PDF Oxu

Müxalifət

  • 14

Müxalifətin "gənclər siyasəti" iflasa uğrayır

Müxalifətin "gənclər siyasəti" iflasa uğrayır
Radikal müxalifə son zamanlar apardığı səriştəsiz fəaliyyətinə daha bir yenisini əlavə edib. Gələcəyin ümidi olan gəncləri boş, yalan vədlərlə aldadaraq, onlardan istifadə etməyə çalışır. Ən son iğtişaşlar zamanı gənclərdən istifadə edən müxalifət partiyaları, uğursuzluqlarına onları da alət etmişlər. Nəticədə, ən çox ziyan çəkən tərəf gənclər olmuşdu. Hətta bir qrup gənc törədilən iğtişaşlarda polisə müqavimət göstərdikləri üçün göz altına alınmışdılar. Təşviqat kampaniyalarını davam etdirən müxalifət partiyaları bir çox dairələrə müraciət edərək, gəncləri aldatmağa, yalan vədlər verərək, onlardan istifadə etməkdə davam edir. Yaşamımızın bir parçası halına gələn internet məkanında da bu çirkin əməllərini həyata keçirməyə çalışıblar. Müxtəlif internet blokları yaradaraq, gəncləri öz bloklarına çəkməklə məşğul olurlar. Günümüzdəki problemlərdən istifadə edərək, guya problemlərin həllinin onların əllərində olduğunu bəyan edirlər. Hətta pul təklif edərək, mitinq adı ilə iğtişaşlara çağırışlar elan edirlər. Əlbəttə, bu, çox çirkin, siyasətə yaraşmayan bir hərəkətdir. Virtual aləmdə gənclər təşkilatları yaradaraq, gənclərə fəaliyyət planları təşkil edirlər. Ən son rastlaşdığım bir hadisə, AXCP (i)-nin məşhur facebook saytındakı təşviqatı oldu. Özlərinə qrup yaradan bu partiya nümayəndələri, keçirmək istədikləri iğtişaşlarla, "gənclər təşkilatının fəaliyyəti" adı altında gəncləri aldatmağa cəhd edirlər. O ki, qaldı mitinqlərə çağırış üçün verilən pullara, bu pulların mənbəyi məlum olduğu kimi, xarici sponsorlardan gəlir. Maliyyə dəstəyi verdikdən sonra partiya rəhbərliklərinə bu kimi çirkin göstərişlər verilir. Göstərişlərin yeni formatı da gənclərdən istifadə və onların əli ilə bütün gənclərə təsir göstərməkdir. Ancaq bir şeyi nəzərlərindən qaçırdıblar. Unudublar ki, Azərbaycan gəncləri çevik və ağıllıdır. Yalan vədlərə, boş sozlərə və ya pula aldanacaq insanlar deyillər.

Digər xəbərlər