PDF Oxu

Müxalifət

  • 11

Radikal müxalifət sərsəm vəziyyətə düşdü

Radikal müxalifət sərsəm vəziyyətə düşdü
Deyilənlərə görə, bir gün Molla Nəsrəddin arvadının yanına gəlib, "şah məni dindirdi" deyə söyləyir. Qadın "şah nə dedi?"-deyə soruşduqda, yenidən kişi "şah yoldan keçərkən üzünü mənə tutub ay donuz, çəkil yoldan" deyə qeyd edir. El arasında gəzən bir rəvayət hazırkı radikal müxalifətin düşük vəziyyəti ilə nə qədər eyniyyət təşkil etdiyini qeyd etməmək mümkün deyil. Radikal düşərgədə təmsil olunan partiya sədrləri də xarici səfərləri zamanı uzaqdan-uzağa gördükləri hansısa ölkənin senatorunun və yaxud da konqresmeninin sonradan "onunla yaxşı əlaqələrim var" deməklə, mətbuatda özünə tərif təbliğatı qururlar. Ola bilsin ki, şahın kişiyə dediyi sözlərdən radikal müxalifət təmsilçilərinə də senatorlar, konqresmenlər və yaxud da beynəlxalq təşkilatların nümayəndələri tərəfindən səsləndirirlər. Amma bu fikrin əhəmiyyətinə varmayan radikallar "yeni dostlar tapdıqlarını" deməklə, durumlarınn heç də "donuz" adlandırılan kişidən fərqlənmədiyini nümayiş etdirirlər. Bəzən də elə olur ki, hansısa beynəlxalq təşkilat nümayəndələri radikallarla görüşəcəklərini bildirsələr də, sonradan fikirlərindən vaz keçirlər. Səbəbi də radikalların qeyri-ciddi əhəmiyyətsiz bir simasızlar olduqlarını xarici nümayəndələrin də başa düşmələri olur. Elə misal kimi Azərbaycanda səfərdə olmuş ABŞ dövlət katibi Hillari Klintonun radikal müxalifətlə görüşəcəyi barədə məlumatların yayılmasına baxmayaraq, sonradan bu məlumatların öz təsdiqini tapmamasını göstərmək olar. H.Klintonun radikal müxalifət liderləri ilə görüşdən imtina etməsini onun, radikallara etimadsızlığının, ciddi-siyasi qüvvə kimi qəbul etməməsinin göstəricisi sayıla bilər. Halbuki, Müsavat, AXCP (i), ADP, ALP və digər partiyalar hər cür məzhəkələr qurub, şoular yaradırdılar ki, xanım H.Klintonun diqqətini cəlb etməklə, onunla görüşsünlər. Hətta yada salaq ki, iyulun 4-də cəmiyyətdə pozucu qüvvələr kimi tanınan Müsavat, "DUİ" və AXCP (i) Bakı şəhərinin müxtəlif yerlərində icazəsiz aksiyalar keçirirlər. Onlar Əli Kərimovun, İsa Qəmbərovun təlimatına əsasən avtomaşınlara hücum edib, dükan və mağazaların şüşələrini sındırmağa cəhd göstərdilər. Özlərini əsil küçə uşaqları kimi aparan müxalifət funksionerləri polislə qarşıdurma yaratmaqla ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərdilər. Ancaq məlum olduğu kimi, heç bir təxribata uymayan asayiş keşikçiləri qanuna müvafiq olaraq muzdlu mitinqçilərin pozucu aksiyalarının genişlənməsinin qarşısını aldılar. Bununla da həm yerli, həm də xarici maraqlı qüvvələrin ayırdığı çirkli pullar radikallar tərəfindən havaya sovrulmuş oldu. Bu isə, artıq müxalifətin sonunun çatdığını deməyə əsas verir. Hər halda, araşdırmalar və proqnozlar da bunu təsdiq edir.

Digər xəbərlər