PDF Oxu

Müxalifət

  • 12

Sonu puç müxalifət

Sonu puç müxalifət
1993-cü ildən bu günə kimi məğlub və aciz simada çıxış edən pərakəndə və miskin vəziyyətdə olan müxalifətin uğursuz addımları ardıcıl olaraq fiaskoya uğrayır. Lakin öz abırlarına sığmayan radikallar parlament seçkiləri ərəfəsi növbəti şou yaratmağı planlaşdırır. Məlumata görə, bu günlərdə AXCP (i) və Müsavatın siyasi əməkdaşlıq məqsədilə apardıqları danışıqlar nəticəsində "Azadlıq" bloku dağıldı. Bu isə, blokda olanların əsəblərini tarıma çəkdi. ALP sədr əvəzçisi Əvəz Temirxan istər AXCP (i) sədri Əli Kərimovun, istərsə də Müsavat başqanı İsa Qəmbərovun seçkiərəfəsi hiyləgər gedişlər etdiyini bildirib. Onun sözlərinə görə, "Azadlıq" blokunun dağılması növbəti hiylənin nəticəsidir. Ancaq bu böhtançılar başa düşmürlər ki, onlar bu addımları ilə həm ictimaiyyətin, həm də müxalifət funksionerlərinin növbəti qınağına düçar olurlar.
AXCP (i)-nin İmişli rayon təşkilatının sabiq üzvləri Vahid Aslanov, Şirzad Baxışov, Rəhim Gərayzadə "Səs"ə açıqlamalarında bildirdilər ki, 18 ildən çoxdur ki, İsa Qəmbrovla Əli Kərimovun fırıldaqlarının şahidi olmuşuq: "Belə həyasız və hiyləgər adamlarla necə bir yerdə olmuşuq, möcüzədir. Seçkiərəfəsi blok və ya qurum yaradıb, sonra onun xeyirini görmədikdə, tez bir zamanda da yaratdıqlarını dağıdırlar. Regionlarda İsa Qəmbərovla Əli Kərimov qədər nifrət ediləsi lider yoxdur. Hətta onların hər ikisinin siyasi səhnədən getməsi üçün funksionerlər aksiya keçirməyi planlaşdırıb. Ancaq qəribəsi odur ki, bu fırıldaqçılar özləri aksiya keçirmək və yaxud seçkiləri boykot etmək fikrini ortaya atırlar. Bu hərəkətləri ilə onlar yenidən ictimaiyyətin növbəti qınağına düçar olacaqlar. Bir də, onlar elə həyasızlaşıblar ki, üzlərinə tüpürülən tüpürcəyi belə silib, heç bir şey olmamış kimi özlərini aparmağı bacarırılar".
Sabiq partiya üzvləri onu da bildirdilər ki, müxalifət liderlərinin bu günə kimi çirkin oyunlarından iyrənirlər: "Nə qədər təlxəklik etmək olar? Xalq artıq bu oyunbazların çirkin oyunlarına inanmır. Biz də bu gün həm ailəmiz, həm də ictimaiyyət qarşısında xəcalət çəkirik. Hazırın naziri olmaq istəyən bu şüarbazlar hər keçirilən seçkiərəfəsi belə hay-küy salır. Bu gün də parlament seçkilərinə etiraz edirlər. Bu, belə də olmalı idi. Çünki müxalifət özünü 2003-2005-ci illərdə xərcləyib qurtarıb. Bütün sosial dayaqları sarsılıb. Hazırda xırda narazılıq hiss edən kimi ondan istifadə etməyə can atırlar. Xüsusilə də, bütün dünyanı təbii fəlakətlər ağuşuna aldığı bir zamanda, ölkəmizdə daşqınlarla bağlı müəyyən problemlər yarandı. Bundan istifadə edən Ə.Kərimov və İ.Qəmbərov ağlına və ağzına gələnləri yazdılar. Onların bu böhtanlı çıxışlarına etiraz olaraq rayon təşkilatlarında olan funksionerlər üzv olduqları partiyalardan istefa verdilər. Çünki ölkə Prezidentinin tapşırığı ilə daşqın baş verən rayonlarda böyük işlər aparıldı və qısa bir müddət ərzində problemin aradan qaldırılmasına nail olundu. Bu gün ictimaiyyət belə böhtançı müxalifət liderlərinin millət vəkili olmaqlarına etirazlarını da bildirirlər. Bunu onlar yaxşı bildikləri üçün boykot taktikasına əl atır və yaxud da qanunsuz küçə yürüşləri etməyə çalışırlar. Ancaq soruşmaq istərdik ki, onların çağırışına səs verən olacaqmı?"
Vəhdət partiyasının sədri Tahir Kərimli də "Səs" qəzetinə açıqlamasında funksionerlərin fikirləri ilə razı olduğunu söylədi: "Bu gün İsa Qəmbərov, Əli Kərimov və onun kimilərin gücü sıfıra bərabərdir. Sizcə, ölkədə baş verən ictmai-siyasi proseslərdə müxalifətin gücü hiss olunurmu? Xaricdən müəyyən dəstək almağa arxalanan düşərgə təmsilçiləri artıq bu dəstəkdən də məhrum olublar. Bu gün onlar klub səviyyəsində fəaliyyət göstərirlər. Xalq artıq onların çağırışlarına gəlmir və onların kütləni bir araya toplamaq imkanı məhduddur. Azərbaycan müxaliftinin bugünkü vəziyyətini görməmək mümkün deyil. Nə qədər bloklar yaratmağa çalışsalar da, birləşmək meyilləri olsa da, bu, bir səmərə verməyəcək. Bir yerdə olduqları vaxt nə ediblər ki, gücsüz vəziyyətdə nə edə bilsinlər?!"
T.Kərimli belə hesab edir ki, Müsavat-AXCP (i) cütlüyünün bir-birləri ilə it-pişik kimi dolandıqları halda seçkiərəfəsi birlik nümayiş etdirməsi, biabırçı uğursuzluqla nəticələnən aksiyalar keçirmək planları çox iyrənc və ağılsızlıqdır: "Əvvəla, deyim ki, müxalifətin, o cümlədən, Müsavat və AXCP (i)-nin mitinq və ya piket keçirmək imkanı yoxdur. Bunu keçirilən piketlərin nəticəsi bir daha göstərir. Bu səviyyəsizlər cəmiyyətin hansısa məsələyə narazılıq edərək, addım atmalarını gözləyirlər. Azərbaycan cəmiyyətində isə belə bir reaksiyanın olacağına inanmıram. Müxalifət öz səhvlərini iqtidarda deyil, keçmişində axtarmalıdır. Şüarbaz və boğazdanyuxarı çıxış edən müxalifət bildirir ki, guya bu seçkilərə xalq öz etirazını bildirəcək. Ancaq bu bədbəxtlər özləri də yaxşı bilir ki, xalq keçirilən hər bir seçkidə yüksək fəallıq nümayiş etdirməklə öz istəklərini nümayiş etdirir".
Göründüyü kimi, sosial bazası tükənən müxalifətin budəfəki fırıldağı da baş tutmayacaq.

Digər xəbərlər