PDF Oxu

Müxalifət

  • 5

Əli Kərimov və İsa Qəmbərovun siyasi gedişləri "mövsümi birlik" xarakteri daşıyır

Əli Kərimov və İsa Qəmbərovun siyasi gedişləri "mövsümi birlik" xarakteri daşıyır
Parlament seçkiləri ərəfəsində radikal düşərgə daxilində "Azadlıq" blokunun dağılmasından sonra Azərbaycanda yeni müxalifət blokunun yaranması ideyası meydana gəlib. Radikal müxalifət partiyalarının parlament seçkilərinə münasibəti dəyişməyib. Radikal düşərgəni təmsil edən destruktiv qüvvələrin "demokratları" siyasi maraqlarını şəxsi iddialarının girovuna çevriməklə Azərbaycanda xalqın iradəsinə zidd əməllərini pərdələmək üçün özləri üçün ittiham edəcək "qüvvələr birliyinə" hesablanan addımlar atırlar. Qarşıdan gələn parlament seçkilərində radikal müxalifət partiyaları daxilində qeyri-müəyyənliyin mövcudluğu, bu prosesdə birgə iştirakla bağlı konkret mövqenin ortada olmaması düşərgədə ciddi problemlərin yaşandığından xəbər verir. Müxalifət təmsilçiləri ölkə rəhbərliyinin seçkiöncəsi yaratdığı demokratik şəraitdən istifadə etmək əvəzinə mücərrəd ideyalar ətrafında spekulyasiyalar edir. Bu ərəfədə "vahid namizəd" məsələsinin yenidən gündəmə gəlməsi partiyalararası münasibətlərin qarşıdurma müstəvisinə qalxmasına gətirib çıxarıb.
"Azadlıq" blokuna daxil olan AXCP (i) Müsavat Partiyası ilə seçki bloku yaratmaq üçün danışıqlara başlamaq barədə qərarı düşərgə daxilində digər partiyaların sərt reaksiyasına səbəb oldu. Radikal müxalifət daxilində qarşılıqlı ittihamların və ziddiyyətlərin son vaxtlar daha da dərinləşməsi düşərgədə ciddi parçalanmalara təsirsiz ötüşmədi. "Azadlıq" blokunda təmsil olunan Liberal (ALP), "Vətəndaş və İnkişaf" ("VİP") AXCP (i) Əli Kərimovun Müsavat başqanı İsa Qəmbərovla yaxınlaşmasından ALP və "VİP" liderləri blokun fəaliyyətinə xitam verdi. Belə vəziyyətdə "VİP" sədri Əli Əliyev daha öncə mətbuata açıqlamasında yeni müxalifət blokunun yaradılmasının mümkün olacağını səsləndirdi. "Yeni Müsavat" qəzetinin "Müttəfiqindən Əli Kərimova inanılmaz xəyanət" başlıqlı yazıda müəllif qeyd edir ki, Müsavat Partiyasını, onun başqanını "Azadlıq" blokunu parçalamaqda ittiham edən "VİP" sədri Əli Əliyev "Azadlıq" blokundakı müttəfiqinə də xəyanət yolunu tutub: "Əli Kərimov Müsavatla birliyə "Mən ən sadiq müttəfiqlərim olan ALP ilə "VİP"-i buraxa bilmərəm" deyib razılıq vermədiyi vaxtda, sən demə, Ə.Əliyev AXCP (i) sədrinin partiyada devrilməsini gözləyir və arzulayırmış".
