PDF Oxu

Müxalifət

  • 8

Əli Kərimov növbəti dəfə özünü biabır etdi

Əli Kərimov növbəti dəfə özünü biabır etdi
Dünən "Azadlıq" blokunda təmsil olunan partiyalar növbəti dəfə ictimaiyyət qarşısında özlərini rüsvay etdilər. Artıq bir aya yaxındır ki, müxalifət düşərgəsinə yaxın olan mətbu orqanlarda aprelin 26-da keçiriləcək mitinqlə bağlı fikirlər səslənsə də, nəticə yenə də həmişəki kimi qaldı. Çünki müxalifət düşərgəsində təmsil olunan partiya funksionerləri özləri deyib, özləri eşitməyi artıq adət ediblər. Bu baxımdan da, onların aprelin 26-da mitinq keçirmələri barəsində geninə-boluna boşboğazlıq etmələri nəticədə onların növbəti dəfə rüsvayçılıqla qarşılaşmalarına səbəb oldu. AXCP (i) sədri öz əlatılarını daima şəxsi maraqlarına qurban verdiyindən, bu dəfə də bunu ictimaiyyət açıq şəkildə müşahidə etdi. Mitinqə çoxlu sayda müxalifət tərəfdarlarının gəlməsi barəsində yalan və uydurma məlumat verən Ə.Kərimov, yəqin ki, piketin keçirildiyi ərazidəki mənzərəni görməmiş olmadı. Onun bu dərəcədə sadəlövhcəsinə səsləndirdiyi fikirlər müxalifətin hansı gücə malik olduğunu bir daha nümayiş etdirmiş oldu. Belə ki, günlərdir böyük canfəşanlıqla dillərindən düşməyən müxalifətin 26 aprel mitinqi özünün bütün çalarları ilə düşərgənin əsil simasını bir daha aşkara çıxardı. "İçərişəhər" metrosunun qarşısında ancaq müxalifət düşərgəsinə mənsub olan mətbu orqanların, 4-5 yazarından ibarət piket keçirməyə cəhd Ə.Kərimovun böyük oyununun kiçik psikası kimi qiymətləndirilir. Sadəcə olaraq, ikrah doğuran məqam ondan ibarətdir ki, müxalifət mətbuatı 4-5 nəfərlik piketə yüzlərlə insanın gəlməsi barəsində uydurma məlumatlar çatdırmaqla, növbəti dəfə yalançı və böhtançı olduqlarını isbatlayırlar. Məhz "İçərişəhər" metrosunun qarşısında əyinlərinə mətbuat işçisi olduqlarını bəlli edən formaları geyən 4-5 nəfərdən ibarət təxribatçı ilə müxalifətin böyük aksiyasını hansı formada keçirmək hələ də sual doğurur. Eyni zamanda, "Azadlıq" bloku və AXCP (i)-nin 10 nəfərlik bir kontingentlə piket keçirə bilməməsi onların, bütövlükdə, siyasi arenada olan bütün dayaqlarının çürüməsini, faktiki olaraq, nümayiş etdirdi. Məhz 26 apreldə müxalifətin rüsvayçı piket keçirmək cəhdi Ə.Kərimov kimilərinin çoxdan tarixin acı arxivinə atıldığını yenidən cəmiyyətə nümayiş etdirdi.

Digər xəbərlər