PDF Oxu

Müxalifət

  • 15

Müxalifət növbəti iğtişaşlar törətməyə hazırlaşır

Müxalifət növbəti iğtişaşlar törətməyə hazırlaşır
İstənilən məsələnin həlli yalnız demokratik prinsiplərə, sivil dəyərlərə əsaslanmalıdır. Bu, həm də, demokratik dünyanın qanunudur. Yalnız bu halda hər kəsin qəbul edə biləcək tərəfə çevrilmək olar. Amma gəlin görək insanlar, xususilə də, siyasətçilər bu prinsiplərə riayət edə bilirlərmi? Birmənalı şəkildə cavab vermək olar ki, "xeyr". Çünki buna kifayət qədər əsaslar mövcuddur. Azərbaycan siyasi səhnəsində baş verənlərə nəzər yetirsək, qeyd olunuanların təkzib edilməsi mümkün olmayan fakt olduğunu görmək olar. Məlum olar ki, isa qəmbərovlar, əli kərimovlar, lalə hacıyevalar, sərdar cəlaloğlular, etibar məmmədovlar və digər bu kimi məram və məqsədlərini anlamayan ünsürlər dünyəvi qanunların prinsiplərinə tamamilə zidd mövqe sərgiləyirlər. Yəni iddialarını reallaşdırmaq üçün ən çirkin vasitə və üsullardan istifadə edirlər. Əgər ortada maliyyə maraqları olsa, o zaman bu ünsürlər müxtəlif şoular yaradıb, məzhəkələr qurmaqdan çəkinmirlər. Elə götürək parlament seçkilərinin yaxınlaşması ilə əlaqədar olaraq radikal müxalifətin mitinqlər məsələsinə müraciət etmələrinə. Onlar bu cür vasitələrin artıq dünyada silinmək üzrə olduğunu başa düşsələr də, bunun fərqinə varmırlar. Küçə psixologiyasına daha çox müraciət etməklə, 1988-1990-cı illərdəki meydan təfəkküründən qurtulmadıqlarını nümayiş etdirirlər. Cəmiyyətdə bu cür metodlardan istifadə etdiklərinə görə, siyasətçi deyil, radikallar kimi imic qazanan partiya sədrləri müxtəlif zamanlarda iğtişaşlar törətməyə, qarşıdurmalar yaratmağa səylər göstəriblər. Misal kimi 2003-cü il 15-16 oktyabr iğtişaşlarını və 26 noyabr 2005-ci il qarşıdurmalarını göstərmək olar. Payızda keçiriləcək parlament seçkiləri ilə əlaqədar xaricdəki anti-Azərbaycan mövqeli qüvvələrdən tapşırıqlar alan radikal müxalifət populist bəyanatlarla çıxış edir, hakimiyyət orqanlarına hədələyici mesajlar göndərirlər. Aradabir kəşfiyyat xarakterli mini icazəsiz aksiyalar da təşkil edirlər. Verilən məlumatlara görə, bu cür oyun xaricdəki anti-Azərbaycan mövqeli qüvvələri heç də razı salmır. Ona görə də, təlimata uyğun olaraq, əsas tapşırığa - kütləvi qarşıdurmalar yaratmağa səfərbər olmağa girişiblər. Bu barədə redaksiyamıza daxil olan məlumata əsasən, ötən gün Müsavat qərargahında AXCP (i), "KAXCP" və Müsavat rəhbərliyinin iştirakı ilə qapalı toplantı keçirilib. Toplantıdan İsa Qəmbərov Avropadakı dostlarının onlardan narazı qaldığını söyləyib. Fikrini də onunla əsaslandırıb ki, may və iyun aylarında Bakı şəhərində qanlı olaylar törətmək tapşırıqları yerinə yetirilməyib. Müsavat başqanı proseslər bu cür davam edəcəyi təqdirdə, müxalifətə ödənilməsi nəzərdə tutulan vəsaitin dayandıracağı barədə xəbərdarlıq edib. Qeyd etmək yerinə düşər ki, radikallara verilən məlumatlara əsasən, iğtişaşların törədilməsi üçün ilkin olaraq 432 min ABŞ dolları ayrılıb. Sentyabr ayından isə 2 milyona yaxın maliyyə ayrılacağı bildirilir. Müsavat qərargahında keçirilən qapalı tolantıda da bu məsələnin də müzakirə olunduğunu bildirən mənbəmiz onu da qeyd etdi ki, AXCP (i) sədri Əli Kərimov növbəti aksiyalarda evdə gizlənməkdən imtina edərək, küçələrə çıxacağını bildirib. Onu da bildirib ki, o, bu parlament seçkiləri ərəfəsi xaricdən veriləcək vəsait hesabına AXCP (i)-yə qərargah almaq haqqında düşünür. Ə.Kərimov Müsavat başqanı İ.Qəmbərova da növbəti aksiyada küçələrə çıxıb, dava-dalaş salmağı tövsiyə edib. Uzun müzakirələrdən sonra tərəflərin "Nərimanov" metrosunun qarşısında, "Cəfər Cabbarlı" heykəlinin önündə və "İçərişəhər" metrostansiyasının yaxınlığında polis əməkdaşları, eləcə də, şəhər sakinləri ilə qarşıdurmalar yaratmaq haqqında razılığa gəlinib. Bu razılıq da avtomaşınlara hücum etmək, dükanların şüşələrini sındırılması məsələsi də öz əksini tapıb. Bir sözlə, xarici inamsızlığı yenidən özlərinə qaytarmaq üçün radikal müxalifət kütləvi iğtişaşlar törətməyə hazırlaşır. Yəqin ki, bu planı həyata keçirmək üçün radikallar hər cür vasitələrdən istifadə etməkdən çəkinməyəcəklər. Amma bir şeyi yaddan çıxarmaq olmaz ki, ölkəmizdə möhkəm əsaslara malik ictimai-siyasi sabitlik mövcuddur. Bu sabitliyi törtöküntülərdən ibarət olan müxalifətin pozması qeyri-mümkündür. Ona görə də, bu dəfə də radikalların xarici ağaları qarşısında xəcalətli qalacaqları və bununla da birdəfəlik gözdən düşəcəkləri şübhəsizdir.

Digər xəbərlər