PDF Oxu

Müxalifət

  • 12

Müxalifət növbəti biabırçılıqla üzləşib

Müxalifət növbəti biabırçılıqla üzləşib
Müxalifətin çoxdan planlaşdırdığı mitinq yenə də uğursuzluqla nəticələndi. Çoxdan arzuladıqları mitinq heç cür baş tuta bilmir. Mitinq iyun ayının 12-də nəzərdə tutulmuşdu. Lakin yenə də alınmadı. Buna səbəb Müsavat və DUİ-nin ənənəyə sadiq qalaraq, nəzərdə tutduqları mitinqi icazəsiz keçirmələri oldu. Yasamal rayonu ərazisində, Milli Elmlər Akademiyasının binası qarşısındakı parkda toplaşan bir qrup özbaşına müxalifətçilər polislə qarşılaşıblar. İsazəsiz aksiyanın polis tərəfindən qarşısı alınıb. O cümlədən, aksiya iştirakçılarından bəzisinin polisə müqavimət göstərməsi səbəbilə 26-cı polis bölməsinə aparılaraq ictimai asayişi pozduqlarına görə, izahatları alınıb. Aksiyaçılar yalan açıqlamalar verərək, icra hakimiyyətinin onlara toplaşmaq üçün yer ayırmadıqlarını bəyan ediblər. Onu da qeyd edək ki, Müsavat və DUİ-nin mitinq üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciəti zamanı bu instansiya tərəfindən mitinq keçirmək üçün onlara yer ayrılmışdı. Ayırılan yerlər Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionu, Səbail rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydança, Xətai rayonu, Zığ yolu küçəsindəki 29/22-ci məhəllələr ilə üzbəüz meydança idi. Lakin özbaşınalıqlarını tərgidə bilməyən müxalifətçilər yenə də öz bildiklərini etməyə başlayıblar. Özbaşınalığın qarşısı alındıqda isə, əli ətə çatmayan pişik kimi özlərinə təsəlli verməyə çalışıblar. Bütün bunlar azmış kimi, keçirdikləri aksiyanın nə üçün qarşısının alındığına dair bəyanatlar verərək, özlərini daha da gülünc hala salırlar. Bu cür şou xarakterli çıxışlarla vətəndaşlar tərəfindən parlament seçkilərində dəstəklənmək istəyən müxalifət nümayəndəri, seçki ərəfəsi uğursuzluq ənənəsinə bir yenisini daha əlavə etdi.

Digər xəbərlər