Rəsul Quliyev Əli Kərimovla duet oxumaq istəyir
Sağlam, təmiz əqidəli insanın üzərinə düşən başlıca vəzifə yalnız bacardığı işin qulpundan yapışmasıdır. O başqa məsələdir ki, insan həm də, vətəndaş mövqeyindən çıxış edərək, milli və dövlətçilik maraqlarına uyğun addımlar atmalıdır. Yəni dövlətin mənafeyinə əsasən, qətiyyət göstərib, prinsipiallıq nümayiş etdirməlidir. Buna da söz yox ki, təbii yanaşmaq lazımdır. Çünki ölməz şairimiz Abbas Səhhət demişkən: vətəni sevməyən insan olmaz, olsa da o şəxsdə vicdan olmaz. Amma bir məsələ də əsasdır ki, insan bu tip milli maraqlardan çıxış etməsi ilə yanaşı, həm də, həyati fəaliyyətində açıqfikirli, dmokratik dəyərlərə malik olmalıdır. Eyni zamanda, bacardığı işin qulpundan yapışmalıdır. Əks-təqdirdə, insan öz həyatını pozmaqla yanaşı, həm də cəmiyyətin nizam tərəzisinə xələl gətirmiş olur. Vay o günə ki, bacarmadığı işin qulpundan yapışan o insan siyasətdə ola və böyük iddialarda buluna. Bax, onda o şəxsin ətrafında olan kəslər yazıq günlərə qalacaq. Ziyanverici həşərat kimi iddialı "siyasətçi" gülüş doğuran fəaliyyəti ilə, bütövlükdə, təmsil olunduğu düşərgəni məhv edəcək. Misal kimi, Azərbaycan müxalifətində təmsil olunan partiya sədrlərinin bacarmadıqları siyasi yükün altına girmələrini göstərmək olar. Bu düşərgədə həkim, aqronom, labarant, müəllim, biznesmen və kimi qeyri- ənənvi ixtisas sahibləri partiya yaradaraq, siyasi fəaliyyətlə məşğuldurlar. Onların işi-peşəsi yalnız qeyri-ciddi bəyənatlar vermək, populist fikirlər səsləndirməkdir. Arada bir xor dərnəyinin cükküldəyən üzvüləri kimi ağız-ağıza verib, ulaşırlar da. Hətta xarici anti-Azərbaycan mövqeli qüvvələrin dolu ciblərinə aldanıb, dövlətimiz əleyhinə "donos"çuluq edirlər. Demək olar ki, bu iş bazların siyasi fəaliyyətləri Azərbaycan əleyhinə xarici maraqlı qüvvələrə "donos" göndərməklə kifayətlənir. Bəzən bu siyasətçi-biznesmenlər kənar təsirlərin sifarişləri əsasında biliklər yaratmağada cəhdlər göstərirlər. Yəni pərakəndə fəaliyyətlərini birlik və bloklar yaratmaqla tənzimləməyə çalışırlar. Bu seriyada daha çox diqqəti "Azadlıq" blokunda təmsil olunan partiyalar, eləcə də, Müsavat, ADP və digər partiyalar cəlb edir. AXCP (i) sədri Əli Kərimov diribaş tərpənərək, solada çalıb-oxuyan ən fəal ansambl üzvlərindən olduğunu nümayiş etdirməyə çalışır. Bu yazıq, həm də, biçarə məxluq pərakəndə və dağınıq halda olan müxalifət partiyalarını bir araya gətirərək, blok yaratmağa ümid bəsləyir. Daha doğrusu, siyasi düşərgədə qeyri-ciddi qurum kimi tanınan "Azadlıq" blokunun bir neçə AXCP (i) səviyyəli partiyalar hesabına genişləndirməklə parlament seçkilərində iştirak etməyə səy göstərir. Ə.Kərimov vaxtaşırı fərqli mövqedən çıxış edən Rəsul Quliyevə əl uzadaraq, onunla müttəfiq olmaq istədiyini də bəyan edib. R.Quliyev parlament seçkilərində Ə.Kərimovun istənilən tapşırığını yerinə yetirməklə sözə baxan məxluqlardan olduğunu göstərəcəyini bildirib. R.Quliyevlə Ə.Kərimovun yaxınlaşmasında "MBH" sədri Lalə Hacıyevanın müstəsna rolu olduğu bildirilir. O da qeyd olunur ki, L.Hacıyevanın bu məsələdə marağı parlament seçkilərində R.Quliyevin maliyyə hesabına təbliğat işini aparmaqdır. Yəni şəxsi maraqlar tərəfləri müxtəlif qütblərdə olmasına baxmayaraq, birgə çıxış etməyə vadar edib. Ancaq maraqların kəsişdiyi zaman da olacağı şübhəsizdir. O zaman isə, indi dost olmağa hazırlaşan tərəflər bir-birinə yenidən təpik atmağa çalışacaqlar. Hər halda, onların siyasətdə olduğu zamanlarda yaşadıqları proseslər bunu deməyə əsas verir.