Xatırladaq ki, 2003-cü ildə "Milli Birlik Hərəkatı"nın sədri Lalə Hacıyeva AXCP (i) sədri haqqında mətbuatda səsləndirdiyi fikirlər dövr üçün başadüşülən idi. Lakin sonrakı mərhələ onların "Azadlıq" blokunda birləşməsi cəmiyyətdə Lalə Hacıyevaya qarşı münasibətlərdə durğunluq yaratdı. Lalə Hacıyeva Əli Kərimova qarşı irəli sürdüyü arqumentlər 2003-cü ildən bəri açıqlanmamış qalsa da, fakt ortadadır. Bütün bunlara baxmayaraq, Lalə Hacıyeva Əli Kərimovala bir blokda fəaliyyət göstərdi, eyni masa arxasında, eyni səviyyədə dayandı. Bu gün isə nəticə göz önündədir, "Azadlıq" blokunun fəaliyyətinə xitam verilib, Əli Kərimovla İsa Qəmbərov "gələcək haqqında" müzakirələr aparır. Bununla yanaşı, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, millət vəkili Pənah Hüseyn, "Ümid" partiyasının sədri İqbal Ağazadə, "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyevlə görüşlər keçirərək, məsləhətləşmələr aparır.Yaranmış vəziyyət dəyərləndirən müxalifət liderləri parlament seçkilərinə "vahid komanda" adı altında getmək üçün bütün qüvvələrini səfərbər edib. Üçüncü çağırış Azərbaycan Milli Məclisinə 2005-ci ilin noyabrında keçirilmiş seçkilərdə Müsavatın parlamentə getməsindən sonra təkrar seçkilərə də qatılmasını qəbul etməyən "müttəfiqlər" bu partiyaya qarşı ardıcıl olaraq beş ilə yaxındır çirkin kampaniya aparırdı. "Azadlıq" blokunda sabiq "müttəfiqlər", xüsusilə, AXCP (i) sədri Əli Kərimov Müsavat partiyasına qarşı müxtəlif məzmunlu ittihamlar səsləndirirdi.
Hələ də 90-cı illərin əvvəllərində Azərbaycanda mövcud olan ictimai-siyasi durumun təsirindən çıxa bilməyən radikal müxalifət yeni dövrün tələblərinə uyğunlaşmaq əvəzinə, düşərgə daxilində pozuculuq fəaliyyətini davam etdirir. Çağdaş tariximizdə qaragüruhçu mövqedə duran destruktiv dairələrin bir çoxunun vaxtilə AXC-Müsavat hakimiyyətinin bu və ya digər qolunda təmsilçisi kimi səriştəsiz fəaliyyəti cəmiyyətə yaxşı məlumdur. Həmin vaxt xalqı çıxılmaz vəziyyətə salan və çörəklə sınağa çəkən, hazırda radikal qüvvə kimi özünü göstərən "demokratlar" ölkədə ictimai-siyasi sabitliyin pozulmasında daha çox maraqlı tərəf kimi çıxış edir. 2005-ci ilin Parlament seçkilərində "Azadlıq" blokunda birləşən partiyaların siyasi çəkisini və cəmiyyətdə hansı nüfuz sahibi olmalarını təsdiqlədi. Azərbaycanda "rəngli inqilab" yaratmaq xülyasında olan radikal müxalifət təmsilçiləri başqa ölkələrdən diletantcasına mənimsədikləri ideyanı süni şəkildə transformasiya etməyə uğursuz cəhdlər göstərildi. Ölkəmizdə keçirilən seçkilər göstərir ki, müxalifətin bütün ölkə daxilindəki sosial dayaqları tamamilə öz siyasi mövqeyini və mənsubiyyətini dəyişib. Ümidini xarici havadarlarının qrant və ianələrinə bağlayan radikal müxalifət mənsublarının əsl siması üçüncü çağırış Azərbaycan Milli Məclisinə 2005-ci ilin noyabrında keçirilmiş seçkilərdən sonra bir daha ictimaiyyətə bəlli oldu. Azərbaycanın hakim partiyası olan YAP ölkədə konstruktiv, normal siyasi fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq etmək istəyini zaman-zaman ortaya qoysa da, radikal müxalifət öz mövqeyini dəyişməyib, xalqımızın əleyhinə antimilli fəaliyyətini davam etdirib. Radikal mövqe nümayiş etdirərək, iqtidar-müxalifət münasibətlərinin sivil çərçivədə qurulmasına