Müasir beynəlxalq münasibətlər sistemində ikili standartlar müxtəlif məqamlarda Azərbaycan xalqının iradəsinə qarşı siyasi və hüquqi alət kimi istifadə edilir. Zaman-zaman ölkəmizə qarşı antimilli siyasət aparan radikal müxalifətin, beynəlxalq təşkilatların, ayrı-ayrı xarici dövlətlərin himayəsinə sığınan "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev Azərbaycan cəmiyyətinin qınaq obyektinə çevrilməklə, xalqımızın milli heysiyyətıini mənəvi terrora məruz qoymuşdur.
E.Fətullayevin həbsindən radikal müxalifətin beynəlxalq arenada "səmərəli" istifadə etməsi siyasi xarakter alaraq, şəxsi məqsədlərin reallaşmasına yönəldildi.
Azərbaycan xalqını mənəvi terrora məruz qoyan Eynulla Fətullayevin reablitasiyasına yönələn mübahisələr isə ictimai fikri çaşdırmağa hesablanan siyasi gedişlər konkret məqsədlərə uyğun olaraq icra olunmaqdadır. Azərbaycan xalqının milli qürurunu, milli heysiyyətini ayrı-ayrı xarici qüvvələrin təsiri altında saxlamağa çalışan qüvvələr bununla xarici havadarlarının sifarişini yerinə yetirir. Öz missiyasını həbsxanda davam etdirən E.Fətullayevin antimilli fəaliyyəti Ermənistanın xüsusi xidmət orqanları tərəfindən geniş təbliğ olunmaqdadır. Azərbaycanlı jurnalistin erməni maraqlarına uyğun "Qarabağ Gündəlikləri" adlı memuarları məkrli zori balayanlar tərəfindən Azərbaycan xalqına qarşı, erməni uydurmalarının əsas mexanizmlərindən birinə çevrilib. İnformasiya müharibəsi kimi Azərbaycana qarşı çevrilən bu anlam, özündə məlumatın toplanması, saxlanması, emalı və yayımlanması kimi informatikanın əsasları olsalar da, əsasən dövlətin, ölkənin, millətin informasiya təhlükəsizlik məsələlərinə yönəldilib. "Müharibə vəziyyətində olan dövlətlərlə mücadilə sahəsi" kimi istifadə edən informasiya müharibəsində E.Fətullayevin canlı siması canlanıdırılır. Erməni saytlarında yer alan çoxsaylı yazılarda Eynulla Fətullayevin dövlətlər və xalqlar üçün əhəmiyyəti qeyd olunur. Bunula yanaşı, onun jurnalist Karen Zaxaryana yazdığı məktub xüsusilə diqqət çəkir: "Əziz Karen! İsti sözlərinizə görə, sizə minnətdarlığımı bildirirəm. Belə çətin bir dövrdə məni müdafiə etdiyinizə görə sizə və Qayaneyə dərin minnətdarlığımı bildirirəm. Səmimi şəkildə inanıram ki, gələcəkdə bizim xalqlarımız qarşılıqlı inamsızlığı üstələyərək öz münasibətlərini təmiz vərəqdən başlayacaqlar. Hər halda biz bacardıqca bu vaxtı yaxınlaşdırmalıyıq. "Karabaxskiy Vestnik" üçün sizə Qukasyanla şəklimi göndərirəm".
Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı ilə virtual məkanda E.Fətullayevin Azərbaycana qarşı antimilli fəaliyyəti və onun Dağlıq Qarabağ haqqında müəllifi olduğu sənədli materiallar ölkəmizə qarşı infomasiya savaşında tətbiq olunur. E.Fətullayevin sözügedən sənədlərdə Xocalıdakı meyitlərin azərbaycanlılar tərəfindən eybəcər hala salındığı və digər məsələlər ətrafında fikirlərinə geniş yer verilib. Ermənilərin təqdim etdiyi materiallar əsasında yazıldığı aydın duyulan fikirlərdə Azərbaycana qarşı erməni təcavüzü gizlədilir. Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsi dövlət və ictimai müstəvidə davam edir. Belə ki, Ermənistanın xüsusi xidmət orqanları tərəfindən yaradılan və 7 dildə yayımlanan
www.xocali.net internet ünvanında "Xocalı-görünməmiş aldatmalar və saxtalaşdırmalar xronikası"nın əsas "qəhrəmanı"na Eynulla Fətullayev çevrilib. "Heyvanları çıxartdılar, insanları yox" başlıqlı məqalədə azərbaycanlı jurnalist Eynulla Fətullayevin "Qarabağ gündəliyi" məqaləsinin bir parçasına toxunularaq, onun qeydlərinə yer verilib. "Xocalını görəndə, təəccübümü gizlədə bilmədim", -deyə qeyd edən Eynulla Fətullayev tamamilə məhv edilmiş bu azəri qəsəbəsinin bütünlüklə bərpa edildiyini qeyd edib: "Və siması dəyişdirilib, həmin qəsəbənin işğalında fəal iştirak eliyən, erməni generalın şərəfinə İvanovka şəhəri adlandırılıb".
"Qarabağ gündəliyi"də Eynulla Fətullayev qondarma rejimin mövcud olduğu Dağlıq Qarabağda özünü "Azərbaycan mətbuatının stereotipdən" xilas edərək, erməni təsiri altına düşdüyünü, nəinki gizlətməyərək, Qarabağda olduğu ilk gündən bizim mətbuatı (Azərbaycan mətbuatını nəzərdə tutur) doldurmuş və insanlarımızın stereotip düşüncələrinə səbəb olmuş dezinformasiyanın bütün miqyasını dərk etdiyini bildirir: "Gizlətməyəcəyəm, mən də bu stereotipin təsiri altında idim və özümü müşahidə edərkən, bu, mənə qəribə gəlirdi, dəqiq desəm, bizim jurnalistlər tərəfindən uydurulmuş miflər göz qabağında dağılırdı".
Dəfələrlə Qarabağda olduğunu etiraf edən E.Fətullayev Qarabağa bir yox, bir neçə dəfə getdiyini bildirərək, "öz işi" kimi əsaslandırır. Onun sözlərinə görə, ilk dəfə 1994-cü ildə - Bişkek protokolu imzalanandan 3 ay sonra ATƏT-in xüsusi missiyasının dəvəti ilə Qarabağda olub. 20 aprel 2007-ci ildə Yasamal rayon Məhkəməsində hakim İsa İsmayılovun sədrliyi ilə keçirilən iclasda, hətta bir az da qabağa gedərək E.Fətullayev bildirib ki, əgər mən sabah Qarabağa getsəm, yenə də ermənilərdən müsahibə götürüb, onları çap edəcəyəm.