Müxalifət gənclərdən sonra uşaqları hədəfə alıb
Çirkin əməllərindən əl çəkməyən radikal müxalifət bəzi gənclərdən sonra yeniyetmə uşaqlardan istifadə etməyə çalışır. Onlar ən son internet məkanından istifadə edərək, bəzi məram və məqsədlərini bilməyən kəncləri kütləvi iğtişaşlara qatmaq üçün yalan-palan vədlərlə aldatmaq yönündə iş aparır. Sonda isə yeni bir ideya tapıblar. Bu ideya, sözün əsl mənasında, çox çirkin, nə etikaya nə də mentalitetə sığmayan bir bir şeydir. Törətmək istədikləri iğtişaşlarda bu dəfə uşaqları önə çıxarmaq istəyirlər. Qarşıdurma zamanı uşaqları önə çıxararaq, onlardan hüquq-mühafizə orqanlarına qarşı bir vasitə kimi, sipər kimi istifadə etmək istəyirlər. Bunun nə dərəcədə insanlığa sığıb-sığmadığını deməyə ehtiyac yoxdu. Yeniyetmə gəncləri bədxahlıqlara təşviq edən müxalifət onlarda həm psixoloji gərginlik yaradır, həm də onların tərbiyələrinin pozulmasına zəmin hazırlayır. Bunu təxribatdan başqa necə adlandırmaq olar? Xarici sponsorların hesabına övladlarını xaricdə təhsil almağa göndərməyib, iğtişaşlara cəlb etdikləri uşaqlardan birinin yerinə qoya bilməzdilərmi? Onu da qeyd edim ki, ən son icazəsiz mitinq cəhdində də məktəbli uşaqlardan istifadə edən müxalifətçilər hələ də bu qeyri-etik əməllərini davam etdirmək qərarına gəliblər. Bir şeyi nəzərinizə çatdırım ki, uşaqların bu kimi tədbirlərə dəvət edilmələri artıq geniş vüsət alıb. Sabirabadda, Şəkidə, o cümlədən, Masallıda artıq müəyyən faktlara rast gəlinir.
Bundan başqa, imkansız ailələri də bu çirkin, insanlığa sığışmayan təbliğatlarla, mitinq adı altında iğtişaşlara dəvət edirlər. Ən sonda isə mitinqə gələn har adama 20 manat pul verəcəkləri yönündə söz-söhbətlər yayaraq, diqqəti öz üzərlərinə çəkmək istəyiblər. Lakin bir çoxları bunu doğru anlayaraq, bu cür təklifləri rədd etmişlər. Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, bol vədlər verən bu radikallara pul hardan gəlir? Təbii ki, xarici sponsorlardan. Görünür, başqa yol tapmayan radikallar bu dəfə də uşaqların xidmətindən istifadə etmək fikrinə düşüblər. Bunun üçün kisələrinin ağzını aralayan sponsorlar, radikal partiya nümayəndələrinə bu sahədə aktiv olmaq göstərişi veriblər.