PDF Oxu

Müxalifət

  • 7

Düşərgədə "qara piar" xəstəliyə çevrilib

Düşərgədə "qara piar" xəstəliyə çevrilib
Müxalifət düşərgəsində seçkiqabağı nюvbəti oyunlar başlayıb. ADP sədri Sərdar Cəlaloğlu bu oyunun əsas səbəbkarının Müsavat partiyasının başqanı İsa Qəmbərov olduğunu sюyləyib: "Siyasi partiyalara qarşı apardığı "qara piar" kampaniyası İsa Qəmbərovun seçkiqabağı taktikasının tərkib hissəsidir. Məqsəd də mümkün qədər Müsavatı müxalifətüstü bir güc mərkəzinə təqdim eləməkdən ibarətdir. S.Cəlaloğlunun sюzlərinə gюrə, bu taktikanı həyata keçirmək üçün müsavatçılar tərəfindən müxtəlif partiyalara, müxtəlif liderlərə qarşı ən müxtəlif "qara piar" aparılır: "İlk olaraq bu kampaniya "Ümid" partiyasının sədri İqbal Ağazadəyə, ALP lideri Lalə Hacıyevaya və "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyevə qarşı aparılır. Ən acınacaqlısı isə İ.Qəmbərovun səviyyəsiz düşüncəsidir. O, elə zənn edir ki, başqa müxalifət partiyalarını nə qədər nüfuzdan salsalar, nə qədər həqiqi bir müxalifət qüvvəsi kimi təqdim etməsələr, bir o qədər Müsavat daha müxalif, daha radikal, daha qüsursuz, iqtidarla bəlli bir məsafədə olan partiya kimi gюrünə bilər. Ancaq cəmiyyət kimin kim olduğunu çox yaxşı gюrür və bilir". ADP sədri Müsavat başqanının ikiüzlü olduğunu da bildirib: "Sadəcə olaraq Seçki Məcəlləsi ilə bağlı müxalifətin birgə mюvqeyinin ortaya qoyulması barədə tədbir təşkil etmişdik. Müsavat başqanı demişdi ki, "baxaq, lazım gələrsə, iştirak edərik". Sabahı gün İ.Qəmbərov bildirdi ki, biz o tədbirdə iştirak etmirik. İstəyirik ki, Seçki Məcəlləsi ilə bağlı ayrıca münasibət bildirək. AXCP (i) sədri Əli Kərimov da dedi ki, əgər Müsavat iştirak etməyəcəksə, onda bu müxalifətin vahid mюvqeyi olmayacaq. Təklif olundu ki, hər bir partiya ayrı-ayrılıqda Seçki Məcəlləsinə münasibət bildirsin. Həmin vaxt mənə mətbuat sual verdi ki, niyə tədbir alınmadı, mən də dedim ki, Müsavat iştirak etmədiyi üçün bu tədbir alınmadı. Bunu Müsavat Partiyası юzünə qarşı "qara piar" kimi dəyərləndirib və buna gюrə də, bu hücumu mənə qarşı təşkil eləyiblər". AXP sədri Pənah Hüseynov da S.Cəlaloğlunun sюzləri ilə həmfikir olduğunu bildirib. P.Hüseynov aparılan "qara piar" siyasətində digər bir məqama da aydınlıq gətirərək bildirib ki, müxalifətdə birliyin olmaması üçün Müsavat belə bir oyun aparır: "İndiki şəraitdə müxalifətin seçki ilə əlaqədar maddi və digər resurslarının səmərəli istifadəsi üçün belə bir birlik lazımdır. Birlik olmasa, təbii ki, bu, seçkilərin nəticələrinə mənfi təsir gюstərəcək. Seçki ərəfəsində bir sıra müxalifət partiyaları birləşmək yolunda danışıqlar aparsalar da, birliyə nail ola bilməyiblər. Gюrünür, seçkilərə qədər "qara piar" oyununu aparan Müsavat başqanının çirkin əməllərinə gюrə müxalifət nюvbəti dəfə də məğlubiyyətə düçar olacaq".

Digər xəbərlər