PDF Oxu

Müxalifət

  • 11

Əli Kərimov rüsvayçı duruma düşüb

Əli Kərimov rüsvayçı duruma düşüb
Son günlər müxalifət düşərgəsində geniş vüsət almış anormal proseslər bir sıra partiyaların sıradan çıxması ilə nəticələnib. Düşərgədə mövcud olan qeyri-normal mühit burada daha böyük eybəcərliklərin olmasını şərtləndirir.
Çünki müxalifətin bütünlüklə çirkab içinə batmasında bilavasitə məsuliyyət sahibi olan AXCP (i) sədri Əli Kərimov özünün çirkin niyyətlərini reallaşdırmaq üçün son zamanlar ən iyrənc əməllərə əl atmaqdadır. Siyasət adı altında şəxsi prinsiplərini daima önə çəkən Ə.Kərimov, bir müddət öncə, "Vaşinqton Post" qəzetində dərc etdirmiş olduğu yalan və böhtan dolu məqaləsindən də onun ermənipərəst qüvvələrlə işbirliyində olduğu aydın şəkildə sezilir. Çünki bu şəxs siyasətə gənc yaşlarından qoşulmasına baxmayaraq, öz əqidə yoldaşlarını belə şəxsi prinsiplərinə qurban verməyi yaxşı bacarıb. Bu mənada AXCP (i) sədri özünün ideoloq adlandırdığı mərhum AXC lideri Əbülfəz Elçibəyə də ağır zərbə vuraraq, onun yaratmış olduğu partiyanı bir neçə yerə bölməyi bacardı. Çünki bütün eybəcərlikləri özündə cəmləşdirmiş Ə.Kərimov istənilən halda, istənilən iyrənc oyuna girməyə belə hazır adamdır. Onun formal olaraq, rəhbərlik etdiyi siyasi təşkilat isə, sadəcə olaraq, müəyyən məqamlarda Ə.Kərimovun hərəkətlərinə don geyindirməkçün lazımdır. Əslində, Ə.Kərimov AXCP (i)-ni özününküləşdirdikdən sonra bu qurumun bir siyasi təşkilat kimi fəaliyyət göstərib-göstərməməsi onun üçün bir o qədər də əhəmiyyət kəsb etməyib. Çünki siyasət sadəcə olaraq, ona bir situasiya üçün gərəklidir. Çirkin niyyətlərinə və atmış olduğu iyrənc addımlara don geyindirmək üçün Ə.Kərimov siyasi mənsubiyyətini önə çəkməyə çalışır. Bəzi hallarda isə, onun bu hərəkəti aşkara çıxdıqda, kənardakı havadarlarının sayəsində situasiyanı öz xeyirinə dəyişməyə cəhdlər göstərir.
Son bir neçə gündə isə AXCP (i) sədri Ə.Kərimovun adı bir çox qalmaqallı məsələlərdə hallanır. Özünü müxalifətin ideoloqu kimi qələmə verməyə çalışan Ə.Kərimov reallıqda heç özünün mənsub olduğu partiyadan belə xəbərsizdir. Bu ilin parlament seçkiləri ili olduğunu nəzərə alaraq, artıq Ə.Kərimov bir çox kənar təşkilatlara müəyyən mesajlar göndərib. Onun bu mesajları ala biləcəyi, vəsait müqabilində müəyyənləşdirildiyindən, AXCP (i) sədrinin az bir müddətdə dəyişkən mövqe sərgiləməsi də normal hal kimi qiymətləndirilir. Çünki Ə.Kərimovun kənarda olan havadarları xarici ölkələrə səfərləri zamanı onu bir "qəhrəman" kimi qarşılamaqla, əslində, bu cılız insandan öz maraqlarını gerçəkləşdirmək üçün istifadə edirlər. Ə.Kərimova isə siyasi proseslərdən daha çox bu cür məsələlər vacib olduğundan, onun bu cür təkliflərə can bir qəlbdən yox deməsi isə, mümkün olan məsələ deyil. AXCP (i) sədri istənilən halda, öz maraqları naminə, müxalifətdə olan bütün məsləkdaşlarını zərbə altında qoymağa belə hazırdır. Müxalifət düşərgəsində bu cür üzdəniraq fiqurların olması isə öz-özlüyündə buradakı vəziyyəti bir daha təcəssüm etdirir. Ona görə də, müxalifət artıq özünün son məqamlarını yaşamaqdadır.

Digər xəbərlər