PDF Oxu

Müxalifət

  • 8

Radikal müxalifət sel fəlakətindən sui-istifadə etməyə səylər göstərir

Radikal müxalifət sel fəlakətindən sui-istifadə etməyə səylər göstərir
Dünyanın istənilən ölkəsində təbii fəlakətlərin qarşısını heç də vaxtında almaq mümkün olmayıb. Çünki təbiətin şıltaqlığı ani bir vaxtda insanları sınağa çəkir. Bu baxımdan da, bizi əhatə edən təbiətin hər an yarada biləcək təhlükələrin qarşısının zamanında alınması üçün əvvəlcədən müəyyən proqnozlar və ya illüziyalar irəli sürülsə də, konkret olaraq onun yarada biləcək problemindən hələ heç bir dövlət sığortalanmayıb.
Təəssüf doğuran hal ondan ibarətdir ki, bu gün müxalifət adı daşıyan radikal toplum ölkə hüdudları daxilində baş verən istənilən olaydan öz maraqları üçün istifadə etməyə çalışır. Məhz müxalifətin ölkədə istənilən formada yaranan məsələyə siyasi prizmadan yanaşması isə bu qüvvələrin sifarişçi rolunda çıxış etmələrini bir daha təsdiqləmiş olur. Çünki özlərini siyasi müxalifət kimi təqdim etmiş üzdəniraq qüvvələr ölkəmizdə baş verən hər hansı bir məsələni öz prinsiplərinə uyğun formada yozurlar. Müxalifət yetkililərinin tabeçiliyində olan xarici sifarişçilərin diqtəsi ilə fəaliyyət göstərən mətbu orqanlarda da, onların qondarma istək və arzularını ifadə olunur ki, bu da özlüyündə müxalifətə cəmiyyətin nifrətini birə-beş artırmış olur. Çünki müxalifətin niyyəti o qədər çirkindir ki, istənilən bir hadisədən özlərinə böyük bir alət kimi istifadə etməyə cəhdlər göstərirlər.
Kür və Araz çaylarında suyun səviyyəsinin artması ilə əlaqədar olaraq, həmin su hövzələrinin kənarında yerləşən yaşayış məntəqələri üçün təhlükələrin yaranması müxalifət üçün az qala göydəndüşmə bir hal olmuşdu. Artıq bu bölgədə vəziyyətin tamamilə nəzarətə alınması və daşqınların qarşısının alınması üçün görülən təxirəsalınmaz tədbirlər nədənsə müxalifətin diqqətindən kənarda qalıb. Maraqlı bir fakt isə ondan ibarətdir ki, radikal müxalifət yetkililərindən bir nəfər də olsun "başıpapaqlı" fəlakət zonasına baş çəkməyi özünə rəva bilmədi. Rahat kabinetlərində əyləşib, conların verdiyi vəsaitləri xərcləyə-xərcləyə boşboğazlıq edən müxalifətçilər bu dəfə də hansı amala xidmət etdiklərini təsdiqləmiş oldular. Çünki onlar istənilən formada baş verən bir hadisədən özləri üçün nəsə bir dırnaqarası yenilik axtarırlar. Bu baxımdan da, onlar çirkin xislətlərinə sadiq qaldıqları üçün cəmiyyətimiz tərəfindən hiddətlə qarşılanırlar. Radikal müxalifət, bütün hallarda, öz niyyətini reallaşdırmaq üçün xarici havadarlarının ağuşuna sığınmaqla onların göstərişlərinə əməl edir. Çünki adını müxalifət qoyan radikal qüvvələr heç bir halda, Azərbaycanın böyük və əzəmətli uğurlarını görmək istəmirlər. Müxalifət sel sularının yaratmış olduğu narahatlıqdan sui-istifadə edərək, erməni təfəkkürü ilə eyni yanaşma tərzi nümayiş etdirir. Bu isə, öz növbəsində, müxalifətin hansı yuvanın malı olduğunu bir daha təsdiqləmiş olur. Digər bir məqam isə, ondan ibarətdir ki, radikal müxalifət sədrləri sel sularının təhlükə yaratdığı rayonlara baş çəkmək əvəzinə kənardan illüziyalar səsləndirməklə işlərini bitmiş hesab edirlər. Məhz ikrah doğuran məqamlardan biri də, onunla bağlıdır ki, bu gün müxalifət kənarda dayanmaqla, proseslərə rəy verməyi özünün peşə etiketinə çevirib. Əslində isə, radikal müxalifət istənilən məqamda özünün məkrli niyyətini reallaşdırmaq üçün ən iyrənc oyunlara belə əl atır. Bütün bunlara baxmayaraq, bu gün cəmiyyətimiz müxalifətin bu cür fitnələrinə, həmişə olduğu kimi, öz layiqli qiymətini verib. Cəmiyyətin hiddətindən heç vaxt qurtula bilməyən müxalifətin isə sonunun hansı formada çatmasını isə hamı gözəl bilir. Nədənsə, müxalifət düşərgəsində olan şəxslər bu reallığı qəbul etmirlər. Çünki bu gün mövcud müxalifətdə düşüncə çatışmazlığı mövcuddur. Əgər belə olmasaydı, onlar heç olmasa, bu cür məsələlərdə belə siyasi konnekturanı bir kənara qoyub, vətəndaşlıq mövqeyindən çıxış edərdilər. Çox təəssüf olsun ki, müxalifət özü üçün müəyyən etmiş olduğu bütün mənfi kriteriyalardan kənara çıxa bilmir. Hər şeyə öz məkrli prizmasından yanaşan radikal müxalifət üçün artıq heç bir meyar belə qalmayıb. Ona görə də, müxalifət ömrünün son baharını yaşamaqdadır. Artıq cəmiyyətimizdə bu cür iyrənc ünsürlərə yer yoxdur.

Digər xəbərlər