PDF Oxu

Müxalifət

  • 13

İflic müxalifətin oyunlarına bir baxış

İflic müxalifətin oyunlarına bir baxış

Hər dəfə müxalifətdən söz düşəndə, ilk öncə, insanın yadına ikiüzlülük, xəyanət, satqınçılıq, "dost"a quyu qazmaq və bu kimi fikirlər, bir sözlə, qara qüvvələr düşür. Çünki Müsavat partiyasının demokratiyadan uzaq başqanı İsa Qəmbərov, tərəfdaşlarını öz məkrli siyasətinə qurban edən AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva, "bəy"lər tərəfindən zorla partiya adlandırılan "ACP", hələ də sədr problemini həll edə bilməyən və liderlərinin başı biznesə qarışan AMİP lideri Etibar Məmmədov (görəsən, sədri və üzvləri olmayan bir partiyanın necə lideri ola bilər?), ümidsizliyə qapanan partiyanın-"Ümid"in sədri İqbal Ağazadə, ALP-nin sədr əvəzi Əvəz Temirxan (elə işi də adına bənzəyir) və bu kimi cəmiyyət arasında heç bir nüfuza malik olmayan partiyaların sədrləri təmsil olunan düşərgəni yalnız və yalnız QARA QÜVVƏLƏR adlandırmaq olar.
Bu "qüvvə"lərdən isə mütləq cəmiyyət TƏMİZLƏNMƏLİDİR. Bunun bir neçə səbəbi var:
1.Bu şəxslər xalqımıza heç zaman baş ucalığı gətirməyiblər;
2.Hər zaman öz şəxsi maraqlarını xalqın, hətta öz tərəfdaşlarının maraqlarından belə üstün tuturlar;
3.Artıq bu şəxsləri siyasətçi adlandırmaq olmaz, çünki onlar siyasətdən başqa hər bir işlə (təbii ki, mənfi mənada) məşğul olurlar;
4. Ən əsası artıq xalqımız onlardan çoxdan üz çevirib və s.
Bütün bunlar onu əminliklə söyləməyə əsas verir ki, bu "bəy"lərin də dövrü çoxdan bitib. Onlar 17 il öncə, hakimiyyətdə olan zaman xalqımız nələr yaşadı, bu, hər kəsə bəllidir-aclıq, xaos, özbaşınalıq, anarxiya, müharibə, idarəçiliyin olmaması və s. Gərək elə o zamandan radikal müxalifət "bəy"ləri xəcalət çəkib ya ölkəni tərk edəydilər, ya da bacarmadıqları siyasətə əlvida deyərdilər. Bunu etməyiblərsə, bu, onlar üçün mənfi hallardan biridir. Buna görə əfsuslanmağa dəyər.

"Ə.KƏRİMOV ÜÇÜN ŞƏXSİ MARAQLAR, YOXSA XALQIN MARAQLARI ÜSTÜNDÜR?"

Düşərgə üzvləri tərəfindən arzuolunmaz (onsuz da, bütün radikal "bəy"lər biri-birilərinə düşməndilər) şəxslərdən biri, daha dəqiq desək, birincisi "Yurd" şefi, "Azadlıq" blokunda təmsil olunan AXCP (i) sədri Ə. Kərimovdur. Bu şəxsin nə etdiyi və ya nə edəcəyi həm özünə, həm də ətrafındakılara bəlli deyil. Əli "bəy"i həmkarlarından bir sıra xüsusiyyətlər fərqləndirir. Belə ki, AXCP (i) sədri həmkarı İ.Qəmbərovdan fərqli olaraq, öz ətrafındakıları öz məkrli siyasətinə qurban edir. Müsavatda isə əksinə, partiya funksionerləri başqanları İ.Qəmbərovu "qurbanlıq" edirlər. Ə.Kərimovun kimdir qurbanları: Aqil Xəlilov, Ruslan Bəşirli və onlarla gənc ("Dalğa" gənclər hərakatı) AXCP (i) çirkin siyasətinin, məkrli oyunlarının qurbanlarıdır. Maraqlıdır, hamısı da gənclərdir. Elə buna görə də, partiyanın rəhbər heyətində təmsil olunan Cəmil Həsənli, Fuad Mustafayev və digərləri partiyadan istefa verdilər. Həmçinin, Ə.Kərimovun siyasətinə etiraz edərək, onlarla partiya üzvləri (hətta bütün rayon təşkilatları) "AXCP" (i)-yə ƏLVİDA DEDİLƏR.
Bir neçə gün öncə, Əli "bəy"in ABŞ-ın "Vaşinqton Post" qəzetində məqaləsi çıxıb. Bu məqaləni müxalifət düşərgəsi bunu əsil toy-bayram kimi qeyd etdi. O zaman bunu bayram etmək olardı ki, partiya sədri, 20 % torpağı işğal altında olan bir ölkənin vətəndaşı, azərbaycanlı olan Ə.Kərimov Azərbaycan həqiqətlərini qəzet vasitəsi ilə dünya ictimaiyyətinin diqqətinə çatdıraydı. Axı, bu ölkə, bu xalq tək iqtidarın deyil. Bu ölkənin Qarabağ dərdi tək hakimiyyətin problemi deyil, bu, bütün cəmiyyyətin, bütün siyasətçilərin (iqtidar və müxalifətin) ağrılı problemidi. Gərək bunu anlayaydın, Əli "bəy". O zaman sənə vətən oğlu, siyasətçi demək olardı. Yoxsa, öz şəxsi maraqların naminə, ağa qara deməyin, ölkəmizin əleyhinə mətbuatda yazı dərc etdirməyin yaxşı bir hal deyil. Qarabağ dərdindən danışmayan partiya sədri demək bu xalqı, bu milləti, bu ölkəni sevmir. Görəsən, AXCP (i) sədri Ə. Kərimov əlinə fürsət düşmüşkən, niyə Ermənistanın işğalçılıq siyasətindən bəhs etməyib? Bütün bunlar, onu deməyə əsas verir ki, "Yurd" şefi öz yurddaşlarını-xalqını deyil, öz şəxsi maraqlarını düşünür. Belələrinin yeri tarix muzeyidir.

"İ.QƏMBƏROVUN DEMOKRATİYASI"

Seçkilərdə uduza-uduza gələn "bəy"lərdən biri də demokratik düşüncələrdən biri də Müsavat partiyanın başqanı İ.Qəmbərovdur. Bu şəxs AXC-Müsavatın hakimiyyəti dövründə yüksək postlardan birini tutsa da, heç bir yüksək səviyyəli iş görməyib. Onun 2003-cü ilin prezident seçkilərində göstərdiyi rüsvayçılıq heç kəsin yaddaşından silinməyib. O, hələ də başqanlıqdan əl çəkmək istəmir. Bundan əlavə, İsa "bəy" öz partiyadaşlarının da hədəfinə tuş gəlib. Qısası, onun üçün dost-düşmən anlayışı yoxdur. Əslində, heç bir radikal müxalifət liderləri dostu düşməndən ayıra bilməyiblər.
Sonda, onu qeyd edək ki, bu yazılanlar böhtan deyil, həqiqətdir. Təəssüf ki, "bəy"lər həqiqəti anlamaq istəmirlər.

Digər xəbərlər