PDF Oxu

Müxalifət

  • 11

Müxalifət ictimai asayişi pozmağa cəhd edir

Müxalifət ictimai asayişi pozmağa cəhd edir
Gün keçmir ki, radikal müxalifət partiyaları öz çirkin əməllərinə dana bir yenisini daha əlavə edirlər. "Azad toplaşma", "Azadlıq", "Söz azadlığı" şüarları altında yığışaraq, iğtişaşlar törətməyə cəhd etməyi, özünə sənət bilən, peşə seçən müxalifətçilər bir tərəfdən də xarici ağalarının vəsaiti hesabına ciblərini doldurmaqda davam edirlər. Təbii ki, acgöz müxalfətin ciblərini dolduranlar, ölkə siyasətinə təsir göstərməkdə maraqlı olan, xarici təxribatçılardan başqaları deyillər. Sponsorları aktiv olan və ilk onluğa düşməyi bacaran müxalifətçilərdən, AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərovu, heç şübhəsiz, iğtişaş qardaşları adlandırmaq olar. Bu onluqda birinci yer AXCP (i) sədri Əli Kərimovundur. Ə.Kərimovun aldığı pulun məbləği 431 min avro olduğu bildirilir. Çox güman ki, meydanlarda çıxacaq səs tonunu da nəzərə alan xarici sponsorlar Ə.Kərimovun səs tembrinə görə, onu onluğun birinci pilləsinə qaldırıblar. İğtişaş qardaşları olan Ə.Kərimov və İ.Qəmbərovun liderlik etdiyi bu onluq digər partiyalar tərəfindən qısqanclıqla qarşılanıb. Bu qardaşlar aldıqları məbləğin təsiri ilə tərəfdaşlarına elə dil tökürlər ki, adamın lap dodaqları uçuqlayır. Hətta rəvayətlərdəki padşahlar kimi qəhrəmanlarına pul, şan-şöhrət kimi vədləri onların vəziyyətlərinin nə dərəcədə ağır olduğunu göstərir. İmkanları olsa tərəfdaş toplamaq üçün ölümsüzlük sirrini də verəcəklərini deyərlər. Aldığı pulun haqqını verməyə çalışan Ə.Kərimov xarici sponsorların çirkin, dövlətçiliyə və millətə ziyan verəcək tapşırıqlarını dəqiqliyi ilə yerinə yetirməyə çalışır. "Çalışmaq" sözü nəyisə haqq etmək, nail olmaq kimi sinonimləri ilə çox gözəl sözdür. Lakin bu Ə.Kərimov adlı şəxsin çalışdığı iş, milləti xaosa, iğtişaşa, gərginliyə salmaqdan başqa bir şey deyil. O cümlədən, aldığı pullarla iğtişaşlarda fəal iştirak etmələri üçün muzdlu adamlar tutaraq, qarşıdurmanı qaçılmaz edirlər. Xarici sponsorlar tərəfindən maliyyələşdirilən digər müxalifətçi olan Müsavat başqanı İ.Qəmbərov bu onluğun ikinci pilləsində yer alır. İ.Qəmbərov da "qardaşı" Ə.Kərimovdan heç də geri qalmır. İ.Qəmbərovun çiblərinə gedən pulun məbləği isə, nə az - nə də çox, 296 min olduğu bildirilir. Təbii ki, həyatı boyu bu qədər pulu bir arada görməyən Müsavat başqanı İ.Qəmbərov, bu axan çeşmənin qurumaması üçün əlindən gələni edir. İ.Qəmbərovun pul hərisliyindən xəbərdar olan xarici sponsorlar, bütün bunlardan geniş şəkildə istifadə edirlər. Məbləğ bu qədər çox olduqda, görüləcək işlərin mahiyyəti də bir o qədər böyük olur. Bu şəxslər üçün məhiyyət dövlətçilik ideologiyasına ziyan vurmaqdan başqa, bir şey deyil. Hər zaman xarici sponsorların nəfəsini ənsələrində hiss edəcək olan bu şəxslər hazırda həyatlarından tam razı görsənirlər. Bir sual məni çox düşündürdü. Görəsən, uzun bir yolda vətəni, milləti, dövlətçiliyi bir miqdar pula qurban verən bu şəxslər nə vaxtsa bütün bunların bitəcəyini düşünməyiblər? Bu məqamda yadıma məşhur şair Hafiz Şirazinin bir kəlamı düşdü. "Sonu olmayan bir yol yoxdur"

Digər xəbərlər