PDF Oxu

Müxalifət

  • 14

Mehriban düşmənlər yenə də ayrılıqla üzləşiblər

Mehriban düşmənlər yenə də ayrılıqla üzləşiblər
Bildiyimiz kimi, radikal müxalifət partiyalarının birləşmək yönümündə irəli sürdükləri təkliflər tez-tez gündəmə gəlir. Müəyyən addımlar atılsa da, sonda yenə biabırçılıqla üzləşməli olublar. Bu yaxınlarda da AXCP (i), Müsavat, lKAXCP" və ADP birləşmək kimi bir fikirləri gündəm mövzusu olub. Lakin son vəziyyət onu göstərdi ki, birləşmək, sadəcə sözdə olaraq qalıb. Partiyalar birləşə bilmədən ayrılığı üstün tutublar. Görünür, Müsavat və lDUİ"nin 21 mayda planlaşdırılan, ancaq iflasla nəticələnən mitinqin abÜhavası onlara ciddi təsir göstərib. Heç şübhə yoxdur ki, digər səbəb də aralarında gedən Udiv Ü cırtdanF dartışması olub. Ən son blok şəkilində parlament seçkilərinə getmək cəhdləri Müsavat və lDUİ"də təmsil olunan partiyalar tərəfindən edilib. Lakin hər zamankı kimi, aralarındakı mübarizə birləşmə kimi yox, münaqişə kimi yadda qaldı. Çünki seçki dairələrindən namizədlərin bölüşdürülməsində tərəflər arasında ciddi ixtilaflar meydana çıxmışdır. Hər iki tərəf isə günahı biri-birində axtarmağa davam edirlər. Hər halda, Müsavat partiyasının başqanı İsa Qəmbərov bütün müxalif partiyalarına meydan oxumağı qərara alıb. Müsavat başqanı İ.Qəmbərov, bir qədər öncə, AXCP (i)-nin sədri Əli Kərimov ilə qızğın həddində idi. Buna səbəb başqanın UAzadlıqF blokunu dağıtmaq istəyi idi. Ancaq istədiyinə nail ola bilməyən Müsavat başqanı, hər halda, qarşısına çıxan partiya ilə dalaşmaq fikrinə düşüb. Buna baxmayaraq, lAzadlıq" blokunda fikir ayrılıqları şiddətini artırmaqda davam edir. Blokdakı partiyalar öz şəxsi mənafeləri uğrunda mübarizə apararkən, birlikdən kənarlaşdıqlarının heç fərqində də deyillər. Gedişata nəzər salsaq, görərik ki, müxalifət daxildən özünü məhv edir. Əgər bu kimi hadisələr davam edərsə, çox yaxın vaxtlarda müxalifət partiyaları yalqızlıq sindromu keçirəcəkdir. O zaman xarici maraqlı qüvvələrin ofsunları belə onların işinə yaramayacaq.

Digər xəbərlər