PDF Oxu

Müxalifət

  • 13

"Azadlıq" bloku AXCP (i)-ni məyus etdi

"Azadlıq" bloku AXCP (i)-ni məyus etdi
Müxalifət düşərgəsində son zamanlar baş qaldıran anormallıqlar daha da açıq şəkil almaqdadır. Artıq bir-birinə "müttəfiq", "həmmüttəfiq" olan partiya sədrləri belə qarşı-qarşıya dayanmalı olublar. Tamamilə gözdən və nüfuzdan düşmüş müxalifət yetkililəri son məqamda belə daxillərindəki çirkin xisləti gizlədə bilmirlər. Bu isə, öz növbəsində, müxalifətin nə dərəcədə çirkab və iyrənc bir durumda olmasını təsdiqləmiş olur. Son günlərin müzakirə mövzusu olan "Azadlıq" blokunun biabırçı aksiyası və "Demokratiya Uğrunda İttifaq"da təmsil olunan partiyalar arasındakı münasibətlər və Müsavatın "Azadlıq" blokuna qarşı gözdənsalma kampaniyası müxalifət mətbuatı tərəfindən geninə-boluna "təhlil" olunmaqdadır. Hər bir məsələyə şəxsi "prizma"sından yanaşan müxalifət yetkililəri üçün bu cür anormallıqların olması göydəndüşmə bir haldır. Çünki onlar üçün belə məqamlar boşboğazlıq üçün bir stimul vermiş olur. Ona görə də, bu gün müxalifət düşərgəsində, demək olar ki, ağız deyəni qulaq eşitmir. "Azadlıq" blokunun iyunun 19-da keçirmiş olduğu biabırçı aksiyası və ondan sonra mövcud olan vəziyyət müxalifətin əsas müzakirə mövzularından biridir. Daha çox bu məsələyə fərqli mövqe və düşmənçilik prizmasından yanaşan isə, həmişə olduğu kimi, Müsavat partiyasıdır. Bu qurum tərəfindən "Azadlıq" blokunun oyuncaq bir təşkilat olduğu və bu cür istiqamət xətti ilə heç nəyə nail olmağın mümkünsüzlüyü bildirilir. Müsavatçıların iddialarına görə, aksiyada yalnız AXCP (i) tərəfdarları iştirak edib. Digər blok təmsilçiləri olan Azərbaycan Liberal Partiyası və "Vətəndaş və İnkişaf Partiyası" isə aksiyada ümumiyyətlə iştirak etməyib. Bu, bir tərəfdən blokun dağılması və formal olaraq verilən qərarların onun adından verilməsi kimi qiymətləndirilsə də, digər bir tərəfdən Ə.Kərimovun, faktiki olaraq, boykot edilməsi taktikasının yeridildiyi də bildirilir. Artıq dünən AXCP (i) sədri Əli Kərimov da məlum qondarma aksiyada "müttəfiq"lərinin onu tək buraxmasının heç də təsadüf olmadığını bildirib. Eyni zamanda, proseslərin görünən və görünməyən tərəfləri də onu göstərir ki, "Azadlıq" bloku daxilində olanlar AXCP (i)-nin buradan uzaqlaşmasını gec-tez təmin etmiş olacaq. Buna səbəb isə AXCP (i) sədri Ə.Kərimovun açıq şəkildə Müsavatla əməkdaşlığa getməsidir. Çünki Müsavat başqanı İsa Qəmbərov "Azadlıq" blokunun bütün mümkün variantlardan istifadə etməklə də dağılmasına nail olmağın yollaranı və konturlarını çoxdan hazırlayıb. Elə bu məqsədlə də, İ.Qəmbərov Ə.Kərimovu özünə tərəf çəkməklə, digər iki bloku, təmsilçisi olan ALP "lider"i Lalə Hacıyevanı və "VİP" sədri Ə.Əliyevi tam zərərsizləşdirməyi planlaşdırır. Bu isə, öz növbəsində, müxalifət düşərgəsində bir neçə nöqtədə münaqişə ocaqlarının yaranmasını zəruri etmiş olur. Beləliklə də, faktiki olaraq, Müsavatla "Azadlıq" bloku arasında olan problem, eyni zamanda, AXCP (i) ALP və "VİP" bir blokda birləşib. Digər bir tərəfdən "DUİ" ilə də əməkdaşlıqdan yararlanmağa çalışan İ.Qəmbərov "KAXCP" sədri Mirmahmud Fəttayevi də "Azadlıq" blokuna qarşı qoymağa səylər göstərir. "DUİ" təmsilçisi olan "Azadlıq" partiyasının "Azadlıq" blokuna ad məsələsi ilə bağlı iddia qaldırması, məhz deyilənləri bir daha təsdiqləmiş olur.

Digər xəbərlər