PDF Oxu

Müxalifət

  • 14

Müxalifətin parçalanması dərinləşir

Müxalifətin parçalanması dərinləşir

Son zamanlar müxalifət daxilində, o cümlədən, özünü "ana müxalifət" hesab edən Müsavat partiyası daxilində vəziyyət həddən artıq gərgin xarakter alıb. Elə müxalifət partiyalarının da rəhbərləri gərginlik içərisindədir. Qırğızıstan müxalifətini özlərinə örnək hesab edən radikallar oradakı vəziyyətin mahiyyətini dərk etmirlər.
Artıq əksər müxalifətçi "bəy"lər evdə oturmaqla günlərini keçirirlər. Onlar bu vəziyyətə düşmələrinə səbəbkar olan şəxsləri axtarırlar. Daha bədbəxtlər anlamırlar ki, elə GÜNAHKAR ÖZLƏRİDİR. Necə deyərlər, öz gözlərində qılı görmürlər, özgə gözündə çöp axtarırlar. Bu da Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva, AMİP lideri Etibar Məmmədov, "Ümid" sədri İqbal Ağazadə, ALP-nin sədr əvəzi Əvəz Temirxan, "ACP" lideri Rəsul Quliyev və digər bu tipdə olan radikal "bəy"lər özləri qazdıqları quyunun dibindədirlər. Bu quyu isə o qədər dərindir ki, "bəy"lərin oradan çıxmaları müşkül məsələdir.

"ETİBARSIZ Ə.KƏRİMOVUN MƏQSƏDİ"
Heç zaman nə etdiyini və ya nə edəcəyini bilməyən radikal müxalifət partiyalarının rəhbərlərindən biri də (bəlkə də birincisi) AXCP (i) sədri Ə.Kərimovdur. O Ə.Kərimov ki, həm xalqına, ölkəsinə, həm də ətrafındakılara xəyanət edib. Ermənipərəst siyasət yürüdən ABŞ-ın mətbu orqanlarının birində Azərbaycanı demokratiyadan uzaq hesab edən "Yurd" şefi yəqin bununla həm amerikalıların, həm də ermənilərin xoşuna gəlmək istəyir. Maraqlı cəhət burasındadır ki, Ə.Kərimovun adıçəkilən məqaləsi ABŞ-ın erməni sevdası baş qaldırdığı bir ərəfədə dərc olunub. Bu da düşmən dəyirmanına su tökmək kimi bir şeydir. Ondansa, AXCP (i) sədri o sudan öz partiyasının "dəyirmanına" töksəydi, daha yaxşı olardı. Bəlkə, o zaman AXCP (i)-nin fəaliyyəti, daha doğrusu, mövcudluğu 1 % olsa da, hiss edilərdi. Bu da Ə.Kərimovun "güclü siyasətçi" olduğunun bir nümunəsidir. Yuxarıda Ə.Kərimovu etibarsız kimi təqdim etmişik. Bu, iki mənadadır: həm E.Məmmədovsuz Ə.Kərimov, həm də etibarsız, inamsız şəxs kimi. İlk öncə, onu qeyd edək ki, 2003-cü ilin prezident seçkilərində namizədliyini AMİP lideri E.Məmmədovun xeyirinə geri götürən Ə.Kərimov AMİP liderini özünün ağsaqqalı hesab edirdi. Az keçmədi ki, adları çəkilən bu iki şəxs oldu düşmən. Düşmənçilik o həddə çatdı ki, onların tərəfdaşları da biri-birilərinə qarşı ittiham irəli sürməyə başladılar. Beləliklə, Etibarsız qalan Ə.Kərimov 2005-ci ilin parlament seçkilərində üz tutdu "Azadlıq" blokuna. O, bu dəfə "Ümid" partiyasının sədri İ.Ağazadəni özünə tərəfdaş və dost elan etdi. İndi də AXCP (i) sədri İ.Ağazadədən üz çevirir. Axı qarşıdan növbəti seçkilər gəlir və "Yurd" şefi nəsə bir şou düzəltməlidir. Belə ki, indi də Ə.Kərimov Müsavat partiyasının başqanı və özünün düşməni hesab etdiyi İ.Qəmbərovla əmkdaşlıq etməyə razılıq verib. Bu da, onu deməyə əsas verir ki, AXCP (i) sədrinin məqsədi bilinmir, bəlkə bunu özü də bilmir. Qeyd edək ki, bir neçə gün öncə bir neçə müxalifət partiyasının toplantısında "Ümid" sədri İ.Ağazadə bildirib ki, müxalifət birləşmək istəyəndə, əks-proseslər, yəni düşərgədə parçalanma baş verir. Bu da Ə.Kərimovun təmsil olunduğu düşərgənin iç üzü!

"İ.QƏMBƏROVA PARTİYASINDA NİFRƏT BƏSLƏNİR"
İkiüzlülük edən İ.Qəmbərov indi də başqanı olduğu Müsavat partiyasında hədəflərə tuş gəlib. Məlum olduğu kimi, adıçəkilən partiyanın daxilində, uzun illərdir ki, qruplaşmalar fəaliyyət göstərir. Həmin quruplaşmaların birinə Vurğun Əyyubov, ikincisinə Arif Hacıyev, üçüncüsünə isə Rauf Arifoğlu başçılıq edir. "Yeni Müsavat" qəzetinin baş redaktoru, həm də İ.Qəmbərovun müavini vəzifəsində çalışmış R.Arifoğlu, bir müddət öncə, öz başqanına qarşı ilk zərbəni vurdu. Belə ki, o, rəhbərlik etdiyi qəzetin təsisçiliyindən İ.Qəmbərovun adını çıxardı. Bununla da, İ.Qəməbərovun həm "Yeni Müsavat" qəzeti, həm də R.Arifoğlu ilə yolları ayrıldı. V.Əyyubovla A.Hacıyevin münaqişəsi isə, hələ də davam etməkdədir. Bu da, onunla əlaqədardır ki, Müsavat partiyasında bu il başqan seçkiləri olacağı gözlənilir. Bütün bunların fonunda İ.Qəmbərov başqanı olduğu partiyasında nifrət hədəfinə çevrilib. Bütün bunları nəzərə alan və müxalifət düşərgəsinin lideri olmaq istəyən İ.Qəmbərov indi də üzünü "Azadlıq" blokuna, AXCP (i)-yə tutub. Görəsən, Müsavat başqanının nə niyyəti var? Bu da "bəy"lərin şoularının davamı.

Digər xəbərlər