İsa Qəmbərovun "hoqqabazlığı" davam edir
Son vaxtlar Müsavat başqanı İsa Qəmbərov xarici havadarlarının himayəsindən yararlanaraq bir sıra çirkin niyyətlərini reallaşdırmağa çalışır. Bu baxımdan da, başqan son iki aydır ki, az qala dəridən-qabıqdan belə çıxıb.
Amma onun bu "canfəşanlığı" heç də, müxalifətdəkilərin ürəyincə görünmür. Görünən odur ki, düşərgədə olanlar İ.Qəmbərovun bu "fəallığının" sonda hansısa bir faciəyə səbəb olacağını bildirilir. Sadəcə olaraq, maraqlı bir məqam ondan ibarətdir ki, bu gün İ.Qəmbərov özünü istənilən formada "aktiv" göstərməkdə niyyətlidir. Çünki onun almış olduğu ianələr və göstərişlər bunun tələb edir. Ona görə də, Müsavat başqanının bu "işgüzarlığı" anlaşılandır. O, məhz almış olduğu vəsaitin müqabilində bu cür donlara girdiyini də hər kəs görür. Digər bir məntiq isə onun müxtəlif cür oyunlara necə qatıldığını isbatlayır. Siyasətə gəlir mənbəyi kimi yanaşan İ.Qəmbərov üçün artıq heç bir dəyərin kəmiyyəti belə qalmayıb. Artıq neçənci dəfədir ki, ətrafında qalmış tərəfdaşlarının cibinə pul basıb metrostansiyaların və parkların giriş və çıxışlarında hay-küy salmağa göndərməsi deyilənləri və olanları təkrarən təsdiqləmiş olur. İndi isə Müsavat başqanı İ.Qəmbərov ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfərə gələcəyi barəsində eşitdiyi xəbəri özü üçün "toy-bayram" kimi qarşılayıb. Məhz H.Klintonun ölkəmizə gələcəyi gün, yəni iyulun 3-də İ.Qəmbərovda mitinq keçirəcəyi barəsində bəyanat verib. Avropalı, amerikalı görəndə, elə bil, dədələrini görən müxalifət yetkililərinin bu cür anormallıqlarını isə hələ heç kimi başa düşmür. Bir müddət öncə, Müsavat və "Demokratiya Uğrunda İttifaq"ın birgə keçirmiş olduğu oyuncaq aksiyaya nəzər saldıqda, müxalifətin hansı biabırçı səviyyədə olduğunu bir daha müşahidə etmək olur.
Dəfələrlə birgə mitinq keçirəcəkləri barəsində bəyanatlar səsləndirən müxalifət yetkililəri nəticədə bir-birlərinə qarşı düşmənçilik yaratmaqla münasibətlərini pozmalı oldular. Müsavat və "DUİ" arasında məlum anlaşmadan sonra guya birgə hansısa bir məsələni həll etmək prinsipi isə söz olaraq qalmaqdadır. Çünki bu iki qurum arasında da münasibətlər heç də, deyilənlər kimi deyil. Artıq İ.Qəmbərov və "KAXCP" sədri Mirmahmud Fəttayevin aralarındakı münasibətlərə yenidən baxmaq məcburiyyəti isə tərəfdarlar arasında olan son qalmaqalın təfərrüatlarından qaynaqlanmamış deyildir. Sonuncu dəfə "KAXCP" qərargahında əlbəyaxa olan Müsavat və "DUİ" yetkililəri payızda keçirilməsi nəzərdə tutulan parlament seçkilərində namizədlik məsələsini hələ də həll edə bilməyiblər. Eyni zamanda, digər bir məqam isə ondan ibarətdir ki, Müsavatın seçki taktikasından narazı olanlar "DUİ" vasitəsi ilə öz maraqlarını təmin etməkdə belə israrlıdırlar. Onlar üçün siyasətdə qalmağın heç bir səbəbi yoxdur. Sadəcə olaraq, şəxsi prinsiplərini gerçəkliyə çevirmək niyyətində olan müxalifət yetkilərinin hər bir istənilən vaxt ən iyrənc əməllərə belə əl atmağa hazırdır. Məhz İ.Qəmbərovun da ABŞ dövlət katibinin Azərbaycana səfəri zamanı "hoqqa" çıxarmaq məqsədi də yuxarıda sadaladıqlarımızı bir daha təsdiqləmiş olur. Ona görə də, istənilən formada Müsavat partiyasının və ona oxşar digər müxalifət qurumların min cür oyundan çıxması, sadəcə olaraq, gülüş hədəfi olmaqdan başqa bir şey deyil.