PDF Oxu

Müxalifət

  • 12

Müxalifət İsa Qəmbərovun zərərsizləşdirilməsi planını hazırlayır

Müxalifət İsa Qəmbərovun zərərsizləşdirilməsi planını hazırlayır
Son zamanlar müxalifət düşərgəsində bir-birinin ardınca baş verən problemlər diqqət çəkməkdədir. Bütün problemlərin başında isə, həmişə olduğu kimi, yenə də, Müsavat başqanı İsa Qəmbərovun və AXCP (i) sədri Əli Kərimovun adı hallanır. Çünki bu iki şəxs daima müxalifət partiyaları arasında dövrə vuraraq, istənilən bir formada qalmaqal və yaxud münaqişə yaranmasına səy göstərirlər. Onların bu iyrənc xislətinin arxasında, ilk növbədə, daxili çirkinlikləri dayansa da, havadarlarından almış olduqları göstərişlərin də təsiri inkarolunmaz səviyyədədir. Bu baxımdan da, İ.Qəmbərov və Ə.Kərimov dırnaqarası cütlüyü müxalifət düşərgəsində problem mənbəyi kimi xarakterizə olunur. Doğrudur, bir çox hallarda düşərgə tərkibində daha çox münaqişələrin yaranmasında AXP-nin keçmiş sədri Pənah Hüseynovun adının hallanmasına baxmayaraq, indiki məqamda Ə.Kərimovla İ.Qəmbərov onu bu məsələdə arxada buraxmaq niyyətindədirlər. Çünki P.Hüseynov olan yerdə ikinci bir şəxsin problem yarada biləcək qüvvəyə malik olmaması barəsində müxalifətçilərin özləri də birmənalı fikir söyləyiblər. Hətta iki doğma qardaşı belə üz-üzə qoymaq "qabiliyyətinə" malik olan P.Hüseynov hal-hazırda müxalifət düşərgəsində ən arzuolunmaz şəxsə çevrilib. Artıq düşərgədə kimsə qapısını P.Hüseynovun üzünə açmaq istəmir. Görünür, müxalifət düşərgəsində olanlar da artıq daxili ziddiyyətlərdən cana doyublar. Amma nə vaxta qədər ki, P.Hüseynov müxalifət düşərgəsindədir və Ə.Kərimovla İ.Qəmbərov burada siyasət adı altında çirkin işlərlə məşğul olur, onda müxalifətin dincliyindən söhbət gedə bilməz. Maraqlı bir məqam isə, ondan ibarətdir ki, müxalifət düşərgəsində təmsil olunan partiya sədrləri artıq Müsavat başqanı İ.Qəmbərovun dayaqlarını sarsıtmaq və onu sıradan çıxarmaq üçün gizli əməliyyata başlayıblar. Müxalifət düşərgəsindən verilən məlumata görə artıq bu ilin noyabr ayında keçiriləcək parlament seçkilərinə qədər İ.Qəmbərovun siyasi səhnədən uzaqlaşdırılması prosesi yekunlaşmalıdır. Bunun üçün isə, ilk növbədə, onun başqanlıqdan kənarlaşdırılması və ardınca isə, siyasi arenadan birdəfəlik qovulması məsələsi nəzərdə tutulub. İ.Qəmbərova qarşı planın başında dayanan şəxslərin kimliyinə gəlincə isə mənbə bu günlərdə müxalifət düşərgəsində Müsavat başqanı ilə dərin konfliktdə olan adamların ona qarşı gizli işlərlə məşğul olmasını bildirib. Görünür, müxalifət düşərgəsində özünə qarşı böyük düşmən ordusu toplamış İ.Qəmbərov olanların qarşılığında, hələ də, siyasətlə məşğul olmağı udulmuş vaxt kimi dəyərləndirir. Əgər belə olmasaydı, dünənə kimi, fil qulağında yatan Müsavat başqanı mitinq və ya piket keçirmək, hay-küy salmaqla bağlı tərəfdarlarına göstəriş verməzdi. Görünür, İ.Qəmbərov bu yolla, hələ də, siyasət meydanında bitib-tükənməyən bir siyasətçi olduğunu nümayiş etdirməyə çalışır. Amma reallıq isə onun çirkin düşüncələrinin əksini sübut edir. Bu yaxınlarda xarici havadarlarından yeni göstəriş alan İ.Qəmbərova, hələlik, siyasətdə qalmaq barəsində tapşırığın verilməsi də, məsələnin maraqlı tərəflərindəndir. Elə bu səbəbdəndir ki, İ.Qəmbərov başqanlıq etdiyi Müsavat partiyasında belə arzuolunmaz şəxs kimi qarşılanmasına baxmayaraq, hələ də, əyləşdiyi kürsünü təhvil vermək niyyətində olmadığını göstərməyə çalışır. Olanlar isə İ.Qəmbərovun başqanlıq ömrünü daha da qısaldır. Bu günlərdə Müsavat partiyasının parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısının açıqlanması da qurum daxilində problemlərin daha da şiddətlənməsinə səbəb olub. Müsavatın parlament namizədləri siyahısında adının çəkilməməsindən hiddətlənən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və Müsavat deputat qrupunun üzvü Pənah Hüseynov da olanlarda partiya rəhbərliyini günahlandırıblar. Adlarının çəkilməməsini texniki məsələ kimi qiymətləndirən R.Arifoğlu və P.Hüseynov digər bir yandan açıq şəkildə özlərinə qarşı Müsavat daxilində əks-kampaniyanın aparıldığını bildiriblər. Bütün bu olanlar isə müxalifət düşərgəsindəki anormallığı bir daha açıb göstəriş olur. Ona görə də, tam əminliklə demək olar ki, düşərgədə baş verənlər, ilk növbədə, Müsavatın sonunu daha da yaxınlaşdıracaq. Müsavatın ardınca isə müxalifətin digər partiyalarının da sıradan çıxması proqnozlaşdırılır.

Digər xəbərlər