Son zamanlar AMİP liderinin fəaliyyətdə olduğuna dair xəbərlər yayılıb. Bu fəaliyyətin nədən ibarət olduğu sual olaraq qalmaqdadır. Bəzi məlumatlara görə, AMİP lideri partiyanın ölü siyasətini diriltmək məqsədilə partiyanın sükanını yeni istiqamətə çevirib. Hətta deyilənlərə görə, buna nail olmaq üçün digər müxalifət partiyalarını da sıradan çıxartmaq kimi planlarda cızmaqara eləyib. Lakin hazırlanan plana mane olaraq Müsavat partiyası göstərilir. Məlumatlara əsasən, E.Məmmədov seçkilərdə 15 saylı 1-ci Yasamal dairəsindən namizədliyini irəli sürməyə hazırlaşır.
Xatırladaq ki 2005-ci il parlament seçkiləri zamanı da İ.Qəmbərov həmin dairədən namizədliyini vermişdir. E.Məmmədovun da həmin dairəyə namizədliyin verməsi AMİP-in Müsavata müharibə elan etdiyini düşünməyə başlayıblar. Bir müddət sonra, E.Məmmədov bu barədə qisa bir açıqlama verdi. Bu açıqlama partiya yoldaşları tərəfindən narazılıqla qarşılanıb. E. Məmmədov belə bir açıqlama vermədiyini, söz-söhbətlərin gerçəkliklə elaqəsi olmadığını bildirib.
Daha sonra AMİP-in 15 saylı dairəsindən namizədliyə Elşən Mustafayevin veriləcəyi məlumatı verilib. Onu da qeyd edək ki, E.Mustafayev partiyanın bələdiyələrlə iş üzrə katibidir. E.Məmmədovun namizədliyini vermədiyi görən müsavat başqanını həmin sözügedən dairədən deputatlığa namizədliyini verməyi qərara alıb. Bu da AMİP-lə Müsavat arasında kəskin mübarizələrin olacağına işarədir.
Mübarizəyə hazırlanan AMİP lideri E. Məmmədov partiyaya yeni qüvvələr cəlb etməyə çalışır. Hətta AMİP lideri "Azərbaycan Naminə İctimai Forum"un prezidenti Eldar Namazov ilə tez-tez gizli toplantılar keçirdiyi üzə çıxır. AMİP liderinin E.Namazovu öz sıralarına keçməsi üçün razı saldığı qeyd edilir. Məlumata görə, görüş AMİP qərargahında baş tutub. Təkbətək görüşdən sonra E.Namazov partiyanın rəhbər şəxsləri ilə fikir mübadiləsi aparıb. Nəticədə qərara alınıb ki, tərəflər birgə fəaliyyətlə birləşsinlər. Hətta E.Namazovun AMİP-in yeni sədri olacağına dair fikirlər də səsləndirilib. Bir çoxları üçün AMİP liderinin bu manevri yenidən daxili fəal siyasətə qayıdacağı anlamına gəlir. Bütün bunlar E.Məmmədovun gizli planlar qurduğunu və bu planlarda İ.Qəmbərov üçün də müəyyən bəndlərin olduğuna əsas verir. E.Məmmədov E.Namazovu partiyaya sədr gətirməklə, partiyada bir müddətdir ki, davam edən durğunluğun bitəcəyi fikrindədir. AMİP lideri yeni sədrin özünə fəaliyyət sferası müəyyənləşdirəcəyini düşünür.
Bəxtiyar MƏMMƏDOV