Müxalifətdə kompramat boğçasının ağzı açılır
Zamanın diqtə etdiyi məqam ondan ibarətdir ki, insan olan kəs işində və əməlində düz olsun. O halda, etibar və inam qazanmış olar. Əks halda, dəyərsiz və etibarsız insana çevrilər. Bu isə insan üçün ən faciəvi yaşam tərzi hesab oluna bilər. Vay o günə ki, inam və etibarı siyasətdə olan şəxs itirə. Bu halda, el məsəlində deyildiyi kimi, həmin siyasət adamı itdən də betər gözdən düşmüş şəxs olar.
Bu mənada, tam əminliklə demək olar ki, müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin müəyyən hissəsi, nəinki cəmiyyətdə, eləcə də, təmsil olunduqları düşərgə də nüfuzdan və hörmətdən düşmüş məxluqatlardır. Çünki radikal partiya sədrləri səhv, düşünülməmiş siyasət aparmaları ilə özlərinə dərin nifrət qazandırıblar. Onların xarici maraqlı qüvvələrlə iş birliyinə gedərək, dövlət və xalq maraqlarına zərbə vurmağa çalışmalarıda radikalların yaramazlıqlarını şərtləndirən ən vacib amilə çevrilib. Bununla yanaşı, radikallar zaman-zaman bir-birini gözdən salmaq üçün müxtəlif kampromatlardan, xoruz səsi eşidilməyən ittihamlardan istifadə ediblər. Hətta aradabir tarixi faktları yeni variantlarda üzə çıxarmaqla, rəqiblərini sıradan çıxarmağa çalışırlar. Diqqətçəkən məqam isə, ondan ibarətdir ki, qarşı tərəf yeni variantda səslənən ittihamlara cavab verməyə çətinlik çəkir. Bu da, onunla bağlıdır ki, ittihamlara məruz qalan simasız partiya funksioneri, həqiqətən də, günahkardır.
Müxalifət düşərgəsində cərəyan edən proseslərə nəzər yetirsək, aydın şəkildə görmək olar ki, partiya funksionerlərinin böyük əksəriyyəti bu və ya digər formada başqalarının qarşısında gözükölgəlidir. Misal kimi Müsavat başqanı İsa Qəmbərovun icra aparatının rəhbəri Arif Hacıyev, ADP sədri Sərdar Cəlaloğlunun "ACP" lideri Rəsul Quliyev, AXP-nin keçmiş sədri Pənah Hüseynovun ALP-nin sədr əvəzi Əvəz Temirxanın, AXCP (i) sədri Əli Kərimovun "KAXCP" sədri Mirmahmud Fəttayevin qarşısında çox rəzil və miskin durumda olduqlarını göstərmək olar. Adları çəkilən rəzil şəxslər sırasında AXCP (i) sədri Ə.Kərimovun durumunun daha biabırçı olduğunu söyləmək olar. Çünki bütün sferalarda Ə.Kərimov təkcə M.Fəttayevin qarşısında deyil, digər müxalif yetkililər yanında gözükölgəlidir. Bütün hallarda partiya sədrlərinin səmimi müsahibələrini dinlədikdə, müxalifətin inteqrasiyasına ən böyük zərbəni Ə.Kərimovun vurduğunu eşitmək olar. Müxalif blokların, qurumların dağılmasının başlıca baiskarı da AXCP (i) sədri olduğu qeyd olunur. Partiya sədrlərinin hansısa məsələ ilə bağlı imzaladığı sənədlərə də hörmətsizliyi, əqidə yoldaşlarına, ideya bağlılığı olan dostlarına xəyanəti də ilk öncə Ə.Kərimov edib. Liderinə qarşı çıxıb, onu məsxərəyə qoyan da, onu gözdən salmağa çalışan da Ə.Kərimov olub. Xarici maraqlı qüvvələrlə iş birliyinə gedib, Azərbaycanın milli və dövlətçilik maraqlarına zərbə vurmağa çalışan, icazəsiz küçə yürüşləri, mitinqlərlə ictimai, siyasi sabitliyi pozmağa çalışan da Ə.Kərimov olub. Məhz bu və digər əməllərinə görə də, qanında az da olsa millətçilik qrupu olan müxalifətçilər Ə.Kərimovu tənqid və təhqir ediblər, onu pozuculuq yolundan çəkinməsinə çağırıblar. Bu günlər AXCP şnelindən çıxmış "KAXCP" sədri Mirmahmud Fəttayevin Ə.Kərimovun bəd əmələrini yenidən gündəmə gətirməsi və onu AXCP tarixində ən xəyanətkar şəxs kimi qələmə verməsi "Yurd" şefinin nə qədər rəzil və simasız bir şəxs olduğunu yenidən ortaya qoydu. M.Fəttayevin dediyinə görə, Ə.Kərimov Elçibəyi gözdən salmaq üçün hər cür vasitələrdən istifadə edib: "Demokratiyanın inkişafına yardım fondunun yüz minlərlə vəsaitini Ə.Elçibəyin gözdən salınmasına xərclənib. AXCP tarixində Ə.Kərimov qədər ikinci xəyanətkar şəxs olmayıb. Ə.Kərimov Ə.Elçibəyin ölüm günündə də rəzalət nümayiş etdirdi, qəzetlərində heç bir etik normalara sığmayan məqalələr dərc etdirdi".
M.Fəttayev Ə.Kərimovu xəyanətkar əməllərinə görə, onu etirafa da çağırıb: "Əgər Ə.Kərimov etiraf etsə ki, xəyanətkar əməllərinin səbəbi budur, bu, kifayət edər".
Bir sözlə, bir zaman bir yerdə olmuş "dostlar"dan biri digərinin xəyanətkar, satqın əməlini hələ də bağışlaya bilmir. Təskinliyini yalnız xəyanətkarın etdiyi bəd əməllərə görə, etiraflar etməsində görür. Amma Ə.Kərimovun pozucu əməllərinə görə, etiraflar edəcəyi, üzr istəyəcəyi inandırıcı deyil. Çünki el məsəlidir, sürtülmüşün qəzadan nə qorxusu.