maneçilik törədən qüvvələr şəxsi maraqlarının girovuna çevrilib. Əli Kərimov və İsa Qəmbərovun bir-birinə güzəştə getməməsi düşərgə daxilində vəziyyətin daha da gərginləşməsinə səbəb olu. İndiki halda isə, "kompromat müharibəsi" aparan partiya sədrlərinin "vahid namizəd" məsələsində razılığa gəlməyəcəkləri şübhəsizdir. Çünki müxalifətdaxili gərginliyin fonunda radikal partiya liderləri "birlik" görüntüsü yaratmaqla diqqəti yayındırmağa çalışırlar.
Ötən seçkilərin də təcrübəsi göstərir ki, Əli Kərimov və İsa Qəmbərov siyasi gedişləri "mövsümi birlik" xarakteri daşıyır. Radikal müxalifət təmsilçilərinin antimilli siyasi ambisiyalar üzərində köklənən, qarşılıqlı ittihamları, təhqir və tənqidlə müşayiət olunan destruktiv fəaliyyətləri düşərgə daxilində də birmənalı qarşılanmır. Konyuktur maraqlara uyğun siyasi fəaliyyətlərini quran AXCP (i) və Müsavat partiya rəhbərlərinin parlament seçkilərinə hazırlıq mərhələsində bir-birini inhisarda saxlamaqla şərtlənir. Cəmiyyət tərəfindən birmənalı olaraq qəbul edilməyən və siyasi perspektivləri olmayan radikallar hazırda daha çox parlamet kürsüsü əldə etmək üçün bir-birini qurban verməyə hər an hazırdır.
"Azadlıq" bloku məğlubiyyətə uğramaqla xalqın etimadından məhrum olduğunu göstərdi. 10 dairə üzrə keçirilən təkrar parlament seçkilərinə gedən yollar isə bu blokda birləşən partiyaların qarşılıqlı münasibətlərini, siyasi iradələrinin mahiyyətini üzə çıxardı. Parlament seçkilərindən sonra yolları ayrılmış AXCP (i) və Müsavat partiyalarının sədrləri 2008-ci ildə prezident seçkiləri ərəfəsində yenidən bir araya gələrək Rəsulzadə və ya Elçibəy adlı blok yaratmaq niyyətinə olduqlarını bəyan etdilər. Blok yaranandan sonra onlar "vahid namizəd"i müəyyənləşdirəcəklərini haqqında fikirlər gündəmə gəlməyə başladı. Bloka isə "cırtdan" partiyaların, eləcə də, ayrı-ayrı təşkilatlara səpələnmiş keçmiş cəbhəçilərin daxil edilməsi nəzərdə tutuldu. Bu zaman radikal müxalifət düşərgəsində birmənalı mövqe sərgiləyə bilməyən "demokratik qüvvələr" ADP başda olmaqla ALP və ona yaxın partiyalar Müsavat və AXCP (i)-ni hədəfə alaraq adıçəkilən partiyaları müxalifəti parçalamaqda günahlandırmağa başladılar. Partiya funksionerləri keçmişdə bu partiyalar arasında yaşanan qarşıdurmanın kökündə məhz birincilik uğrunda mübarizənin dayandığnı əsas gətirərək, bu birliyin baş tutmayacağını açıq bildiriblər. Lakin buna baxmayaraq, tərəflər ictimai fikrin diqqətində qalmaq üçün mücərrəd ideyalar ətrafında spekulyasiyaları davam etdirdilər. Partiya daxilində belə nüfuzu olmayan təşkilat rəhbərləri qeyri-müəyyən ideyaların girovunda olan radikallar bununla cəmiyyətin rəğbətini qazana bilmədi. Ölkədə keçirilən bütün seçkilərdə ağır məğlubiyyətə uğrayan radikal müxalifət yeniləşmə yolunu tutmayınca ardıcıl məğlubiyyətlərin davamı gözləniləndir.

Digər xəbərlər