PDF Oxu

Müxalifət

  • 6

Əli Kərimov özünü biabır etməkdən həzz alır

Əli Kərimov özünü biabır etməkdən həzz alır
Son günlər müxalifət düşərgəsində təmsil olunan üzdəniraq partiya sədrləri dırnaqarası aktivlik göstərmək iddiasına düşüblər. Bu sıradan AXCP (i) sədri Əli Kərimovu da xüsusi ilə qeyd etmək yerinə düşər. Ə.Kərimov son iki ayda özünü müxalifət düşərgəsində olanlardan "ağıllı" və "bacarıqlı" göstərmək üçün bütün iyrənc metodlarından istifadə etməyə səylər göstərir. Artıq ona qarşı müxalifət düşərgəsində təmsil olunan partiya funksionerlərinin tutmuş olduqları birmənalı mövqe də AXCP (i) sədrinin "iş"inə təsir göstərmir.
Çünki bu şəxs ancaq öz maraqları naminə istənilən iyrənc əmələ əl atmağı hazırdır. Bütün imkanlarını itirən sonda isə şəxsi keyfiyyətlərini belə maraqları naminə hərraca çıxaran Ə.Kərimov üçün siyasət meydanı "qazanc" düşərgəsi kimi bir şeydir. Ona görə də, AXCP (i) sədrindən bundan sonra daha ilginc biabırçılıqlar gözləmək olar. İnsani keyfiyyətlərini çoxdan itirmiş Ə.Kərimov üçün artıq heç bir kriteriya qalmayıb. O, indi öz çirkin məqsədləri üçün istənilən formada "bazar"lığa getməyə hazırdır. Bu baxımdan da, son zamanlar Ə.Kərimovun tabeçiliyində qalmış olan iki-üç nəfərin cibinə pul basmaqla metro stansiyalarının qarşısına göndərməsi onun hansı iyrənc işlərə əl atmasından xəbər verir.
İyunun 5-də Ə.Kərimov özünə bənzərlərlə birlikdə "İçərişəhər" metro stansiyasının qarşısında hay-küy salmaqla növbəti dəfə biabırçılığın nümunəsini göstərmiş oldu. Ə.Kərimov bütün imtiyazlarını gerçəkləşdirmək üçün xarici havadarlarından bərk-bərk yapışıb. Onun artıq ikinci dəfədir ki, özünü gülünc vəziyyətə salaraq qondarma aksiya keçirmək cəhdləri də deyilənləri bir daha təsdiqləmiş olur. AXCP (i) sədri bir neçə ildir ki, bütün havadarlarından məhrum olmuş müxalifətin özü üçün yeni pul mənbəyi kəşfində də "öndə" gedənlərdəndir. Amma onun bu dırnaqarası uğurunun arxasında isə dövlətə, millətə xəyanət dayanır. Bu şəxs siyasi fəaliyyətə başladığı müddətdən bu günə qədər bir saniyə də olsun şəxsi prinsiplərini yerə qoymayıb. Ona görə də, müxalifət düşərgəsində Ə.Kərimov kimilərinin metro stansiyalarının giriş və çıxışlarında hay-küy salmaları onların bitib-tükəndiklərini daha açıq formada təsdiqləmiş olur.
Sadəcə olaraq, çox təəssüf doğuran bir məqam ondan ibarətdir ki, müxalifət tabeçiliyində olan mətbu orqanlar AXCP (i)-nin "Azadlıq" blokunun mitinq adı ilə uydurma aksiyasını az qala "qəhrəmanlıq" səviyyəsində işıqlandırmaqdan ötrü dəridən-qabıqdan çıxırlar. Amma bütün bunlara rəğmən isə cəmiyyət müxalifətin bu cür eybəcərliklərinə birmənalı mövqe sərgiləməklə Ə.Kərimov, İsa Qəmbərov, Lalə Hacıyeva kimilərinin lazımsız bir əşya olduqlarını isbatlayırlar.

Digər xəbərlər