitinq-yürüş keçirmək barədə "bəyanatlar" səsləndirmələri də ictimai rəyə hesablanmış addım kimi dəyərləndirilə bilər. Mitinq keçirmək barədə dəfələrlə vəd verib sonradan reallaşdıra bilməmələrinin əsas səbəbi də istinad edəcəkləri elektoratın olmamasıdır. İyulun 15-də AXCP (i) yaranmasının 21 illiyinə həsr olunan tədbirdə Müsavat başqanı İsa Qəmbərov AXCP (i) ilə Müsavatın birləşərək, bir partiya olması təklifi qarşıdan gələn parlament seçkilərində iştiraka hesablansa da, bu, İsa Qəmbərovun Əli Kərimovu siyasi baxımdan məhvə aparır. Siyasi dəllallıqla məşğul olduqlarını radikallar özləri də çox gözəl dərk edirlər. Radikal düşərgənin konsalidasiyaya doğru hər addımı 1995-ci ildən ardıcıl olaraq davam etməkdədir. Radikal müxalifət daxilində yaşanan olaylar düşərgədəki problemləri çılpaqlığı ilə ortaya qoyur. "Demkonqres", "SİDSUH", "DUH", "DUB", "AQB", "BMH", "MKM", "Bizim Azərbaycan", "Azadlıq" və unutduğumuz digər bu kimi adlar altında ayrılıb birləşən müxalifət partiyalarının siyasi məqsədləri yalnız özlərinin siyasi maraqlarına və xarici havadarlarının qrantlarına köklənib. İştirakçı sırası isə get-gedə seyrələn bloklaşma siyasəti indiki halda, AXCP (i) ilə Müsavat arasında gündəmə gəlməsi gözlənilən idi. Çünki sosial dayaqları olmayan radikal partiyaların "birlik ideyası", görünür, İsa Qəmbərov, Əli Kərimovun və başqalarının istinad etdiyi "demokratiya" bundan ibarətdir. Radikal müxalifət təmsilçilərinin siyasi ambisiyalar üzərində köklənən, qarşılıqlı ittihamları təhqir və tənqidlə müşayiət olunan destruktiv fəaliyyətləri cəmiyyətə məlumdur. Bir vaxtlar siyasi keçmişlərini gündəmə gətirən partiya rəhbərləri bir-birini hakimiyyətə "işləməkdə", müxalifət maraqlarına "zərbə" vurmaqda ittiham edirlər. Sivil siyasi mübarizə aparmaq imkanlarında olmayan və daha çox dağıdıcılığa meyil göstərən ifrat radikallar bununla özlərini daha da gözdən salırlar. 2005-ci ilin parlament seçkiləri ərəfəsində isə ayrı-ayrı bloklara üz tutan keçmiş müttəfiqlər hətta bir-birinin ünvanına sərt ittihamlarla, təhqirlərlə çıxış etməkdən belə çəkinmədilər. Siyasi proseslərə təsir etmək imkanında olmayan radikallar cəmiyyət tərəfindən qəbul edilmədiklərini anlasalar da, hələ ki, çabalarını davam etdirirlər. Müxalifət partiyalarının kifayət qədər zəif olması onların qarşıdan gələn parlament seçkilərində uğur qazanmaq imkanlarını heçə endirir.

Digər xəbərlər