PDF Oxu

Müxalifət

  • 11

ALP və "VİP" "Azadlıq" blokundan çıxmaq barədə qərar verib

ALP və "VİP" "Azadlıq" blokundan çıxmaq barədə qərar verib
Uzun müddətdir ki, "Azadlıq" blokunda təmsil olunan partiyalar arasında gərginlik hökm sürməkdədir. Blok təmsilçiləri bir çox hallarda bir-birlərini xəyanətdə və hörmətsizlikdə günahlandırsalar da, problemin əsl səbəbi başqa mətləblər üzərində dayanır. Belə ki, müttəfiq olduqları və qarşılıqlı şəkildə anlaşma nümayiş etdirdikləri barəsində bəyanat verən blok təmsilçiləri nəhayətdə düşmənçilik prinsipləri ilə yollarını ayırmaq məcburiyyətində qalmalı olublar. Artıq yarıməxfi formada verilən qərarın əsas məğzinin gələn həftənin birinci günü açılması gözlənilir. Qeyd edək ki, hazırda "Azadlıq" blokunda üç partiya- Azərbaycan Liberal Partiyası, "Vətəndaş və İnkişaf Partiyası" və AXCP (i) təmsil olunur. Blokdan iki partiyanın ALP və "VİP"-in ayrılaraq AXCP (i) sədri Əli Kərimovu tək qoymaq planları artıq tam hazır olub. Belə bir qərarın qəbul edilməsini ALP sədri Lalə Hacıyeva və "VİP" sədri Əli Əliyev Ə.Kərimovun onlara qarşı dönüklük etməsi ilə əlaqələndirib. Blokdan verilən məlumata görə, artıq gələn həftənin birinci günü L.Hacıyeva və Ə.Əliyev "Azadlıq" blokundan çıxmaları barəsində bəyanat verəcəklər. Onların bu qərarından sonra isə blokun buraxılması prosesi labüd olacaq. Çünki hazırda AXCP (i) Müsavat partiyası ilə əməkdaşlıq müqabilində əlaqələrini genişləndirir. Belə bir vaxtda Müsavat partiyası daxilində də gərgin ab-havanın mövcud olmasına baxmayaraq, başqan İsa Qəmbərov çirkin niyyətinin baş tutmasından xoşhal olub. Siyasətə məkrli niyyətini reallığa çevirmək üçün bir vasitə kimi baxan İ.Qəmbərov nəticə etibarı ilə "Azadlıq" blokunu və xüsusən də, onun himayədarı qismində çıxış edən L.Hacıyevanı zərərsizləşdirmək üçün az qala dəridən-qabıqdan çıxıb.

Digər xəbərlər