İsa Qəmbərovun seçki öncəsi vəziyyəti çox pisdi
Radikal bəylər xarici dövlətlərin verdikləri qrantlarla ölkəmizdə öz çirkin əməllərini reallaşdırmaq istəyirlər. İstər AXCP (i), istər Müsavat, istərsə də digər müxalifət partiyaları hansısa xarici təşkilatların maraqları naminə işlər görürlər. Dağılmış, pərakəndə hala düşmüş Müsavat partiyasının başqanı İsa Qəmbərov da kimlərinsə maraqlarına xidmət etdiyi üçün onlardan pul alıb tez-tez mitinqlər təşkil etməklə qarşıdurmalar yaratmağa cəhd göstərir. Lakin istəyinə çata bilmir. Təbii ki, hər kəsə bəlli olduğu kimi, Azərbaycanda ölkəmizin, xalqımızın adına ləkə gətirən və millətimizin maraqlarına xidmət etməyən müxalifət partiyaları mövcuddur.
İ.Qəmbərov xarici təşkilatlardan aldığı pulların qarşılığında onlara söz verib ki, parlament seçkiləri öncəsi ölkədə yüksək səviyyəli iğtişaşlar yaradacaq. Göründüyü kimi, İ.Qəmbərov bu istəyinə çata bilmir. Çünki onun arxasınca küçələrə düşüb mitinqlərə qoşulmaq istəyənlər yoxdu və bu da onu çox məyus edir. Bununla da İ.Qəmbərov aldığı çirkli pulların qarşılığında verdiyi sözə əməl edə bilmir. Belə olduğu təqdirdə, təbii ki, onunla razılaşan və ölkəmizin düşməni olan xarici təşkilatlar İ.Qəmbərov razılaşmanı, sövdələşməni pozmaq məcburiyyətində qalıblar. Hətda onlar İ.Qəmbərovun onları aldadaraq, mənimsədiyi küllü miqdarda pulun haqq-hesabını da aparmağa başlayıblar. İ.Qəmbərov bu problemlə üzləşdiyi üçün çıxılmaz vəziyyətdə qalıb.
Təbii ki, Müsavat başqanının o pulları alarkən, bir məqsədi var idi ki, insanları küçələrə töksün və qarşıdurmalar yaratsın. Onun istəyi bu idi ki, insanlar arasında qan tökülsün. Amma insanlar İ.Qəmbərovun siyasi səriştəsizliyinə, bacarıqsızlığına, iradəsizliyinə bələd olduğuna görə, onu heç vaxt dəstəkləmirlər və onun ardınca getmirlər. Baş verməkdə olan bu hadisələr onu göstərir ki, bu il ölkəmizdə keçiriləcək parlament seçkilərində İsa Qəmbərov və onun parçalanmış Müsavat partiyası biabırçı məğlubiyyətlə üzləşəcəkdir. Bir məsələ də məlumdur ki, Müsavatın sosial bazası, ictimai-siyasi durumu çox bərbad vəziyyətdədir. Ümumiyyətlə, bu partiyanın və onun rəhbərliyinin vəziyyəti o qədər gərgindir ki, tezliklə belə bir partiya müxalifət düşərgəsindən və siyasi səhnədən təmamilə silinəcək.
Digər bir məsələni də qeyd etmək lazımdır ki, çarəsiz qalan Müsavat partiyası rəhbərliyi və müxalifət düşərgəsində təmsil olunan digər partiyalar birləşmək qərarına gəlmişdilər. Belə ki, 2010-cu ilin parlament seçkilərinə blok şəklində getməyə hazırlaşan radikal "bəy"lərin bu istəyi baş tutmayıb. Çünki onlar hər dəfə bu istəkdə olsalar da, bu, reallaşmır. Daha doğrusu, bunu reallaşdıra bilmirlər və bilməyəcəklər. Ona görə ki, Müsavat partiyasının başqanı İ.Qəmbərov, AXCP (i) sədri Ə.Kərimov, ALP-nin sədr əvəzi Əvəz Temirxan, "MBH" lideri Lalə Hacıyeva və digərlərində siyasi düşüncə, siyasi qabiliyyət yoxdur ki, birləşə də bilsinlər. Onlar hər dəfə birləşmək istəsələr də, siyasi savadsızlıq, siyasi iradəsizlik və həmçinin, aralarında olan münaqişə bu birliyə mane oldu. İndi yenə birləşmək fikrinə düşsələr də, heç nə alınmadı.
Həmçinin, onu da qeyd etmək lazımdır ki, təkcə İ.Qəmbərov deyil radikal bəylərin hamısı xarici ölkələrdən qrantlar alıb ölkədə iğtişaşlar yaratmaq istəsələr də, onlar bu istəklərinə nail ola bilməzlər. Çünki xalqımız heç vaxt onlara inanmayıb, heç vaxt da inanmayacaq və dəstəkləməyəcəklər.