Müxalifətçilərin səhv seçki strategiyası başlarına bəla olub
Müxalifətçilər ölkəmizdə keçirilən bütün seçkilərdən öncə öz ağıllarına, düşüncələrinə, siyasi səriştələrinə, yəni səriştəsizliklərinə uyğun taktika yürütməklə məşğul olurlar. Onların yürütdükləri bütün uğursuz taktikların şahidi olmuşuq. Belə ki, ölkəmizdə keçirilən bütün seçkilərdə radikallar biabırcasına məğlub olublar və bundan sonrakı seçkilərdə də eyni aqibəti yaşayacaqlar.
Qeyd edək ki, radikal bəylər arasında hər zaman səhv düşüncəsi, yanlış mövqeyinə görə təklənən və heç bir uğur qazana bilməyən AXCP (i) sədri Ə.Kərimovun indi də vəziyyəti acınacaqlıdır. AXCP (i) parlament seçkilərinə hazırlaşa bilmir. Bu partiyanın heç ağ günə çıxdığı olmayıb. Təkcə AXCP (i) deyil, ümumilikdə, bütün müxalifət partiyaları gülünc vəziyyətə düşməyə adət ediblər. Həmçinin, onu da bildirək ki, AXCP (i) partiyasının bütün keçmiş üzvləri, AXCP (i)-çilər istefa verərək, bu partiyadan əbədi ayrılıblar. Partiyanın daxilində o qədər mənfi hallar, çətin vəziyyətlər hökm sürməkdədir ki, saymaqla bitməz. AXCP (i) sədri Ə.Kərimov öz partiyasındakı problemlər azmış kimi həm də digər müxalifət partiyaları ilə də düşmənçilik münasibəti yaradıb, özünə və rəhbərlik etdiyi partiyaya qarşı daha çox düşmən toplamağa başlayıb. Bu isə, təbii ki, ağılsız, düşüncəsiz, məntiqsiz hərəkətdi. Buradan açıq-aydın görünür ki, "Yurd" şefinin belə yersiz hərəkətlərini görən həmkarları, onunla bir cəbhədə olmaq, onun rəhbərlik etdiyi partiyada təmsil olunmaq, onunla həmkar olmaq istəmir, məhz Ə.Kərimovun siyasi səriştəsizliyi nəticəsində, onun hətta partiya üzvlərinə belə düşmənçilik etməsi nəticəsində onlar partiyadan bir daha geri qayıtmamaq üzrə ayrılırlar.
İndi isə partiyanın daxilində davam edən mənfi halları sadalayarkən, qeyd etməliyəm ki, AXCP (i) partiyasının idarə heyəti həftə ərzində bir dəfə iclas keçirməlidisə, artıq 5 aydır ki, idarə heyətinin iclası olmur. Bu səbəbdən də, AXCP (i) heç parlament seçkilərinə də hazırlaşa bilmir. Ə.Kərimovun özünün rəhbərliyi ilə partiya daxilində partiya işlərini, vəzifələrini müzakirə etmək, qərarlar qəbul etmək, qərarların icrasını təmin etmək məqsədilə iclas keçirilməsi vacib olduğu halda, bu partiyada belə xarakterli iclaslar artıq 5 aydır ki, keçirilmir. Bu iclasların keçirilməməsi təbiidir. Çünki partiyada Ə.Kərimovdan və bir neçə nəfər partiyanı sevməyən, lakin xarici qrantlardan az da olsa pay alan insanlardan başqa heç kəs qalmayıb. AXCP (i) rəhbərliyi bu biabırçı vəziyyətin içində qalmaqdansa, partiyanın dağıldığını etiraf etsələr və artıq müxalifət partiyaları sırasında AXCP (i) adlı partiyanın olmadığını söyləsələr, daha yaxşı olar. Həmçinin, digər müxalifət partiyaları da AXCP (i)-nin bu vəziyyətinə sevinirlər. Çünki müxalifətçilər hər zaman bir-birlərinin qara günlərinə ürəkdən seviniblər. İndi də bu hal aradan qalxmayıb.
Onu da qeyd edək ki, artıq AXCP (i) partiyasının üzvləri də bu vəziyyətə etiraz edirlər. Onlar öz etirazlarını müxtəlif hərəkətləri ilə göstərirlər. Belə ki, bəzi AXCP (i)-çilər partiya sıralarında ayrılır, bəziləri isə rəhbərliyi ciddi şəkildə tənqid edərək, onları fəaliyyətsizlikdə günahlandıraraq, təcili istefa verməyə çağırırlar. Şübhəsiz ki, Ə.Kərimov belə vəziyyətdə ağlını itirib, onu axtarmaqla məşğuldu. Lakin sonrakı peşmançılıq fayda verməz fikrinə əsaslansaq, Ə.Kərimovun bu peşmançılığının heç bir faydasının olmayacağını əminliklə demək olar. Ə.Kərimov vaxtında partiyasının ağır vəziyyətlərə düşməməsi üçün heç bir fəaliyyət göstərmədi və ancaq öz mənafeyi üçün çalışdı. O, həmçinin, xarici təşkilatlardan aldığı qrantları da ancaq öz cibinə qoyur və o qrantlardan partiya üzvlərindən, AXCP (i) rəhbərliyində təmsil olunanlardan heç birinə vermir. Bu hərəkətləri ilə "Yurd" şefi bir daha təsdiq edir ki, o, heç bir siyasi səriştəyə sahib deyil və yalnız öz mənafeyi üçün çalışır. Onu da qeyd etmək yerinə düşər ki, məlumatlara əsasən, son zamanlar Ə. Kərimov bəzi AXCP (i)-çilərdən artıq bir neçə dəfə xahiş edib ki, iclasların təşkilində iştirak etsinlər. Amma onun sözünü eşidən yoxdu. Heç kim Ə.Kərimovun, nəinki sözünü heç xahişini də qəbul etmir və yerinə yetirmir.