PDF Oxu

Müxalifət

  • 9

Günahkarlar bəlli, nəticələr də göz qarşısındadır

Günahkarlar bəlli, nəticələr də göz qarşısındadır
Hər zaman müxalifət düşərgəsində qarşıdurmalar, biri-birini təhqir etmək, satqınçılıqda suçlamaq kimi məsələlər gündəmdə olub. Yəni onlar hər zaman çirkin əməllərlə məşğul olurlar. Artıq adıçəkilən düşərgə çirkaba batıb. Bu da kimlərin və nələrin nəticəsində? Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi Əvəz Temirxan və başqa "bəy"lər müxalifəti iflic vəziyyətinə salıb, həm də çirkaba batırıblar. Bundan əlavə, onların siyasətdən uzaq əməlləri də radikal düşərgənin məhvi ilə nəticələnib. Günahkarlar bəlli, nəticələr də göz qarşısındadır. Ancaq təəssüf ki, radikal "bəy"lər iflic olmalarının səbəbini hər zaman özlərində deyil, başqalarında görürlər. Müxalifət düşərgəsindəki gərginlik hələ də yaşanmaqdadır. Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva, AMİP lideri Etibar Məmmədov, "ACP" lideri Rəsul Quliyev, ALP-nin sədr əvəzi Əvəz Temirxan və digərləri radikal düşərgədə elə bəlaya tutulub ki, bu bəlaların əlacı yoxdur. Çünki radikal və çirkin əməllərlə məşğul olan "bəy"lər özlərini və həmçinin, rəhbərlik etdikləri partiyaları bəlalarla üz-üzə qoyublar. Artıq bunlarda partiyalıqdan bir əsər-əlamət qalmayıb. Xatırladaq ki, düşərgəyə daxil olan partiyalarda vəziyyət kritik həddədir. Yəni xalqın dəstəyini ala bilməyən, özlərini səviyyəcə çox aşağı salan, sosial bazası olmayan, biabırçı vəziyyətdə olan ölkə müxalifəti iflic vəziyyətdədir, daha doğrusu, ölü vəziyyətdədir. Müsavat partiyasının başqanı İ.Qəmbərov isə bu qarşıdurmalarda özünü nə qədər kənarda tutmaq istəsə də, alınmır. Belə ki, "Yurd" şefi Ə.Kərimovdan fərqli olaraq, Müsavat başqanı özünü elə göstərir ki, sanki o, qarşıdurmalardan uzaqdır. Lakin elə bütün düşərgədəki qarşıdurmaların səbəbkarı İ.Qəmbərovdur. Müsavat başqanının hər bir zaman digər radikal müxalifət partiyaları və onların sədrləri ilə münasibəti gərgin olub. O, bir gün "yoldaş" dediyi Ə.Kərimovu, bir gün də "MBH" lideri L.Hacıyeva ilə "Ümid" partiyasının sədri İ.Ağazadəni hədəfə alır. Lakin proseslərə, daha doğrusu, qarşıdurmalara gah Arif Hacıyevi, gah da Pənah Hüseynovu cəlb edir. Yəni adlarını çəkdiyimiz şəxslərin vasitəsi ilə biri-birilərini ittiham etməklə gündəmdə qalmağa çalışırlar. Növbəti qarşıdurma bütün radikal müxalifət partiyaları arasındadır. Bütün tərəflər hər zaman qalmaqalları, ittihamları ilə yadda qalıb. Müxalifət liderləri bir-birilərini ölkədə keçirilən seçkilərində müxalifətin məğlubiyyətində və bu məğlubiyyətlərin səbəbkarı olmaqda ittiham edirlər və s. Partiya üzvlərini itirən və faktiki olaraq, iflic durumda olan AXCP (i) və onun siyasətdən bixəbər sədri Əli Kərimov hələ də qurultay keçirə bilməyib. Çünki qurultay keçirməyə partiyasında heç kəs qalmayıb. Artıq partiya üzvləri səhvlərini başa düşərək, AXCP (i)-ni tərk ediblər. Görəsən, Əli "bəy" nə vaxt səhvini başa düşəcək? Bu sual onu düşündürürmü? Lakin inandırıcı deyil ki, o, səhvləri ilə bağlı nəsə düşünə.

Digər xəbərlər