PDF Oxu

Müxalifət

  • 12

"Azadlıq" bloku yeni təşkilatla əvəzlənir

"Azadlıq" bloku yeni təşkilatla əvəzlənir
Havaların istiləşməsi nəticəsində müxalifət düşərgəsində əriyən buzlar bir sıra gizli mətləblərin ortaya çıxmasına səbəb olub. Ona görə də, radikal düşərgədə təəccüb doğuracaq olaylar bir-birini sıralamaqdadır. Bu ilin payızında keçiriləcək parlament seçkiləri ərəfəsi müxalifətçilər indidən bir-birlərini qanlı düşmən kimi qarşılayırlar. Artıq özlərini aparıcı müxalifət partiya rəhbərləri kimi qələmə verən şəxslər növbəti dəfə öz daxili ziddiiyyətlərini açıq şəkildə büruzə verməli olublar. Radikallar arasında başlanmış münaqişə sonluqda onların bütün illüziyalarını darmadağın etmiş olur. Çünki birlikdən və əməkdaşlıqdan ağız dolusu danışan başı boş müxalifət yetkililəri nəticədə Müsavat başqanı İsa Qəmbərovun, AXCP (i) sədri Əli Kərimovun, "MBH" lideri Lalə Hacıyevanın gizli planlarının qurbanı olublar.
"Azadlıq" blokunun daxilində yaranmış olan münaqişəli vəziyyət və fikir ayrılığı da buradakı durumun son həddə çatmasından xəbər verir. Blok təmsilçisi olan AXCP (i), "MBH" və "Vətəndaş və İnkişaf Partiyası" aralarındakı anlaşılmazlığı yoluna qoymaqda çətinliklə üzləşiblər. Onu da qeyd edək ki, AXCP (i) ilə digər iki partiya - "MBH" və "VİP" arasında bir sıra məsələlərdə fikir ayrılığı məsələsi xeyli vaxtdır yaşanmaqdadır.
Əldə etdiyimiz məlumata görə, AXCP (i) sədrinin Müsavat Partiyasının başqanı ilə vaxtaşırı görüşməsi blok daxilində gərginliyi daha da artırıb. Ona görə də, "MBH" lideri L.Hacıyeva və "VİP" sədri Ə.Əliyev AXCP (i) sədri Ə.Kərimova qarşı birləşiblər. Onlar AXCP (i) sədrini Müsavatla yaxınlaşmaqdan çəkindirməyə cəhd göstərsələr də, nəhayətdə, bunun mümkünlüyü məqbul hesab edilməyib. Eyni zamanda, Ə.Əliyevin adı ilə bağlı ötən həftə ortaya çıxan xəyanət məruzəsi isə Ə.Kərimov üçün bir növ, düşüncə materialına çevrilməli olub. AXCP (i) sədri uzun müddətdir ki, onu sıxışdıran, ittiham edən müttəfiqlərindən ən azı birinin buna heç bir haqqının çatmadığını söyləməsi üçün ciddi arqument ələ keçirib.
Bu arada əldə etdiyimiz daha bir məlumata görə, ALP və "VİP" AXCP (i) ilə yollarının ayrılmasından sonrakı dönəm üçün yeni formatda blokun konturlarını cızıblar. Cütlük ADP ilə "Ümid" Partiyasına birlik təklifini irəli sürəcək. Onlar belə bir planlarının olduğunu dövriyyəyə buraxmaqla, dolayısı ilə həm də Ə.Kərimov AXCP (i)-siz də yeni ciddi blok yaratmaq imkanlarının olduğu mesajını çatdırırlar. Bəs adıçəkilən cütlükdən birlik təklifi gələcəyi halda, ADP ilə "Ümid" Partiyası onu qəbul edəcəkmi?
"Ümid" Partiyasının sədri İqbal Ağazadə öncə bildirdi ki, "Azadlıq" blokunun daxili işlərinə qarışmır. Hansısa məsələ ilə bağlı hansı qərar vermələri həmin blokun rəhbərliyinin səlahiyyətinə aid məsələdir: "Hələlik, mənə onlardan təklif gəlmədiyi, hər hansı müzakirə getmədiyi üçün deyə biləcəyim söz yoxdur. "MBH" ilə "VİP"-in Azərbaycandakı fəaliyyətləri ilə bağlı nəsə qeyd edə bilərəm. Bizə birlik təklifi olacaqsa, "Ümid" Partiyasının rəhbər strukturu məsələni müzakirə edib gərəkən addımı atacaq".
ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, təklifi məmnuniyyətlə qəbul edəcək: "Müxalifətin ümumi birliyinin olmamasındansa, nisbətən kiçik miqyaslı olsa da, birliyin yaradılmasının tərəfdarıyıq. Ona görə də, bizə təklif ediləcəyi halda, məsələ partiyanın siyasi şurasında baxılaraq, müvafiq cavab verilə bilər".

Digər xəbərlər