PDF Oxu

Müxalifət

  • 14

Müxalifətin çirkin planları üzə çıxır

Müxalifətin çirkin planları üzə çıxır
Müxalifət düşərgəsində anormallıq müşahidə olunmaqdadır. Kimin və hansı partiyanın nə işlə məşğul olduğu məlum deyil. Yalnız görünən odur ki, radikal partiya funksionerləri apardıqları mövqe uğrunda savaşın fəaliyyət istiqamətlərini bir qədər də genişləndiriblər. Eyni zamanda, parlament seçkiləri ilə əlaqədar olaraq partiyalar diqqəti cəlb etmək üçün icazəsiz aksiaylara da üstünlük verirlər. Baxmayaraq ki, həmin aksiyalar müxalifətə yalnız utanc gətirir. Amma bunun fərqinə varmayaraq, yaramaz fəaliyyətlərini davam etdirirlər. Bu da, onu deməyə əsas verir ki, həmin partiyaları yönəldən pozuculuq aktları törətməyə vadar edən xarici maraqlı qüvvələr mövcuddur. Hansı ki, həmin maraqlı qüvvələr Azərbaycanın dünya xəritəsində yerinin və rolunun möhkəmlənməsindən ciddi narahatlıqlar keçirirlər. Ona görə də, Bakıdakı əlaltılarına təsir etməklə, ölkəmizin əldə etdiyi uğurlara kölgə salmağa səylər göstərirlər. Müşahidələr və araşdırmalar göstərir ki, istər daxili, istərsə də xarici maraqlı qüvvələr Azərbaycanın əldə etdiyi nailiyyətlərə zərrə qədər xələl gətirə bilmirlər. Çünki ölkəmizin müəyyənləşdirilən iqtisadi, siyasi, mədəni və digər sahələrlə bağlı siyasəti mükəmməl konsepsiaya əsaslanır. Bu konsepsiya əsasında Azərbaycan öz inkişafını bundan sonrada dönməz və əbədi edəcək. Bundan sonra Azərbaycan daha da inkişaf edəcək və bir daha dünyanın ən sabit, inkişaf etmiş demokratik dövlət olduğunu nümayiş etdirəcək. Maraqlı qüvvələr isə ancaq xalqın tənqidləri, irad və qınaqları qalacaq. Hazırkı mərhələdə, müşahidə olunan proseslərə əsasən, demək olar ki, radikal müxalifət partiyaları insanların əsəbləri üzərində özlərinə siyasi dividend əldə etməyə çalışır. Xüsusilə də, Sabirabad, İmişli, Saatlı və Şirvan şəhərlərində müşahidə olunan təbii fəlakətdən daha çox hiyləgərcəsinə istifadə etməyə çalışırlar. Bu yöndə AXCP (i), Müsavat, ADP, ALP və "Ümid" partiyalarının fəaliyyətləri diqqətçəkəndir. Bu ünsürlər insanların təbii fəlakətlə üzləşməsinin fərqinə varmayaraq, siyasi mədəniyyətsizlik nümayiş etdirən addımlar atırlar. Hətta aksiyalar keçirməyi və müxtəlif pozucu xarakterli bəyanatlar səsləndirməyi nəzərdə tutublar. Ancaq siyasi cəhətdən kifayət qədər ayıq-sayıq olan bölgə əhalisi radikal müxalifətin yaramaz niyyətinə kəskin reaksiya bildiriblər. AXP-nin keçmiş sədri Pənah Hüseynovun, Elçin Xəlilovun, Şakir Əsədovun və digərlərinin təhqiramiz formada bölgədən qovulmaları da insanların nəyin pis, nəyin yaxşı olduğunu bildiklərini göstərir. Eyni zamanda, əhali dövlətin təbii fəlakətdən zərər çəkən insanların qayğısına qalmalarını da görür və müşahidə edirlər. Ona görə də, radikal müxalifətin yenidən gülünc vəziyyətə düşdüklərini faktlara və aparılan müşahidələrə əsasən demək olar.

Digər xəbərlər