PDF Oxu

Müxalifət

  • 11

AXCP (i) və Müsavatın "birlik" oyunu

AXCP (i) və Müsavatın "birlik" oyunu
Bu ilin payızında keçiriləcək parlament seçkilərinin vaxtı yaxınlaşdıqca müxalifət düşərgəsində min cür hoqqabazlıqlar və iyrənc oyunlar meydana çıxır. Artıq müxalifətin bu iyrənc əməllərinə cəmiyyət tərəfindən də, birmənalı münasibət mövcuddur. Çünki burada uzun müddətdir ki, məskən salmış müxalifətin üzdəniraq "lider"ləri, nəyin bahasına olur-olsun, sadəcə olaraq, varlıqlarını sübut etdirməyə çalışırlar, Onlar məhz bu yollarla xarici təşkilatların diqqətini cəlb etməklə müəyyən imtiyazlar qoparmağa cəhdlər göstərirlər. Radikal düşərgədə son olanlar isə məhz sadaladıqlarımızın tərkib hissəsi kimi qiymətləndirilir. Çünki bir neçə aydır ki, radikal düşərgədə bir qrup qüvvələri sıradan çıxarmaq üçün göstərilən səylərin məntiqi nəticəsi də, baş verənləri stimullaşdırmış olub. Müsavat başqanı İsa Qəmbərovun nəhayətdə "Azadlıq" blokunu parçalamaq cəhdləri və bunun faktiki nümunəsi kimi "Vətəndaş və İnkişaf Partiyası"nı və onun sədri Əli Əliyevi zərərsizləşdirmək planlarını da hər kəs açıq şəkildə müşahidə etmiş olub. Eyni zamanda, digər blok təmsilçisi olan Azərbaycan Liberal Partiyasının sədri funksiyasını yerinə yetirən Əvəz Temirxan da Müsavatın qara piarından kənarda qalmamış oldu. Doğrudur, Ə.Temirxan da, siyasətdə olduğu müddətdə özünü ciddi bir şəxs kimi göstərə bilməyib. O da, müxalifətin başıpozuq "lider"lərindən heç də geridə qalmır. Elə yarıtmaz Ə.Temirxana qarşı olan hərəkətlər də düşərgədə Müsavat başqanı İ.Qəmbərovun çirkin niyyətinin bariz nümunəsi kimi qiymətləndirilir. Amma məsələnin əsas tərəfləri çox sadə bir yolla hazırlanmış plan üzrə davam edirdi. Bu plan, ilk növbədə, İ.Qəmbərovun artıq azğınlaşmış bir siyasi kursa əl atmasını bir daha şərtləndirən amillərdən hesab olunurdu. Çünki İ.Qəmbərov düşərgədə bir sıra şəxslərlə əməkdaşlıq müqabilində məhz ona mümkün qədər maneçilik törədə biləcək şəxsləri sıradan çıxarmağı planlaşdırmışdı. Onun iyrənc oyununun tərkib hissəsində, ilk növbədə, başı xarab olmuş AXCP (i) sədri Əli Kərimovu üzvü olduğu "Azadlıq" blokunun digər təmsilçilərinə qarşı qoymaqla münaqişə yaratmaqdan ibarət idisə, digər bir məsələ Ə.Kərimovun bir oyuncaq kimi növbəti dəfə uzun müddətdir konfliktdə olduğu "KAXCP" sədri Mirmahmud Fəttayevlə qarşı-qarşıya qoyulmasından ibarətdir. Doğrudur, hazırkı mərhələdə İ.Qəmbərovla Ə.Kərimov arasında üzdə guya yüksək səviyyədə normal münasibətlər olduğu səslənsə də, onların bir-birlərinə qarşı necə arxa çevirdiklərinin Azərbaycan cəmiyyəti dəfələrlə şahidi olub. Ona görə də, bu günlərdə böyük səs-küylə Müsavat-AXCP (i) birliyindən dəm vuranlar çox az keçməz ki, yenidən, həmişə olduğu kimi, Ə.Kərimovun müxalifətin üz qarası olması barəsində fikirlər səsləndirərlər. Müxalifətçilərin özləri də, açıq etiraf etməlidirlər ki, düşərgə daxilində istənilən formada birlik və ya blokun yaradılması, sadəcə olaraq, mövsümi xarakter daşıyır. Bir məntiq isə ondan ibarətdir ki, müxalifət düşərgəsində hər seçki öncəsi bu cür anormal birləşmələr və ya toplumlar şəklində oyuncaq əməkdaşlıqlar yaradılır. Amma az bir zaman keçməz ki, Ə.Kərimov İ.Qəmbərovla, İ.Qəmbərov da Ə.Kərimovla əməkdaşlıqlarını özlərinin tarixi səhvi kimi qələmə verərlər. Çünki düşərgədə bu cür acı həqiqətlər tez-tez təkrar olunur.

Digər xəbərlər