PDF Oxu

Müxalifət

  • 15

Müxalifətin növbəti taktikası - seçkilərə doğru geriyə

Müxalifətin növbəti taktikası - seçkilərə doğru geriyə
Parlament seçkiləri yaxınlaşdıqca, müxalifət partiyaları müxtəlif siyasi əməliyyatlar həyata keçirməyə cəhd edirlər. Bəziləri seçkidə vahid blokda iştirak etməyi, digərləri isə seçkini boykot etməyi təklif edirlər. Məhz bu fikir ayrılığı da düşərgədə problem yaradır. Əsas müxalifət partiyalarının bir araya gəldiyi "Qarabağ və Respublika Uğrunda Hərəkat"da yenidən fikir ayrılığı yaranıb. Belə ki, hərəkata daxil olan "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyevin parlament seçkilərinin boykot edilməsi ilə bağlı fikirləri hərəkatdakı digər həmkarları tərəfindən qəbul olunmur.
Hərəkatda təmsil olunan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu boykotun indiki məqamda məqsədəuyğun olmadığını bildirir: "Mənə elə gəlir ki, biz mümkün qədər seçkilərdə iştirak etməliyik. Çünki onsuz da cəmiyyətdə çox təhlükəli həddə passivlik var. Bəlkə də belə passivlik iqtidarın da mənafeyinə uyğun olardı. Ona görə də, parlament seçkilərinə qatılıb mübarizə aparılmalıdır".
Seçkinin boykot edilməsinə gəlincə, S.Cəlaloğlunun sözlərinə görə, bu məsələnin "Qarabağ və Respublika Uğrunda Hərəkat"da müzakirəyə çıxarılacağını gözləmir. Ə.Əliyevin indiki mərhələdə boykotdan danışmasına gəldikdə isə, ADP sədri bildirib ki, seçkilər hələ başlamamışdan düşərgədə çox qəribə ab-hava yaranıb: "Belə ki, "Azadlıq" blokunun dağılması düşərgə funksionerlərində pessimizm yaradır, parlament seçkilərinin nəticələrinə inamı azaldır. Ona görə də kimlərsə, seçkiyə qatılmamağı düşünür. Amma mənə elə gəlir ki, "Qarabağ və Respublika Uğrunda Hərəkat" bu seçkilərdə mütləq iştirak etməyə çalışacaq".
Müsavat partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacıyev isə bildirib ki, hərəkatda boykot məsələsi müzakirə olunmur: "Bilirsiniz ki, vətəndaş hərəkatına daxil olan partiyalar, o cümlədən, Müsavat partiyası parlament seçkilərində iştirakla əlaqədar qərar qəbul edib. Hazırda da seçkiyə hazırlıq işləri sürətlə davam edir. Ola bilsin ki, kimsə fikirlərini bu şəkildə ifadə edib. Doğrudur, "Azadlıq" bloku da parlament seçkilərində iştirak etməyi qarara almışdı. Ancaq... ümumiyyətlə, boykot barədə qərar yoxdur, seçkidə iştirak haqqında qərarlar gündəlikdədir".
A.Hacıyevin sözlərinə görə, "Azadlıq" blokunun dağılmasından sonra düşərgədə 1-ci və 2-ci dərəcələr də peyda olub. Amma iri partiya kimi kiçik partyalarla bir olmaq iqtidarında deyilik: "Biz bu boyda partiya ola-ola ətrafımızda cəmi 1-2 yüz adam var, o zaman 5-3 nəfərlik partiyalar bizim nəyimizə lazımdır?"
A.Hacıyevin sözlərinə görə, yaranmış vəziyyəti görən və adekvat tədbirlərə əl atan "cırtdanlar" isə acığa düşüb özlərinin blokunu yaratmağa çalışırlar: "Bu strategiya özünü doğrultmayacaq. Birincisi, ifrat radikallar cəmiyyətdə ümumi siyasi qüvvələrin çox kiçik bir hissəsini təşkil edir, ikincisi, bu strategiya özünü heç vaxt doğrultmur, üçüncüsü, bu düşərgə daxilində olduqca ambisioz iddiada olan şəxslər var. Bu deyilənləri nəzərdən keçirdikdə, anlamaq çətin deyil ki, radikal düşərgə vahid blokda birləşə bilməz, hətta əgər birləşsə belə, cəmiyyətdən minimum dəstək belə ala bilməz".
O zaman A.Hacıyevdən soruşmaq istərdik ki, "Azadlıq" blokunu dağıtdıqdan sonra Müsavat başqanı hansısa yeni oyuna başlamaq niyyətindədir? Gülməlisi isə odur ki, bu adamlar yenə də hələ keçirilməmiş seçkinin demokratikliyini şübhə altına aldıqlarını bildirirlər. Görünür, bu fikri ortaya atmaqla İsa Qəmbərov yenə də özünü sığortalamaq istəyir. Çünki belə bir analoq dünya təcrübəsində rast gəlinməyən hadisədir. Belə ki, seçkilər bitməmiş onun nəticələri barədə kimsə nəsə deyə bilməz. İ.Qəmbərovun digər fikri də gülüş doğurur: "Ancaq Müsavat başqanı bilməlidir ki, hansısa siyasi qüvvələrin seçkilərin nəticələrini tanıyıb-tanımamaları bütünlükdə xalqın seçkilərə münasibəti demək deyil. Xalq bir nəfər kimi gedib seçkilərdə iştirak edəcəksə, kimin nə mənəvi, siyasi, yaxud hüquqi haqqı olacaq, desin ki, yox, biz bu seçkiləri tanımırıq. Bu səbəbdən də, boykot taktikası irəli sürənlər indidən fiaskoya məhkumdur".

Digər xəbərlər