PDF Oxu

Müxalifət

  • 9

Rəsul Quliyevin həbs olunması gözlənilir

Rəsul Quliyevin həbs olunması gözlənilir
İnterpol tərəfindən axtarışda olan "ACP" sədri Rəsul Quliyev bu aralar depressiyaya düşüb. Onun depressiyaya düşməsinə səbəb "ACP"-nin dağılma ərəfəsinə gəlməsidir. Dağılmaq üzrə olan partiyaya kömək edə bilməməsi ucbatından partiya nümayəndələri də ondan üz döndərmək fikrinə düşüb. Onu da qeyd edək ki, R.Quliyevin xaricdən idarə etdiyi partiyanın daxilində də, müəyyən mənada, ziddiyyətlər meydana gəlib. Ziddiyyətlərə səbəb isə partiyadan narazı olan nümayəndələrin digər partiyalar ilə tez-tez görüşməsi olub. Partiyadaxili xəyanət nəticəsində zədə alan "ACP" bu dəfə də R.Quliyevin maliyyə problemi səbəbilə dağılma nöqtəsinə gəlib çatıb. Qarşıdurmaları ardı-arası kəsilmək bilməyən "ACP"-nin bu problemlərdən çıxış yolunu tapması artıq qeyri-mümkün hala gəlib çatmışdır. Əvvəllər partiya nümayəndələrinin əməkhaqlarını iki-üç aydan bir ödəyən partiya artıq bir ilə yaxındır ki, heç kəsə pul verə bilmir. Demək olar ki, heç pulun adı belə çəkilmir. Partiyanın, o cümlədən, R.Quliyevin içində olduqları böhran, partiya nümayəndələrinə bir daha pulun verilməyəcəyini deməyə əsas verir. Çünki R.Quliyevə və "ACP"-yə maliyyə dəstəyi verən xarici qüvvələr artıq onlardan əllərini üzüblər. Buna səbəb isə, R.Quliyevin artıq bir siyasətçi kimi effekt vermədiyi və artıq siyasətdə yeri olmadığı faktıdır. Bu səbəbdən də, maliyyə yardımı birdəfəlik dayandırılıb. Onu da qeyd etmək lazımdır ki, hazırda xaricdə yaşayan və İnterpol tərəfindən axtarışda olan R.Quliyevin özünün də maliyyə problemləri var. Axtarışda olması səbəbi ilə fəaliyyətində sərhəd olan "ACP" sədri, sponsorlarının ondan üz döndərməsindən sonra yeni sponsor axtarışına gedə bilmir. Bunun nəticəsində yığdığı borcların sayı getdikcə artır. Telefon zəngləri ilə özünə sponsor axtarışına çıxan R.Quliyev, nə edirsə, sponsor tapmır ki, tapmır. Deyilənlərə görə, maşınlarından birini satan R.Quliyev digər maşınını da satmağı düşünür. Onu da qeyd etmək lazımdır ki, yığılan borclar səbəbilə Amerika polisi tərəfindən axtarışda olan R.Quliyev yaxalandığı təqdirdə, deportasiya olunacaq. İnterpolun da axtardığı R.Quliyevin, tez bir zamanda, həbs olunması gözlənilir. Bundan başqa, R.Quliyevin acınacaqlı vəziyyətini görən "ACP" nümayəndələri partiyanın da dağılacağını bildikləri üçün partiyaya güclü sponsoru olan sədr axtarışına başlayıblar. Güclü sponsor tapmayacaqları təqdirdə, partiyanın parlament seçkilərinə qədər dağılacağına, heç şübhə yoxdur. Çünki R.Quliyevin zərərli imici artıq partiyanın daimi simasına çevirilib.

Digər xəbərlər